Sabah Xanım Zeynəb (s.ə) vəfat günüdür.
Rəcəb ayının 15-i Xanım Zeynəb (s.ə) vəfat günüdür.2022-ci ildə xanımın vəfatı, fevral ayının 17-sinə təsadüf edir.
HesenEskeri.az saytı xanımın həyatı haqqında olan yazını təqdim edir.
Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. O, yetkinlik yaşına çatanda, çoxlu elçilər arasından igid və şəxsiyyətli bir oğlanı – əmisi oğlu Abdullah ibn Cəfər Təyyarı özünə həyat yoldaşı seçir; bu şərtlə ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (s.ə.) qardaşı ilə birlikdə olmasına mane olmasın.
🏴O həzrət (s.ə.) Kərbəla faciəsindən sonra Mədinəyə qayıtdı. Orada da fürsət düşdükcə, camaatı Yezidin əleyhinə qaldırar, onun çirkinliklərini ifşa edərdi. Əhvalatı Yezidə xəbər verdilər. Bəzi alimlərin nəqlinə görə, Yezid Mədinənin valisinə əmr etdi ki, Zeynəbi (s.ə.) Misirə sürgün etsin. Beləcə, xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) şəhid olandan bir il neçə ay sonra dünyadan getdi. Bəzi alimlərin nəzərinə görə isə, xanım Zeynəb (s.ə.) əri ilə Şama getdi və orada dünyasını dəyişdi. Bu, tarixdə həmişəyaşar və dağ kimi vüqarlı olan bir neçə şəhid bacısının və iki şəhid anasının qəhrəmanlığı barəsindəki qısa məlumat idi. O, İbn Ziyadın qarşısında açıq-aşkar şəkildə demişdi: “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim.” Yəni şəhidlik bizim üçün səadətdir. O, imam Hüseynin (ə) yaralı bədənini əlləri üstə qoyub dedi: “Pərvərdigara! Bu qurbanı bizdən qəbul et.”
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.