• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2021 16-dekabr, 15:00

Bu il itirdiyimiz MƏŞHURLAR

Geridə qoyduğumuz ildə xeyli sənət adamlarını, tanınmış şəxsləri itirdik. Dünyasını dəyişənlərin çoxunun ölüm səbəbi isə koronavirusdur. Hətta Azərbaycanda builki qədər tanınmış şəxsin vəfat etməsi görünməmiş hal idi.
Modern.az bu il vəfat edən tanınmışların siyahısını təqdim edir:
Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bu ilin 20 mayında dünyasını dəyişib. T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca mayın 5-də dünyasını dəyişib. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdu. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş, şeirlərinə musiqi bəstələnmişdi (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.). 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.
Kinorejissor, Xalq artisti, professor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da vəfat edib.  R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Xalq artisti Arif Quliyev bu il koronavirus səbəbindən mayın 7-də dünyasını dəyişib. Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir. Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Yalçın Rzazadə də bu il aramızdan köçənlərdəndir. Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Yalçın Rzazadə bu ilin 22 fevralında dünyasını dəyişib. O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub. Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.
Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artisti Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. İnfarkt keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçu koronavirusdan vəfat edib. Müğənni 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Ayrılıq mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib. Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.
Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli yanvarın 4-də dünyasını dəyişib. N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdu. Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir. Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.
Müğənni, Əməkdar artist Baloğlan Əşrəfov 69 yaşında COVID-19 epidemiyasından vəfat edib. O, 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdu. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. “Yuxuma gəl”, “Anam mənim”, “Günayım”, “Tanrıdan diləyim ol” və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. 26 aprel 2021-ci ildə 69 yaşında Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
Məşhur müğənnisi Səyyad Əlizadə də koronavirusdan vəfat edənlər arasındadır. Məşhur müğənni 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, “Bəyaz gecələr”, “Gül ki” mahnıları ilə xalqın sevgisini qazanıb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında COVID-19 epidemiyasından vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
Xalq artisti Səməd Səmədov 24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov “Toylar Kralı” adını qazanıb. Ona bu adı estradasının korifeyi Mirzə Babayev verib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.
Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyadan köçüb. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan “Reyhan”, “İgidlər”, “Bulaq suyu, dağ havası” və “Of dədə” Azərbaycan tamaşaçıları tərəfindən sevilib.
Azərbaycanın məşhur gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. 2008-ci ildə “Əməkdar artist”, 2014-cü ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 76 yaşlı Xalq artistinin ölüm səbəbinin koronavirus olduğu bildirilib.
Ali Məhkəmənin hakimi İnqilab Nəsirov da dünyanı ağuşuna alan koronavirusdan 2021-ci il yanvarın 6-da vəfat edib. Mərhum hakim 1963-cü il sentyabrın 3-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov aprelin 13-də koronavirus səbəbindən dünyasını dəyişib. 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.  2013-cü ildən isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Nyu-Yorkda müalicə aldığı xəstəxanada vəfat edib. Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub.
1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə “Italdizain” Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsində olub. 2021-ci il aprelin 30-da ağciyər xərçəngindən vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.
“Azərxalça”nın sabiq sədri Vidadi Muradov xərçəng xəstəliyindən bu il dünyasını dəyişib. O 1956-cı il martın 5-də Bərdə rayonunda anadan olub. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsə ittihamı ilə həbs olunmuşdu. 31 oktyabrda isə səhhəti ilə əlaqədar azad edilmişdi.
Azərbaycan jurnalisti və televiziya aparıcısı Elnur Əşrəfoğlu uzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da vəfat edib koronavirusdan vəfat edib. Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olmuşdu. 2011-ci ildə “Space” TV telekanalının idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini olub.
 “Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov yanvarın 5-də koronavirus səbəbindən vəfat edib.  E.Ələsgərov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsinin iştirakçısı və Trend İnformasiya Agentliyinin baş direktor müavini olub.
Sentyabrın 8-də Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev koronavirusdan vəfat edib.
Sabiq deputat Rafael Cəbrayılov da bu ilin sentyabrında həbsxanada dünyasını dəyişib.
Aktyor, rejissor Arif Həbibi bu ilin 27 yanvarında vəfat edib. O 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli filmləri ana dilinə dublyaj və tərcümə edib. “Rüstəm Zal haqqında əfsanə”, “Qırmızı çadır”, “Mauqli” kimi filmləri dublyaj edib.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bu ilin 30 aprelində 71 yaşında vəfat edib.
Filologiya elmləri doktoru, professor Nizami Xudiyev böyrək çatışmazlığından vəfat edib. O, 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub. Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub. May ayının 25-də vəfat edib.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
    Xəbərlər
    Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
    Xəbərlər
    Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    Xəbərlər / Mədəniyyət
    Müşfiqin ölümündə məşhur qadının iştirakı: siçovulla dolu
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    Xəbərlər
    Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
    Xəbərlər / Video
    Bu gün Milli Dirçəliş Günüdür - VİDEO
    Xəbərlər
    Azərbaycanda Müstəqillik Günü qeyd olunur
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    Dünya / Siyasət
    "İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    Xəbərlər / Siyasət
    Şərqdə ilk demokratik respublikanın yaranmasından 105 il keçir
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    Mədəniyyət
    Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda
    Xəbərlər
    “Azərbaycanda o evlərlə bağlı zəlzələyə qarşı davamlılıq
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    Xəbərlər
    Ən yaxın dostu tərəfindən bıçaqlandı, xəstəxanaya gec
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
    Xəbərlər / Dünya / Siyasət
    İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
    Hüquqi Məsələlər
    Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    Xəbərlər / Mədəniyyət
    Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı
    Mədəniyyət
    Xalq artisti Arif Quliyev vəfat edib
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    Siyasət
    İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir -
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    Xəbərlər / Dünya
    Dünyada ərzaq məhsullarının ucuzlaşması bizə nə vaxt təsir
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
    Səhiyyə
    Həkim: Avqustda IV dalğa olacaq, “evdə qal” kampaniyası
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam / Xəbərlər
    Şöbə müdiri: "Ehtiyat kadrlar siyahısına düşən 50 din
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    Xəbərlər / Dünya
    Dünyada düyü böhranı: Azərbaycanda qiymət artacaqmı? - FOTO
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
    Xəbərlər
    Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    Xəbərlər / Siyasət
    31 mart soyqırımından 105 il keçir - FOTO/VİDEO
    İslam / Hədislər
    Ramil - Pis xasiyyət qəlbi viran edir

2021 16-dekabr, 15:00

Tarix

Xəbərlər

Bölmə
Xəbərlər / Siyasət
Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
Xəbərlər
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
Xəbərlər
Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
Xəbərlər / Mədəniyyət
Müşfiqin ölümündə məşhur qadının iştirakı: siçovulla dolu
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
Xəbərlər
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Xəbərlər / Video
Bu gün Milli Dirçəliş Günüdür - VİDEO
Xəbərlər
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
Həsən Əskəri Dərnəyi / İslam
Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
Dünya / Siyasət
"İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
Xəbərlər / Siyasət
Şərqdə ilk demokratik respublikanın yaranmasından 105 il keçir
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
Mədəniyyət
Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda
Xəbərlər
“Azərbaycanda o evlərlə bağlı zəlzələyə qarşı davamlılıq
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
Xəbərlər
Ən yaxın dostu tərəfindən bıçaqlandı, xəstəxanaya gec
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
Xəbərlər / Dünya / Siyasət
İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
Hüquqi Məsələlər
Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
Xəbərlər / Mədəniyyət
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı
Mədəniyyət
Xalq artisti Arif Quliyev vəfat edib
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
Siyasət
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir -
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
Xəbərlər / Dünya
Dünyada ərzaq məhsullarının ucuzlaşması bizə nə vaxt təsir
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.
Səhiyyə
Həkim: Avqustda IV dalğa olacaq, “evdə qal” kampaniyası
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam / Xəbərlər
Şöbə müdiri: "Ehtiyat kadrlar siyahısına düşən 50 din
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
Xəbərlər / Dünya
Dünyada düyü böhranı: Azərbaycanda qiymət artacaqmı? - FOTO
İslam
İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
Xəbərlər
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
Xəbərlər / Siyasət
31 mart soyqırımından 105 il keçir - FOTO/VİDEO
İslam / Hədislər
Ramil - Pis xasiyyət qəlbi viran edir
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum