• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2022 30-09, 20:00

Bu gün Yezidin əmri ilə, Kəbə evi yandırılıb.


64-cü hicri-qəməri ilinin Rәbiül-әvvәl ayının 3-ü Müaviyə oğlu Yezidin əmri ilə Allahın evi Kəbənin mancanaqla yandırıldığı günə təsadüf edir. Bu faciə Yezidin ölümündən on bir gün əvvəl baş vermişdir.

Yezidin əmri ilə müqəddəs Məkkə evinə hücum və Kəbə evinin yandırılması tarixin qəti hadisələrindəndir və məşhur əhli-sünnə alimləri, o cümlədən, Təbəri özünün “Tarix” kitabında və İbn Əsir “Əl-kamil” əsərində bu faciəni qələmə almışlar. Tarixdə bu faciə belə təsvir olunur:

“Aşura” faciəsindən sonra İslam dünyasının müxtəlif nöqtələrində Əməvilər sülaləsi, məxsusən, Müaviyə oğlu Yezidin əleyhinə imam Hüseynin (ə) qisasını və digər məqsədləri izləyən qiyamlar baş qaldırdı. Həmin qiyamlardan biri də Mədinə əhalisinin qiyamı idi. Belə ki, “Aşura” faciəsindən bir müddət sonra Mәdinә әhalisindәn bir qrup nümayəndə Yеzidi yахındаn görmәk vә оnun hədiyyələrindәn bәhrәlәnmәk üçün Şama yollandı. Onlar Yеzidi məclisdə çəkinmədən aşkar şəkildə şәrаb içmәklə, qumar oynamaqla, it оynаtmаqlа vә şәriәtdәn kәnаr işlәr görmәklə mәşğul olduğunu gördükdə, Mәdinәyә qayıdıb şәhәr әhalisini Yezidin tutduğu yaramaz әmәllәrindәn, İslamazidd həyat tərzindən danışaraq dedilər: “Yеzid şәrаbiçәn, itоynаdаn və fаsiq bir аdаmdır. Bеlә bir şәхsin xәlifә olmağa lәyaqәti yoxdur!” Nәhаyәt, Mәdinә әhalisi qiyam edib, Yezidin bu şәhәrdәki hakimi Osman ibn Mәhәmmәd ibn Әbu Süfyanı, elәcә dә, Mәrvan ibn Hәkәmi vә Əməvilər sülaləsindən olan digәr şәxslәri şәhәrdәn qovub, Abdullah ibn Hәnzәlә ilә beyәt etdi.

Bu xәbәr Yezidә çatdıqda, Mәdinә əhalisini cәzаlаndırmаq məqsədilə Müslim (yaxud Müsrif) ibn Üqbәnin başçılığı ilә böyük bir ordunu Şamdan Mәdinәyә yolladı. Müslim ibn Üqbә öz qoşunu ilә birlikdә Mәdinәnin yaxınlığında yerlәşәn “Hirrә” adlı mәntәqәyә çatdıqda, şәhәr әhalisi xәbәrdar olub onları dәf etmәk üçün hәmin mәntәqәyә doğru üz tutdu. Onların arasında ağır döyüş başlandı vә Mәdinә әhalisindәn bir çoxu qәtlә yetirildi. Mәdinә әhalisi bu ağır döyüşdә müqavimәt göstәrә bilmәyib geri döndü vә “Peyğәmbәr (s) mәscidi”nә sığındı.

 

Müslim ibn Üqbənin dә ordusu Mәdinәyә yürüş edib, hәyasızcasına vә süvari halda Peyğәmbәr (s) mәscidinә daxil oldu, müqәddәs hәrәmdә kütləvi qırğınlara əl atdı. Mәscid qızıl qana boyandı. Yezidin göndərdiyi оrdu hеç bir çirkinlikdәn çәkinmәdi; nә qәdәr dindаr, tәqvаlı vә mömin insanlar qırıldı, nә qәdәr hörmәtsizliklәr оldu, nә qәdәr qаdın vә qızlаr bu vәhşi оrdunun tәcаvüzünә mәruz qаldı. Tarixdə bu faciə “Hirrə” faciəsi adı ilə məşhurdur.

Bu faciədən sonra Müslim ibn Üqbә, Yezidin әmri ilә Mәdinәdәn çıxıb, Abdullah ibn Zübeyri mәğlub etmәk üçün Mәkkәyә yollandı. Abdullah ibn Zübeyr, Müaviyәnin ölümündәn sonra Yezidә beyәt etmәmiş, Məkkənin rəhbərliyini ələ keçirmiş vә camaatı özünә beyәtә dәvәt etmişdi. Müslim ibn Üqbә isә Mәkkә yolunda – “Qәdid” adlı mәntәqәdә öldü. Ondan sonra Hüseyn ibn Nümeyr qoşunun başçılığını öhdәsinә aldı və Mәkkәni mühasirәyә alıb, Mәkkә dağlarından Kәbә evini nәzarәt altında saxladı. Onun ordusu pambıq vә kәtandan hazırlanmış parçalara neft töküb yandırır vә mancanaqla Kәbәyә atırdılar. Nәticәdә, Kəbə evi yandı və binanın divarları uçdu.

Bu hadisә 64-cü ilin Rәbiül-әvvәl ayının 3-dә, Yezidin ölümünә on bir gün qalmış baş verdi. Yezidin göndәrdiyi ordunun çirkin әmәllәri nәticәsindә Mәkkә әhalisi ağır işkәncәlәr vә әzab-әziyyәtlәrә mәruz qaldı. Yezidin ölüm xәbәri Mәkkәyә çatdıqda,  Hüseyn ibn Nümeyr öz ordusu ilə birlikdә Şama qayıtdı vә Mәkkә әhalisi onun və ordusunun şәrindәn nicat tapdı.[1]

Qeyd edək ki, Kində qəbiləsindən olan  Hüseyn ibn Nümeyr Əhli-beytlə (ə) düşmənçilik edən və “Siffeyn” döyüşündə imam Əlinin (ə) əleyhinə döyüşən şəxslərdən biri idi. O, Yezidin hakimiyyəti dövründə Kufədə İbn Ziyadın hakim olduğu və imam Hüseynin (ə) səfiri Müslim ibn Əqilin qiyam etdiyi zaman polis rəisi vəzifəsində işləmiş, “Aşura” faciəsində imam Hüseynə (ə) qarşı döyüşərək “ox atanlar” dəstəsinə sərkərdəlik etmiş, “Aşura” faciəsindən sonra Süleyman ibn Sürəd Xüzainin başçılıq etdiyi “Təvvabin” (tövbə edənlər) hərəkatı ilə döyüşmüş, “Hirrə” faciəsində (Mədinənin mühasirəsində) iştirak etmiş, Kəbə evini yandırmış və nəhayət, Muxtarın qiyamı zamanı 67-ci hicri-qəməri ilində İbrahim ibn Əştərin əli ilə öldürülmüşdür.[2]

 

Mənbələr :
[1] (“Tətimmətül-müntəha”, Şeyx Abbas Qummi.)

[2] (“Dairətül-məarifil-İslamiyyə”, 7-ci cild, səh.458.)

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2022 30-09, 20:00

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın həyatı haqqında
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
İslam / Dünya
Azərbaycandan olan 672 nəfərlik zəvvar dəstələri, Türkiyənin Iğdır şəhərindən ...
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər
Olimpiya Kompleksində 16 yaşlı Turanı öldürən şəxslə bağlı QƏRAR - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər
Məşq zamanı ölən azyaşlının anası ilə idmançı arasında məhkəmədə qalmaqal - ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum