İmam Səccad (ə): Şamda başımıza gətirilən 7 müsibət.
İmam Zeynul-Abidin Səccad(ə) Numan ibn Munzir Mədayiniyə belə buyurdu:«Şamda yeddi müsibətlə qarşılaşdıq ki, hələ əsrliyin əvvəlindən axırına qədər elə müsibət görməmişdik».
1.Zalımlar Şamda bizi qılınc və nizələrlə əhatə etmişdilər və bizə hücum edirdilər. Bizi çalıb oynayan insanların içərisində çox saxladılar.
2.Şəhidlərin başlarını xanımların kəcavələrində yerləşdirdilər. Atam və əmim Abbasin (ə) başlarını bibim Zeynəb (s.ə) və Ümmü Gülsümün gözü önündə yerləşdirdilər. Qardaşım Əli Əkbər (ə) və əmimoğlu Qasimin başlarını bacım Səkinə və Fatimənin (s.ə) gözü önündə qoydular. Onlar kəsik başlarla oynayırdılar və bəzən də yerə (başlar) düşürdü. Hətta dəvələrin ayaqları altında qalırdı.
3.Şamlı qadınlar evlərin üstündən başımıza su və od tökürdülər. Bir dəfə alov əmmaməmə düşdü və əllərim bağlı olduğu üçün onu söndürə bilmədim. Əmmamə yandı və alov başımı da yandırmışdı.
4.Sübh tezdən gün çıxandan axşama, gün batana kimi bizi bazarda, küçələrdə musiqi alətləri ilə gəzdirir və deyirdilər:
«Ey camaat! Bunları öldürün. Çunki bunların heçbir hüququ və hörməti yoxdur».
5.Bizi bir iplə bağladılar və yəhudi və nəsranilərin evlərində gəzdirir və onlara deyirdilər:
"Bunlar o kəslərdir ki, Xeybərdə, Xəndəkdə bunların ataları sizin ata-babalarınızı öldürmüşlər və evlərini dağıtmışlar. Bu gün də siz bunlardan intiqam alın".
6.Bizi qul bazarına aparıb qul-kəniz kimi satmaq istədilər. Lakin Allah-təala buna izin vermədi və istədikləri həyata keçmədi.
7.Bizi elə yerdə məskunlasdırdılar ki, gündüz Günəşin istisindən və gecə də havanın soyuqluğundan rahatlığımız yox idi. Aclıq və susuzluqdan və həlak olmaqdan hər an qorxuda idik. Əmin-amanlığımız yox idi.
Redaktə: Pərvin Kərimova
Mənbə: Təzkirətuş-Şuhəda
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.