• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 24-iyul, 22:26

İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )

Üç gün keçəndən sonra dəvə gözəl bir dəvə balaladı. O həmişə anasının yanında idi. Onun yaxınlığında özü üçün oynayırdı. Anası da mehribanlıqla onu qoruyurdu. Dəvə və onun sakit körpəsi məhəbbət və rəhmət nişanəsi idi. Onu görənlər deyirdilər ki, bu, Salehin dəvəsidir. Amma, Saleh onlara deyirdi ki, bu, Allahın dəvəsidir. Bu, səmavi nişanədir, olmaya ona əziyyət edəsiniz. Kimsə ona zərər vurmağa çalışsa, Allahın nifrini sizi tutar.

Günlər ötürdü. Dəvə o geniş yerlərdə yaşayır, ot və ələflərdən yeyir, bulağa gedir və su içirdi. Bütün camaat onun südündən istifadə edirdilər. Bərəkətli və təmiz südü vardı. Səmud qəbiləsi iki cəbhəyə bölünüb, mübarizəyə başladılar: iman cəbhəsi və bütpərəstlik cəbhəsi. Kafirlər hər gün möminlərə əziyyət verib, onların imanlarını məsxərə edir, ələ salırdılar. Onlara deyirdilər:
-Siz doğrudanmı Salehin Allahın elçisi olduğuna inanırsınız?!

Möminlər cavabında deyirdilər:
-Bəli biz onun risalətinə və Allah tərəfindən gətirdiyinə inanırıq. Biz Allahdan başqasına ibadət etmərik. Bu zaman kafirlər deyirdilər:
-Biz sizin iman gətirdiyinizə küfr edirik. Onlar özlərini Allahın risalətinə olan küfrlərini açıq surətdə e’lan edirdilər.  Çünki, onlar naz-nemət içində qərq olmuş varlılar idilər və belə güman edirdilər ki, çoxlu qüdrətləri vardır. Onların həddən artıq daşürəkli olan doqquz nəfəri hamıdan çox küfr edirdilər.

 Onların ürəklərində heç kəsə qarşı rəhm və qayğıkeşlik yox idi. Öz mənafelərindən başqa bir şey fikirləşmirdilər. Onlar hiss etdilər ki, Saleh onların nüfuzu üçün böyük bir təhlükədir. Buna görə də ürəklərində ona kin bəslədilər. Dəvəyə qarşı da kin bəsləməyə başladılar.  Çünki, dəvə, Salehin peyğəmbərlik nişanəsi və onun peyğəmbərliyinin doğruluq əlaməti idi. 

 Bir gecə bütün camaat yuxuya gedəndən sonra bu doqquz nəfərlik qrup həddən artıq yeyərək öz qarınlarını doydurdular. Sonra şərab içib, məst oldular.  Gözlərinin rəngi qızarmışdı. Bir şey barəsində söhbət edirdilər və o da Saleh təhlükəsi idi.

 Bir-birlərindən soruşurdular ki, nə edək? Salehin şərindən necə qurtaraq?
Onların biri dedi:
-Gəlin əvvəlcə onun dəvəsinin şərindən qurtaraq.
Başqa birisi dedi:
-Hə, onu öldürək. O dəvə Salehin risalətinə sübutdur. Biz onu öldürsək, Saleh
bizim qarşımızda zəif və gücsüz olacaqdır.
Üçüncüsü də dedi:
-Onu öldürəcəyik!
Dördüncüsü dedi:
-Onu kim öldürəcək?
Beşinci adam dedi:
-Hə, kim onu həlak edə bilər?
Altıncı nəfər dedi:
-Mən bilirəm onu kim öldürə bilər.
Yeddincisi soruşdu:
-Kim?
Hamısı bir-birlərindən soruşdular:
-O kimdir?
O dedi:
-O cinayətkar Qidardır.
Hamısı bağırdılar:
-Hə, Qidar! Heç kəsə rəhm etməyən Qidar!

Gözlərindən xəyanət və qətl qığılcımı yağırdı. Onların biri çölə çıxdı ki, cinayətkar Qidarı çağırsın. Gecə yarıdan keçmişdi. Qidar özünün xəyanət qılıncı ilə daxil oldu. O, məst idi və gözləri qızarmışdı. O, da dəvəyə kin bəsləyənlərdən biri idi. Dəvə xeyir və bərəkət nişanəsi idi. Amma, o, xeyir və bərəkəti sevmirdi. O, fasiq və zülmkar bir məxluq idi.

 Fasid insan isə heç vaxt xeyir fikirləşə bilməz. Onu mal və pul ilə şirnikləndirdilər. O, öz cinayətini yerinə yetirmək üçün ayağa qalxdı. Hiyləgərlər dedilər:
-Qidar, hara gedirsən?
O dedi:
-Elə indicə dəvəni öldürəcəyəm.
O zalım qrupun üzvləri dedilər:
-Bu işi indi etmə! Gözlə, sübh açılsın. Dəvə bulağa tərəf gedəndə, sən onu asanlıqla həlak edə bilərsən. Dan yeri söküldü. Zalım Qidar bütün gecəni məst olaraq bağıra-bağıra keçirmişdi. Üzü qorxulu idi və daha da şişmişdi. O, qorxulu görkəm almış,  üzünün damarları göyərmişdi. Əgər kimsə onu bu halda görsəydi, bilərdi ki,  Qidar hansısa bir cinayətə əl bulaşdıracaqdır.
Dəvə və onun sakit körpəsi yuxudan oyandı. Onlar su içmək üçün çeşməyə tərəf yollandılar. Balanın kefi kök idi.

 Günəş yenicə doğmuşdu və çəmənliklər oyanmaq və istirahət etmək üçün çox gözəl və münasib görünürdü. Köşəy o yaşıl çəmənliklərdə oynamağı çox sevirdi. Anası hər səhər onu ora aparırdı. Amma, həmin gün səhər hansı hadisə baş verdi? Niyə körpə oynamaq üçün çölə getmədi? O nə görürdü? Qorxu və dəhşət hiss etmişdi Bəli, bədbəxt Qidar öz qorxulu çöhrəsi ilə göründü. Birdən zahir oldu və onların yolunu bağladı. Onun əlində qılınc var idi. Anası uzaqlaşmaq istədi. 

Amma, Qidar ona çox möhkəm bir zərbə endirdi. Yazıq dəvə yerə yıxıldı.  Qidar onun boynuna daha bir zərbə vurmaq istədi. Dəvə qüssə içində öz körpəsinə nəzər saldı. Sanki ona demək istəyirdi: Özünü xilas et! Körpə qorxaraq dağa tərəf qaçdı.
Həmin doqquz nəfər gəlib, bıçaq və xəncərlə dəvənin canına düşdülər. Qan hər yeri bürüdü. Yer və daşlar qırmızı rəngə boyandı. Səmud qəbiləsinin cinayətkarları etdikləri işlə kifayətlənmədilər. 

Onların əli günahsız dəvənin qanına batmışdı. Bütpərəstlər gəlib, vəhşi və yırtıcı canavar kimi onun ətinin üstündə bir-birləri ilə dava saldılar. Onunla da kifayətlənməyib, dəvənin balasını təqib etdilər. 
Dəvə balası qorxaraq, dağa qalxırdı. Onu qovan vəhşilərin əlindən qurtulmaq üçün bir yer axtarırdı: canavardan da yırtıcı olan vəhşilərin. Dəvənin körpəsi dağın zirvəsində dayanıb, bıçaqlarla tikə-tikə doğranan anasına və ələrində xəncər dağın yuxarısına qalxan cinayətkarlara baxırdı. Xilas olmaq üçün bir yer yox idi. Göyə baxıb nərə çəkdi.

 Bütpərəstlərdən hansınınsa ona iti bir bıçaq sancmasından qabaq üç dəfə fəryad etdi. Bala dəvə böyük daşlar üzərindən yerə düşdü. Qanı fəvvarə vuraraq daşları öz saf qırmızı rənginə boyadı. Cinayətkarlar iti bıçaqlarla ona hücum edib, vəhşicəsinə tikə-tikə etdilər. Hətta canavarlar da bu kafir qatillərdən rəhimli idilər. Həzrət Saleh və digər mö’minlər bu dəhşətli cinayətdən xəbər tutdular. O,  imanlı insanlarla tələsdi ki, Allahın dəvəsinin başına nə gəldiyini görsün Lakin,  yeri və dağın başını boyayan qanlardan başqa heç bir şey görmədilər.

Üfüqdə qara buludlar göründü. Fəza təhlükə ilə doldu. Bu fasiq və zalım insanlar xeyir və yaxşılıq istəmirdilər. Onlar, hər gün süd verən sakit və zərərsiz dəvəni məhv etmişdilər. Onlar dəvəni Allahın nişanəsi və Salehin peyğəmbərliyinin doğruluğuna sübut olduğu üçün öldürmüşdülər. Saleh onlara buyurdu:
-Yalnız üç gün evlərinizdə xoşgüzəranlıq edin. Tezliklə əzab sizi tutacaqdır. 

Çünki, siz zalım insanlarsınız. Siz Allahın risalətinə kafir olub, Onun dəvəsini qətlə yetirdiniz. Siz xeyir və yaxşılıq istəmirsiniz. Səmudlular nəinki üzr istəyib, tövbə etmədilər, hətta indi də Salehi öldürmək fikrinə düşdülər. Onun ailəsini də qətlə yetirmək istədilər. Onlar yenə də bir yerə yığışıb, qərara gəldilər ki, Salehin evinə hücum edib, onu qətlə yetirsinlər.  

Onlar yalnız bundan sonra zəif möminlərə qələbə çala bilərlər. Amma, nə oldu? Onlar öz növbəti cinayətlərini həyata keçirməzdən qabaq çox dəhşətli bir hadisə baş verdi. Qara buludlar göydə toplandılar. Ulduz, ay və planetlər
gözlərdən itdi. Dağ və dərələr tamamilə qaranlığa qərq oldu. O gecənin ortalarında göydən çox güclü ildırım çaxıb, Səmud qəbiləsini alt-üst etdi.  

Zalımlır ürəkləri lərzəyə gətirən dəhşətli gurultu səsindən oyandılar. O fasiq qəbilənin evlərinə dağıdıcı ildırımlar endi. Onların saray və mənzillərini bir-birinə vurub, tökdü. Dərələri od tutdu.  Saleh və möminlərdən başqa heç kəs o mərəkədən salamat çıxmadı.  Səmud qəbiləsinin aqibəti bu idi. Dəvənin öldürülməsindən dörd gün sonra günəş, artıq o zalımların sakin olduqları yerin xarabalıqlarına saçırdı. Sübh vaxtı isə onların cansız cəsədləri evlərində qalmışdı.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
    İslamda Ailə
    İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İslam
    İSLAM TARİXİ. ADƏM (Ə) VƏ HƏVVA. YER ÜZƏRİNDƏ HƏYAT
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
    İslam
    Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Xəbərlər
    Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRBALADA BİRİNCİ XÜTBƏSİ VƏ HƏZRƏT ABBASA
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
Dəmir Süleymanov 25 iyul 2021 00:10

Çox təsiredicidi təşəkkürlər

2021 24-iyul, 22:26

Tarix

İslam

Bölmə

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum