• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 26-iyun, 22:31

İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.


Qabil daş ürəkli, kobud və bəd xasiyyətli bir insan oldu. Əksinə Habil isə çox sakit, mülayim və mehriban idi. 
Qabil həmişə qardaşına əziyyət verirdi. Onun özünə qul olmasını və gecə-gündüz ona xidmət göstərməsini istəyirdi. İstəyirdi ki, Habil qoyun otarmaqdan əlavə, həm də onun üçün yer şumlasın. Özü isə tənbəllik və vaxtını boş yerlərə sərf etsin. 
Qabil qardaşı Habilə nə qədər kötək vurmuşdur! Amma, Habil dözərək səbir edirdi, çünki, Qabil onun qardaşı idi. Habil Allahdan qardaşı Qabili hidayət etməsini, onu pis işlərdən çəkindirməsini istəyirdi. Onun yaxşı insan olmasını arzulayırdı. 
Adəm (ə) də narahat idi. O dəfələrlə oğlu Qabilə nəsihət etmişdi ki, pis işlərindən əl çəksin.

 Bir dəfə ona dedi: 
-Ey Qabil, sən də qardaşın kimi saleh və yaxşı insan ol!
Başqa bir vaxt ona xatırlatdı: 
Ey Qabil, pisliklərindən əl çək! Allah-təala pis işlər görən vəfasız insanları sevməz. 
Qabil atasının nəsihətlərini eşitmirdi. O, Habildən üstün olduğunu güman edirdi. Çünki, o, qardaşından dəfələrlə güclü idi. Onun güclü qolları vardı. Başı Habilin başından böyük, boyu isə uca idi. 

Adəm (ə) oğluna deyirdi: 
-Kim daha imanlıdırsa, daha da üstündür. Ey Qabil, Allah ürəklərə baxır. 
Üstün və hörmətli insan ən imanlı və ən təqvalı olandır. 
Qabil özbaşına bir adam idi. O qışqırırdı: 
-Mən Habildən böyüyəm. Mən ondan güclüyəm. 
Bir gün Qabil qardaşı Habilə çox möhkəm bir şillə vurdu. Habil onun bu işinin qarşısında heç nə etmədi və qardaşının bu hərəkətinə səbir etdi. Habilin ürəyi çox mehriban idi. O öz qardaşını çox istəyirdi. Bilirdi ki, o anlamır,  nadandır. Özü isə Allahdan qorxur və qardaşı kimi fasiq olmaq istəmirdi. 
Atası Qabilin pisliklərinə son qoymaq istədi. Allahın yaxşı insanları sevdiyini və pis iş görənləri xoşlamadığını ona başa salmaq istəyirdi. 

Bu məqsədlə onlara dedi: 
-Sizin hər biriniz Allahın dərgahına bir qurban təqdim edin. Allah kimin qurbanını qəbul etsə, üstün şəxs odur. Çünki, Allah-təala yalnız imanlı şəxslərin qurbanını qəbul edir. 
Qabil buğda tarlasına sarı yollanıb, təzə və dəyməmiş sünbüllərdən bir dəstə düzəltdi. Habil isə qoyun sürüsünə tərəf gedib, onların içindən eyib və nöqsansız bir qoyun seçdi: çox yaxşı və gözəl bir qoç. Çünki, tezliklə onu Allah dərgahına qurban və hədiyyə edəcəkdi. 

Adəm (ə) övladlarına dedi: 
-Bu təpələrə doğru gedin!
Qabil buğda dəstəsini qucağına alıb, təpənin başına getdi. Habil də öz gözəl qoçunu ona tərəf sürdü. Habil qoçunu təpənin başında buraxdı. Qabil də buğda dəstəsini onun yaxınlığında yerə atdı. Habil Allaha səcdə etdi.Onun qorxusundan ağladı. O, təmiz səmaya baxır və Allahdan qurbanını qəbul
etməsini istəyirdi. 

Amma, Qabil çox həyəcanlı idi. O tərəf bu tərəfə baxır, elə bil nə isə axtarırdı. O, Allahı görmək istəyirdi. Onun hansı formada və necə olmasını bilmək istəyirdi. Bir saat keçdi. Hələ heç bir hadisə baş verməmişdi. Habil oturub, sakitcə göyəbaxırdı. Göydə bir qədər bulud topası göründü. Get-gedə səma buludla doldu. Hava sakitləşdi. 
Habil Allahı çağırırdı. Qabil isə bir daş parçasını götürüb, qəzəblə atırdı və daş qayalara dəyərək parça-parça olurdu. O, əsəbiləşmişdi və nigaran idi.  Bilmirdi nə etsin. Birdən göydə bir ildırım çaxdı. Göy guruldamağa başladı. Qabil qorxdu. Amma, Habil həmişə Allahı çağırırdı. Yağış yağmağa başlayıb, 
Habilin üzünü yudu, göz yaşlarını sildi. Qabil isə bir qayanın altına sığındı. Bir neçə dəfə ildırım çaxdı. Qəflətən çox güclü bir ildırım çaxıb, qoça dəydi və onu çox uzaq bir yerə apardı. Habil ürəkdən sevindi. Sevincindən ağladı. Onun qurbanı qəbul olunmuşdu. Həqiqətən Allah Habili sevirdi, çünki, Habil Allahı sevirdi.

Amma, Qabilin ürəyi kin və həsədlə dolu idi. Küləyin ətrafa səpələdiyi buğda dəstəsini görmək, onun üçün dözülməz idi. Bir daş parçasını götürüb, qardaşının üstünə qışqırdı: 
-Səni öldürərəm. 
Habil sakitcə dedi: 
-Ey Qabil! Ey qardaş! Allah yalnız imanlı insanların qurbanını qəbul edir. 

Qabil yenidən öz yumruğunu tərpədərək qışqırdı: 
-Səni öldürəcəyəm. Mən sənə nifrət edirəm. 
Habil qəmgin oldu. Axı niyə qardaşı onu sevmir? Məgər nə edib ki, qardaşı ona kin bəsləyir? Ona görə də dərdli-dərdli dedi: 
-Əgər məni öldürmək istəsən də mən səni öldürməyə çalışmaram. Mən aləmlərin Rəbbindən qorxuram. Ey Qabil! Sən mənə zülm edirsən. Əgər məni öldürsən, aqibətin cəhənnəm odudur. 

Qabil vəhşi kimi öz-özünə fikirləşirdi. Fikirləşirdi ki, güclü olduğu üçün haqq da onunladır. O, qardaşına hakim olub, onu özünə əsir etməlidir. Ayrı heyvanlar kimi öz xidməti üçün ondan da istifadə etməlidir. 

Habil öz işinin ardınca getdi. Qoyunlarını otlağa apardı. Qardaşının hədələrinə qulaq asmırdı. O, qoyunlarını hündür təpələrdə və yaşıl dərələrdə otarır və ətrafındakı təbiət haqqında aşiqanə və diqqətlə düşünürdü. İmanı səfa və səmimiyyətlə dolu idi.

Çəmənliklərdə otardığı qoyunlara baxırdı. Hər şey sakit idi. Günəşin qürub vaxtı olduğu üçün çox gözəl mənzərə görünürdü: Mavi və saf üfüq... Geniş dərələr boyunca axan çayın şır-şır səsi... Ağ quşlar mavi səmada qanad çalıb, uçurdular. Hər şey gözəl idi. 
Qabil təpələrin o tərəfində tələsik öz əkin yerinə gedirdi. Lakin, əsəbi idi və ac olması onun qəzəbini daha da artırırdı. Uzaqdan bir dovşan gördü. Qaça-qaça onu qovdu. Ona bir daş atdı. Daş dovşana dəyib, ayağını sındırdı. Dağa qaçıb,  Qabilin əlindən qurtulmağa imkanı yox idi. Qabil onu tutub, öldürdü. 

Ətini yedi və qalanını yerin üzərinə tökdü. Leş yeyən quşlar enib, ondan yedilər. Qabil öz-özünə fikirləşdi: «Əgər o da zəif olsaydı, leş yeyənlər onu da özlərinə yem edərdilər». Öz-özünə deyirdi: «Niyə vəhşi quşlar məni yemirlər? Çünki, mən güclüyəm və hər bir güclü yaşamağa haqlıdır. Zəiflər ölməlidirlər!»

O vəhşicəsinə fikirləşirdi. O haqq ilə batili ayıra bilmirdi və saleh insanın pis iş görənlərdən üstün olmasını anlamırdı. Onun qardaşına qarşı olan kin və paxıllığı yenə də hərəkətə gəldi. Əkin sahələrini buraxıb, təpələrə tərəf yola düşdü. 
O, yaşıl ətəklərdə olan qardaşı Habilə baxırdı. Qoyunlar sakitcə otlayırdılar. «Habil otların üstündə arxası üstə yatmışdır. Bəlkə də yuxuludur». Bu, qardaşı Qabilin ürəyindən keçən fikir idi.

Qabilin içindəki kin və qəzəb alovu yenidən şölələndi. Ürəyindəki xəyanət şö`lələri zəbanə çəkdi. Əyilib, yerdən iti bir daş götürdü. Bəlkə də Habili öldürmək üçün bir fürsət yarandığını düşünürdü. Bəlkə də həmişəlik onun əlindən xilas olacağını fikirləşirdi. 
Qabil təpədən endi. Qardaşına yaxınlaşdı. Çox ehtiyatlı idi: yırtıcı canavar kimi. Gözlərində xəyanət qığılcımı parlayırdı. 
Habil isə yatmışdı. Otlaqlarda çox gəzdiyindən yorulmuşdu. Ona görə də başını çəmənlikdəki yastı bir daşın üzərinə qoyub, yatdı. 

Onun çöhrəsində təbəssüm və ümid işığı görünürdü. O, arxayın yatdı. Çünki, bu yerlərdə canavar və donuzların olmadığına əmin idi. Ona görə də qoyunlarını otlaqda qoyub, yuxuya getdi. 
O heç zaman fikirləşməzdi ki, canavarlardan qat-qat yırtıcı olan bir yaranmış da vardır. Bu yaranmış, böyük kainatda onun yeganə qardaşı olan Qabil idi.

Qabil Habilin yaxınlığına çatmışdı. Kölgəsi uzanmış qardaşının üzünə düşürdü. Habil gözlərini açdı və qardaşının üzünə təbəssüm etdi. Amma, Qabil həqiqi bir vəhşiyə çevrilmişdi: canavar kimi, bəlkə ondan da daşürəkli. 
O, daşla qardaşına hücum edib, onun alnını parçaladı. Habilin gözlərindən qan axdı. O özündən getdi. Qabil isə dayanmadan onu daşla vururdu. Nəhayət Habil tamamilə hərəkətdən düşdü. O tərpənə bilmir və iri gözlərini açmağı bacarmırdı. Danışmaq və tənəffüs qabiliyyəti yox idi, evinə qayıda bilmirdi. 

Onun qoyunları çobansız qalmışdı. Tezliklə dərə-təpələrdə sərgərdan olacaqdılar və canavarlar onları parça-parça edəcəkdi.
Qabil qardaşına baxırdı. Qan hələ də Habilin alnından axırdı. Qan dayandı.  Leş yeyənlər yenə də səmada görünüb, o tərəflərdə uçmağa başladılar. Qabil heyrət və sərgərdanlıq içində idi. Qardaşının cəsədini götürüb, yola düşdü. Onu hara aparmağın və necə bu ac leş yeyənlərdən uzaq saxlamağın yolunu bilmirdi. 

O yoruldu. Günəş qüruba yaxınlaşırdı. Qabil qardaşının cəsədini yerə qoyub,  istirahət məqsədilə oturdu. Birdən onun yaxınlığında bir qarğa yerə qondu və uca səslə qar-qar etməyə başladı. Bəlkə də Qabilə belə deyirdi:
-Qardaşına nə etdin? Niyə qardaşını öldürdün? 

Qabil qarğanın hərəkətlərini izləyirdi. Qarğa yeri qazır və torpaqları kənara tullayırdı. Orada kiçik bir çala düzəldib, dimdiyi ilə öz yemini çalaya atdı və sonra isə üstünü torpaqla örtdü. Qabil çox mühüm bir işi kəşf etdiyini anladı. 
Qardaşının bədənini leş yeyənlərdən və canavarlardan qorumaq üçün yol tapdı.  Sınıq bir sümüyü götürüb, yeri qazmağa başladı. Bəlkə də ölmüş bir ulağın, atın və ya başqa bir heyvanın çənə sümüyü idi. 

O yorulub, tərləsə də münasib bir çala qazdı. Leş yeyənlər və heyvanlar daha onu aça bilməzdilər. O, qardaşının cəsədini götürüb, həmin çalaya atdı və onu torpaqla basdırdı. 
Qabil çox ağladı. Qardaşını öldürdüyü və öldükdən sonra bir iş görə bilmədiyi üçün ağladı. Qardaşının cəsədinin necə basdırmağı ona qarğa öyrətdi. O, cahil və nadan bir yaranmış idi. Heç bir şey bilmirdi. Nə etmək lazım olduğunu qarğadan öyrəndi. 

Qabil onlardan torpaq tökülən ovuclarına baxıb, dedi: 
-Ey Qabil! Özünə nə etdin? Qardaşını öldürmək üçün nəfsin səni necəaldatdı? Nə qazandın? Sənin işin peşimanlıq, əzab və əziyyətdən başqa bir nəticə verəcəkmi?

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    İSLAM TARİXİ. ADƏM (Ə) VƏ HƏVVA. YER ÜZƏRİNDƏ HƏYAT
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    MÜSLİM İBN ƏQİLİN QİYAMI
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    Dünya / Siyasət
    İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
    İslamda Ailə
    İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    İslam
    ƏHLİ-BEYT İBN ZİYADIN MƏCLİSİNDƏ
    İslam
    MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
    İslam
    Qədr gecəsinin əməlləri.
    İslamda Ailə
    MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
DAMİR SULEYMANOV 26 iyun 2021 23:34

Əla

Zemfira Bayramova 27 iyun 2021 14:45

Hemd olsun Allaha!

Allahu Akber!

2021 26-iyun, 22:31

Tarix

İslam

Bölmə
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
İSLAM TARİXİ. ADƏM (Ə) VƏ HƏVVA. YER ÜZƏRİNDƏ HƏYAT
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
İslam
İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
İslam
İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
Şaban ayının fəzilətləri və bu ayın əməlləri
İslam
MÜSLİM İBN ƏQİLİN QİYAMI
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
İslam
İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
İslam
İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
ABDULLAH ƏFİFİN ŞÜCAƏTİ
İslamda Ailə
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
İslam
Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İslam
Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
İslam
ƏHLİ-BEYT İBN ZİYADIN MƏCLİSİNDƏ
İslam
MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
İslam
Qədr gecəsinin əməlləri.
İslamda Ailə
MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum