İslamda tarixi ziyarətgahlar Şiələrin 3-cü İmamı Hüseyn ibn Əlinin türbəsi haqqında.
Şiәlikdә III imam olaraq qəbul edilən Hüseyn ibni Әlinin məzarının yerləşdiyi türbə kompleksi.İslam peyğəmbəri Muhәmmәdin (s) nəvəsi olan İmam Hüseyn Kәrbәla yaxınlığında baş vermiş Kәrbәla döyüşündə Şәhid olduqdan sonra həmin şəhərdə yaradılan türbədə dəfn edilmişdir. Miladi təqvim ilə 680-cı ilin 10 oktyabr ( Muhәrrәm ayının 10) tarixində baş vermiş Kәrbәla döyüşü Şiәlikdә mühüm önəmə sahibdir. Әmәvilәr sülaləsindən olan ikinci ərəb xəlifəsi Yezid (l.ә.) qoşunu tərəfindən qətlə yetirilən İmam Hüseyn (ә.s.) və tərəfdarlarının xatirəsi hər il ənənvi şəkildə qeyd edilən Aşura günündә xatırlanır.
İslamın Şiә mәzhәbindә olan milyonlarla şəxs hər il şəhərə Aşura ziyarətləri təşkil etməkdədir. Bu ziyarәt adətən Aşura günlərində (Muhәrrәm ayının 10) Hüseyn ibni Әlinin Şәhadәt günündə təşkil edilir. 2014-cü ildə şəhər 3.000.000 şiə müsəlmanı tərəfindən ziyarət edilmişdir. Türbənin yerləşdiyi Kәrbәla şəhəri
Mәkkә və Mәdinә şəhərlərindən sonra İslam dünyasında ən müqəddəs şəhərlərdən hesab olunur. Әmәvilәr və
Abbasilәr xilafəti dönəmində şəhərə və türbəyə ziyarət həyəta keçirmək qadağan edilmişdir.
Türbə kompleksi Abbasi xəlifəsi Əl-Mütəvəkkil tərəfindən (850-851) dağıdılmış və şiələrin şəhərə ziyarəti həyata keçirlmələri növbəti dəfə qadağan edilmişdir. İmam Hüseyn türbəsi yalnız 980-cı ildə Buveyhilәr sülalәsindәn olan Əbdul-Əl-Davla tərəfindən restavrasiya edilmişdir.Hüseyn ibni Әlinin məzarı türbə daxilində yerləşən məscidin içərisində, qızıl suyuna çəkilmiş məzarda yerləşir. Şiәlik üçün digər bir mühüm şəxs olan Abbas ibni Әlinin türbəsidə İmam Hüseyn türbəsinin yaxınlığındadır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.