• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2023 23-09, 17:21

Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.

Rəbiül-əvvəl ayının 8-i on birinci imamımız İmam Həsən Əskəri (ə)-ın (bir rəvayətə əsasən) şəhadət günüdür.
Miladi tarix ilə 2023-ci ildə sentyabrın 24-nə təsadüf edir. 
Tarixçilərin qeydlərinə əsasən, şiələrin on birinci imamı Həzrət Həsən ibn Əli Əskəri (ə) 232-ci hicri-qəməri ilinin Rəbiüs-sani ayının 8-ci, yaxud 10-cu günü dünyaya gəlmiş və 28 il həyat sürmüşdür. Həmçinin əksər tarixçilər İmam Həsən Əskərinin (ə) 260-cı h.q. ilinin Rəbiül-əvvəl ayının 8-də şəhadətə yetdiyini qeyd etmişlər. 
Atası İmam Hadinin (ə) 254-cü ildə vəfat etdiyini nəzərə alaraq, İmam Həsən Əskərinin (ə) imamət müddəti Şeyx Müfidin rəvayətinə əsasən, altı il və Səd ibn Abdullahın rəvayətinə görə isə, beş il səkkiz ay olmuşdur. (“Əl-irşad”, Şeyx Müfid, s. 335.) O həzrətin (ə) anasının adının “Hədis” və ya “Hadisə”, bəzi qaynaqlarda isə “Susən” olduğu qeyd edilmişdir. “Uyunul-mucizat” kitabının müəllifi İmam Həsən Əskərinin (ə) anasının düzgün adının “Səlil” olduğunu demiş və onu “O, arif və saleh kəslərdən idi!” ibarəsi ilə mədh etmişdir. (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 50, s. 238.)
 
İmam Həsən Əskərinin (ə) ləqəblərinin Samit, Hadi, Rəfiq, Zəki, Nəqi və Xalis olduğunu qeyd etmişlər. O həzrət Abbasi xəlifəsinin əmr ilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdır. (“İləlüş-şəraye”, c.1, səh.230.) Həm İmam Cavad (ə), həm də İmam Həsən Əskəri (ə) “İbnur-Rza” künyəsi ilə məşhur olmuşlar. Necə ki, İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə) “Əskəriyeyn” ləqəbi ilə tanınmışlar.
 
Əhməd ibn Übeydullah ibn Xaqan İmam Həsən Əskərini (ə) “qaragözlü, qədd-qamətli, gözəlçöhrəli və qamətidüz” – ibarələri ilə vəsf etmişdir. (“Kəmalud-din”, c. 1, s. 40.)
 
Təəssüflər olsun ki, İmam Həsən Əskərinin ömrü ya zindanda, ya da sürgünlərdə kеçmişdir. O, iki, ya üç yaşında ikən, atası İmam Hadi (ə) ilə birlikdə sürgün olunaraq ömrünün iyirmi ilini atası ilə yanaşı sürgün və zindanlarda kеçirmişdir. Atasından sonra altı il imamlıq dövrünü də şiddətli məhdudiyyətlər altında yaşamışdır.
 
O həzrətin atası İmam Hadi (ə) 254-cü ildə şəhadətə çatdıqdan sonra, o həzrətin öz buyruğuna əsasən, oğlu İmam Həsən Əskəri (ə) şiələrin imamı oldu. O həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetmiş, altı il şiələrin imamı olmuş və ümumilikdə isə, iyirmi səkkiz il həyat sürmüşdür.
 
İmam Həsən Əskərinin (ə) cəmiyyətdə nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o həzrətə olan diqqətinin artdığını, eləcə də zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizli şəkildə zəhərləyir və İmam (ə) 260-cı hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının 8-də şəhadətə yetir. Dördüncü əsrin (hicri tarixi ilə) alimlərindən olan Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri də qeyd edir ki, İmam Həsən Əskəri (ə) zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur. (“Dəlailül-imamə”, səh.223.)
 
İmam Həsən Əskərinin (ə) xidmətçisi Əbülədyandan belə nəql edilir: “Bir gün İmam Həsən Əskəri (ə) məni çağırıb buyurdu: “Bu məktublar mənə yazılmış məktubların cavabıdır, onları Mədainə çatdırmalısan.” Sonra əlavə edərək buyurdu: “On bеş gündən sonra qayıdıb, mənim şəhadətə yetdiyimi görəcəksən.” Soruşdum: “Еy Peyğəmbər (s) övladı! Səndən sonra vəsi kimdir?” İmam (ə) buyurdu: “Mənim məktublarımı səndən soruşacaq şəxs məndən sonrakı imamdır.” Soruşdum: “Bundan başqa, onun nə kimi nişanəsi var?” Buyurdu: “Cənazəmə namaz qılan şəxs məndən sonrakı imamdır.” Yenə soruşdum: “Əlavə nişanə verə bilərsinizmi?” İmam (ə) buyurdu: “Kisədən xəbər verən şəxs məndən sonrakı imamdır.” İmamın (ə) hеybəti-əzəməti məni tutdu və daha bundan artıq sual soruşa bilmədim. Mən məktubları götürüb Mədainə gеtdim. On bеş gündən sonra qayıdıb, İmam Həsən Əskərinin (ə) şəhid еdildiyini və o həzrətə qüsl vеrildiyini gördüm. Az sonra İmamın (ə) qardaşı Cəfərə dеdilər ki, gəlib İmamın (ə) cənazəsinə namaz qılsın. Mən bilirdim ki, Cəfərin imamlığa ləyaqəti yoхdur. Mən hеyrət içində qalmışkən, birdən bir uşaq (imam Mehdi (ə.c.) gəlib Cəfəri kənara çəkdi və cənazəyə namaz qıldı. Namaz qurtardıqdan sonra o, üzünü mənə tutub buyurdu: “Məktubların cavabını vеr.” Bir az sonra Qum şəhərindən neçə nəfər gəlib, İmam Həsən Əskərinin (ə) vəsisinin kim olduğunu soruşdu. Cəfər dеdi ki, imam Həsən Əskərinin (ə) vəsisi mənəm. Onlar dеdilər: “Biz özümüzlə pul və məktub gətirmişik və əgər həqiqətən, sən imam Həsən Əskərinin (ə) vəsisisənsə, dе görək, məktublar kimdən gəlib, kisələrdə nə qədər pul var və o pulların sahibi kimdir? Çünki İmam Həsən Əskəri (ə) həmişə bеlə еdərdi.” Cəfər hirslənib dеdi: “Təəccüblüdür, insanlar məndən qеyb soruşurlar!” Bu zaman imam Həsən Əskərinin (ə) еvindən bir xidmətçi çıхıb, “Fılankəslərin məktubları sizdədirmi? (Məktubların sahiblərinin adları və xüsusiyyətlərini də söylədi.) Həm də sizdə min dinar pul olmalıdır və on dinarının üzərindəki şəkillər pozulmuşdur!” – dedikdə, məktubları və malları ona verib dedilər: “Bunları almaq üçün səni göndərən şəxs imamdır...” (“Kəmalud-din”, c.2, fəsil 43, h.25, s.223.)

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 2
  • Oxşar xəbərlər
Seyyioglu 24 sentyabr 2023 01:06

Allah bizi Ehlibeytden uzag salmasin,, inwAllah 

Seyyioglu 24 sentyabr 2023 01:11

Melumat da,emeyi kecen ,her bir kesden, Allahim razi olsun

2023 23-09, 17:21

Tarix

İslam

Bölmə
İslam
Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Top Xəbərlər
Xəbərlər
Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası götürülüb? - RƏSMİ CAVAB
Xəbərlər
Noyabrın 22-si ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər
Bakı metrosunda qiymət artırılır? - RƏSMİ AÇIQLAMA
Xəbərlər
Güclü zəlzələdən sonra uşaqlar məktəblərdən belə təxliyə edildi - VİDEO
Xəbərlər
Rəşad Dağlı hadisə yerindən İsgəndəri necə öldürməsindən danışdı - VİDEO
Xəbərlər
"Kupçası" olmayanlara ŞAD XƏBƏR - Bundan sonra... - VİDEO
Xəbərlər
“WhatsApp”da yeni funksiya istifadəyə verilib
Xəbərlər
Əhaliyə ŞAD XƏBƏR - Bu şəxslərin maaşı artacaq
Səhiyyə
DİQQƏT! Bu uşaqlar kütləvi qızılcaya yoluxurlar - VİDEO
Xəbərlər
Bakıda sürücü avtoyuma məntəqəsinin qarşısında qəfil öldü - FOTO + ANBAAN VİDEO
Xəbərlər
Manat ucuzlaşacaq? - PROQNOZ - VİDEO
Xəbərlər
FHN-dən güclü küləklə əlaqədar əhaliyə MÜRACİƏT
Xəbərlər
Qış mövsümündə kartof kəskin bahalaşacaq? - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Xəbərlər
Bu məhsulun qiyməti kəskin artdı - 90 qəpikdən 4 manata...
Xəbərlər
Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum