• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 26-05, 12:12

ŞƏVVAL AYININ 14-Ü SEYYİD ƏBDÜLƏZİMİN VƏFAT GÜNÜDÜR.

İmamzadə Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olub, nəsil-nəcabəti dörd vasitə ilə o həzrətə çatır. Atası Abdullah, anası isə Üqbə ibn Qeysin qızı Fatimədir.

O, 173-cü hicri-qəməri ilində Mədinə şəhərində yeddinci imamımız imam Kazimin (ə) imaməti dövründə dünyaya göz açmış və onuncu imamımız imam Hadinin (ə) imaməti dövründə yetmiş doqquz yaşında ikən vəfat etmişdir. Demək, imamzadə Əbdüləzim Həsəni dörd məsum imamın – imam Kazim (ə), imam Rza (ə), imam Cavad (ə) və imam Hadinin (ə) imaməti dövründə yaşamış, imam Rza (ə), imam Cavad (ə) və imam Hadidən (ə) bir çox hədislər nəql etmişdir.

Əbdüləzim (ə) imam Həsənin (ə) nəvələrindən olduğu üçün Həsəni adı ilə tanınmış və əsl-nəsəbi belədir: Əbdüləzim ibn Abdullah ibn Əli ibn Həsən ibn Zeyd ibn Həsən Müctəba (ə). (“Müntəhəl-amal”, Şüyx Abbas Qummi, 1-ci cild, səh.457.)

O, şiə alimləri və ravilərindən olmaqla yanaşı, məsum imamlar və ardıcıllarının yanında böyük məqam və ehtirama layiq görülmüş, sevimli və etimadlı şəxslərdəndir.

Məsum imamların (ə) onun barəsindəki tərifləri onun elmi və etimadlı bir şəxsiyyət olduğunu aşılayır. İmam Hadi (ə) Əbdüləzimi həqiqi dostlarından biri kimi tanıtdırır və şiələrə buyururdı ki, dini suallarınızın cavabını Əbdüləzim Həsənidən öyrənin.

Şiə mənbələrində də onun haqda çoxlu tərif gözə dəyir. Belə ki, o, abid, zahid, təqvalı, pak və etimadlı, görkəmli hədis ravisi adları ilə yad edilir. (“Ət-təzkiraətul-ətiyyə”, səh.83.) Müxtəlif rəvayətlərdə imamzadə Əbdüləzimin qəbrinin ziyarətinin böyük savabı haqda məlumat verilir.

İmamzadə Əbdüləzim Həsəni İranın Rey şəhərində dəfn olunmuşdur. Sözsüz ki, onun doğulduğu Mədinə şəhərindən Rey şəhərinə köçməsi və qərib vilayətdə yaşaması həmin dövrə hakim siyasi-ictimai vəziyyətlə əlaqədar olmuşdur. Abbasi xəlifələrinin məsum imamlarla, onların övladları və şiələri ilə amansız və qəddar rəftarları tarixin danılmaz həqiqətlərindəndir. Onların içərisində imamlar və ardıcılları ilə ən pis rəftar edən xəlifələrdən biri də Mütəvəkkil Abbasi idi. Onun xilafəti dönəmində Kərbəlada şəhidlər sərvəri imam Hüseynin (ə) məqbərəsi dəfələrlə uçurdulmuş və o həzrətin ziyarəti qadağan edilmişdir.

Tarixdə göstərilir ki, onun xilafəti zamanı seyidlər və şiələr acınacaqlı bir şəraitdə yaşamışlar. Həzrət Əbdüləzim Həsəni də Abbasi xəlifələrinin kin-küdurət və düşmənçiliyindən amanda qalmamış və qətlə məhkum edilmişdi. Belə ağır bir dönəmdə Əbdüləzim İraqın Samirra şəhərinə gedib imam Hadi (ə) ilə görüşür və dini əqidələrini o həzrətə açıqladıqda, Həzrət onu təsdiqləyərək buyurur: “Sən bizim dostlarımızdansan!” (“Biharul-ənvar”, 3-cü cild, səh.268.)

Həzrət Əbdüləzim Həsəninin (ə) Samirrada imam Hadi (ə) ilə görüşü haqda xəlifəyə məlumat verildikdə, xəlifə onun saxlanılıb zindana atılmasını əmr edir. O da təhlükədən amanda qalmaq üçün müxtəlif şəhərlərdə gizli şəkildə yaşamağa məcbur olur və nəhayət, şəhərbəşəhər dolanaraq İranın Rey şəhərinə çatır və həmin şəhərin dini-ictimai şəraitini, müsəlmanların və məxsusən, şiələrin mühüm yaşayış mərkəzlərindən olduğunu nəzərə alaraq orada sakin olmağa qərar verir. O, tanınmaz şəkildə şəhərə daxil olub, “Sarbanan” məhəlləsinin “Səkkətül-Mövla” küçəsində şiələrdən birinin evində məskunlaşır və həmin evin zirzəmisində yaşayır. Bir müddətdən sonra şiələrdən bir neçəsi onun həmin evdə məskunlaşdığından xəbər tutduqda, gizli şəkildə ziyarətinə gedirlər. Zaman ötdükcə, onun yanına get-gəl edən şiələrin sayı artır və onun yaşadığı ev elm və təhsil mərkəzinə çevrilir; şiələr onun dini elmləri və hədislərindən bəhrələnir, şəri məsələlərini ondan öyrənir, onu məsum imamlarının yadigarı hesab edərək, məsum imamların qoxusunu ondan alırdılar. (“Ət-təzkirətul-ətiyyə”, səh.109-110.)

Bəzi tarixi mənbələrdə göstərilir ki, həzrət Əbüdüləzim Həsəni 250-ci hicri-qəməri ilində imam Hadinin (ə) mübarək əmri və göstərişinə əsasən, dini təbliğ və şiələrə rəhbərlik etmək məqsədilə İraqdan Reyə yollanır. (“Şenaxtnameye həzrət Əbüləzim Həsəni (ə)”, Əliəkbər Zəmaninejad, 13-cü cild, səh.188.)

Həzrət Əbdüləzim Həsəni (ə) ömrünün son günlərində, xəstəlik yatağında ikən, şiələrdən birinin sadiq yuxusu gələcək hadisələri belə tərsim edir: Bir gecə təqvalı şiələrdən biri həzrət Peyğəmbəri (ə) yuxuda görür. Peyğəmbər (s) ona buyurur: “Sabah mənim övladlarımdan biri “Səkkətül-Mövla” küçəsində dünyadan köçəcək və şiələr onu Əbdülcabbar adlı bir şəxsin bağına aparıb, alma ağacının altında dəfn edəcəklər.” Həmin şəxs sübh yuxudan ayılıb, həmin bağa yollanır. Peyğəmbərin (s) övladlarından birini dəfn etmək məqsədilə bağı sahibindən almaq və bu böyük şərəfə nail olmaq istəyir. Bağın sahibi ondan bağı almaqda məsədini soruşduqda, o, gördüyü yuxunu danışır. Bağın sahibi təəccüblənərək özünün də həmin yuxunu gördüyünü deyir və beləcə, bağın sahibi bağını vəqf edir ki, həzrət Əbdüləzim Həsəni (ə), eləcə də, digər şiələr orada dəfn edilsinlər. Elə həmin gün həzrət Əbdüləzim Həsəni (ə) vəfat edir və vəqf olunmuş bağda dəfn olunur. (“Ricali-Nəcaşi”, Əhməd ibn Əli Əbülabbas, səh.247-248, nömrə 653.)

Şeyx Səduq, Əbdül-Əzimin elm və fəziləti barədə yazır: "O həzrət hər zaman İmam hadinin (ə) hüzuruna daxil olanda öz etiqadını izhar edər, İmam da (ə) ona: Sən bizim həqiqi (sadiq) dostlarımızdansan buyuraradı."
(Kəmalud-din. 2/51)

Şeyx Əbdül-Əzimin məzarının ziyarətinin fəziləti barədə İmam Hadi (ə) buyurub: "Əbdül-Əzimi ziyarət edən sanki İmam Hüseyni ziyarət etmişdir."
(İxtisas. Şeyx Mufid. 247)

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 26-05, 12:12

Tarix

İslam

Bölmə
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud günüdür
İslam
RƏBİUS-SANİ AYININ 14-ü (30 NOYABR) MUXTAR SƏQƏFİNİN QİYAMA BAŞLADIĞI GÜNDÜR
İslam
Vilayət və İmamətin 9-cu günəşi İmam Məhəmməd Təqi (ə) mübarək mövludu
İslam
Bu gün Ayətullah Seyyid Əli Xamneyinin doğum günüdür.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum