Kərbəlaya doğru bu ilin ilk Ərbəin zəvvarları yola düşüb
Avqustun 17-də Kərbəlaya doğru bu ilin ilk Ərbəin yürüşü başlayıb. İraqın Bəsrə şəhərinin sakinləri piyada İmam Hüseynin (ə.s) hərəminə doğru hərəkət edirlər. Bu barədə shia-news-a istinadən HesenEskeri.Az xəbər verir.
Məlumata görə, zəvvarlar Bəsrədən Kərbəlayadək 470 kilometr yol qətt edəcəklər. Onların şəhərə çatması isə Ərbəin gününədək planlaşdırılır.
Ötən il karantin qapanmalarına görə İraq hökuməti Ərbəinə yalnız 80 min zəvvarın gəlməsinə icazə verib. Azərbaycanlı zəvvarlar isə ziyarətə sentyabrın 18-də Bakı-İstanbul-Bağdad reysi ilə yollanıblar. Ötən il Ərbəin sentyabrın 27-nə təsadüf edib. Lakin bu il İmamın (ə.s) şəhadətinin 40-cı günü sentyabrın 17-si qeyd ediləcək.

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.