• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2022 17-09, 17:00

Bu gün Ərbəin günüdür.


Bu gün  (17-09-2021) İmam Hüseynin (ə) Ərbəin günüdür.

Bu gün İmam Hüseynin (ə) Ərbəin günüdür.Bu gün şəhidlər sərvəri, Əhli-beytin (ə) 3-cü imamı İmam Hüseyn ibni Əlinin (ə) və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir.

İmamın (ə) 40-ı günü İslam təqvimində əlamətdar günlərdən biridir. Bu gün ilk dəfə olaraq Peyğəmbərin (s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari (r) Kərbəla şəhidlərini ziyarət edib.

Məhərrəm-Səfər matəmində Aşura günündən sonra ən böyük izdihamla qeyd olunan gün məhz Ərbəin günüdür. Bu günlərdə Kərbəlaya milyonlarla müsəlman toplaşır.

İmam Hüseynin (ə) ərbəinində (Kərbəla şəhidlərinin qırxı günü) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur.

Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?”

O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər…

O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər…”

Şeyx Tusi (rə) özünün Təhzib və Misbah adlı kitablarında rəvayət edir ki, İmam Həsən Əsgəri (ə) buyurmuşdur – “Möminin beş əlaməti vardır:

1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;

2. sağ ələ üzük taxmaq;

3. səcdədə alını torpağa qoyub, ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək;

4. “ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək;

5. “ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq.

İmam Hüseynin (ə) Ərbəini qiyamətə qədər davam edəcək bir mərasimdir. İmam Hüseynin (ə) məqsədləri peyğəmbərin məqsədlərindən fərqlənmir.

Həzrət Əli (ə) buyurur ki, Allah peyğəmbərin əli ilə xalqı cəhalətdən və azğınlıqdan qurtardı.

İlahi rəhbərlər cəmiyyətə sağlam düşüncə və mənəviyyat gətirirlər. Məsumlar buyururlar ki, insanların ən çox bağışlayanı peyğəmbər olub. Peyğəmbər mənəvi süfrə açıb, bəşəriyyəti bu süfrəyə çağırıb.

İmam Hüseyn (ə) də eynən peyğəmbər kimi hərəkət edib. Seyidüşşühəda (ə) İlahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca çağırıb.

İmam zil-hiccənin 8-ci günü Kəbə zəvvarları arasında buyurdu: “Bu gün bizim qurbangahımız Kərbəla torpağı, ehram libasımız kəfənimizdir. İslamın nicatı üçün canımızı verməliyik.

Yalnız Qurbanlığa hazır olanlar mənimlə gəlsin. Mənimlə gedənlərin vətəni liqaullahdır. Zahiri qələbə sorağında olanlar mənə qoşulmasın”. Bu sözlərdən sonra İmama qoşulanları insnaların üstünü saymamaq olmaz.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2022 17-09, 17:00

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
Ərbəin gününun əməlləri
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
Xəbərlər
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum