BAYRAM ERMƏNİ ƏSİRLİYİNDƏ OLARKƏN, ONA VERİLƏN İŞGƏNCƏLƏRDƏN DANIŞIB
Bayram əsirlikdə ona işgəncə edildiyini qeyd edib: “Bizi aparan gündən işgəncə verdilər. Məni toka verirdilər, dubinka ilə döyürdülər, məlumat almaq istəyirdilər. Lakin mən heç nə bilmirdim və heç nə də demirdim. Gördülər ki, mən heç nə bilmirəm, ondan sonra əl çəkdilər. Bizi qaytarmağa son 10 gün qalmış artıq heç nə edilmədi, reanimasiyada 8 gün qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsindən nümayəndələr dekabrın əvvəli gəlmişdilər, atamdan məktub gətirmişdilər. Ümidimi kəsmişdim. Prezidentimiz sağ olsun, bizi düşmən əlindən xilas etdi. Son anadək qayıdacağımızdan xəbərimiz yox idi. Mən yalnız Bakıda təyyarədən düşəndə artıq geri qayıtdığımızı bildim”.
#əsirlikdəngələnlər
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.