• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 27-iyul, 19:58

İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)

Bahar gəldi. Dəclə və Fərat çayları su ilə doldu. İnsanlar sevindilər. Onlar Ur şəhərində və Babilin digər yerlərində bayram məclisləri qurdular. Bahar çatdıqda insanlar sevinirdilər. Çayların səviyyəsi yuxarı qalxdıqda əkinçilr şad olurdular. İnsanlar sevinirdilər, çünki, əkdikləri məhsulları artacaqdı. Ur şəhərinin əhalisi piramidaya bənzər yumurtavari Zəqurə adlı məbədlərinə gedirdilər. Onlar özləri ilə nəzir və hədiyyələr aparır, allahlarının, xüsusilə də Mordux allahının qarşısına qoyurdular. 

Babil əhalisi öz bayram məclislərini şəhərdən çöldə gözəl bir yerdə keçirirdilər. Onlar baharın gəlişini bayram edirdilər. Atılıb-düşür, oynayır və yeyirdilər. Bayram məclisi qurtarandan sonra isə öz şəhərlərinə qayıdıb,  məbədlərinə gedirdilər. Məbəd, Ur şəhərində Zəqurənin yuxarısında yerləşirdi. Orada sıra ilə allahlar düzülmüşdülər. Bütün o allahların hamısı daşlardan yonulub düzəldilmişdi.Babil camaatı günəşə, aya və ulduzlara, həmçinin Zöhrə (Venera) ulduzuna da ibadət edirdilər. 

Onlar həmçinin yerə sahib olan padşaha da ibadət edirdilər. O zaman, yəni dörd min il öncə Kənan oğlu Nəmrud həmin yerin padşahı və sahibi idi. Bəzi insanlar ona ibadət edirdilər. Çünki, ondan qorxurdular. O, insanları öldürür, həbsə salır və məhsullarından istədiyi qədər götürüb, mənimsəyirdi.Bahar fəslində insanlar öz nəzirlərini götürüb, məbədə sarı yollandılar.  Özləri ilə keçi balası və buğda sünbülləri aparır və allahlarının yanına qoyurdular. Onlar istəyirdilər ki, allahları onlardan razı olsun, onlara xeyir və bərəkət bəxş etsin.Bütün nəzirlər keşişlərə çatırdı. Onlar münəccim idilər. Ona görə də insanlar onlara hörmət edirdilər. Padşah da onlarla məsləhətləşirdi. 

Bir gün məbədin keşişləri Nəmrudun yanına gəlib dedilər:
-Ulduzlar bir körpənin doğulacağından xəbər verirlər. Sənin səltənətin onun əli ilə sona çatacaqdır. Nəmrud nigaran olub, narahat halda dedi:
-O nə vaxt doğulacaqdır?
Keşişlər dedilər:
-Bu il. 
O il Nəmrud əmr etdi ki, doğulacaq bütün oğlan uşaqlarını qətlə yetirsinlər.  Həmin ildə Həzrət İbrahim (ə) anadan oldu. Anası övladı üçün qorxurdu. O bir mağaraya sığındı və özünün günahsız körpəsini orada qoyub, evinə qayıtdı. Heç kəsin macəradan xəbəri yox idi. Nəmrud o ildə saysız hesabsız körpəni qətlə yetirdi. Analar öz körpələri üçün ağlaşırdılar. Uşaqların bəziləri bir neçə aylıq, bəziləri bir neçə günlük idilər. Bəziləri isə dünyaya gəldikdən yalnız bir neçə saat sonra öldürülürdü. Nəmrud deyilən uşaqdan qorxurdu. O il sona çatdıqda rahat nəfəs aldı.

 Çünki,  bütün oğlan uşaqlarını öldürmüşdü. İbrahim (ə) Babilə və Ur şəhərinə yaxın olan Kövsəriyyə şəhərində anadan olub, mağarada böyüdü. Rəbbimiz onu qorudu. Ona barmağını sovurmağı və bununla qidalanmağı öyrətdi. Nəmrud o uşağı qətlə yetirmək istəyirdi. Amma, Allahın istəyi bu idi ki, İbrahim (ə) diri qalsın. O yaşasın və bütpərəstləri Allahın ibadətinə yönəltsin. İbrahim (ə) böyüdü. Anası mağaraya tərəf gəldi və övladını öpdü. Onu qucaqladı və sonra evinə apardı. İnsanlar elə bilirdilər ki, İbrahim (ə) iki-üç yaşlı uşaqdır. Amma, halbuki, onun ömründən yalnız bir neçə həftə keçirdi. 

Ona görə də Nəmrudun əsgər və məmurları ona toxunmadılar. O zaman insanlar bütpərəst idilər. Morduxu allahlar allahı adı ilə, Əyi ədalət və qanun allahı, Sini səma allahı, İştəri və digər allahları sitayiş edirdilər.  Onların çoxu Zöhrə ulduzuna, günəş və aya ibadət edirdilər. Orada heç kəs eyib və nöqsanlardan uzaq olan Sübhan Allaha ibadət etmirdi. İbrahim (ə) belə bir zamanda doğulub, böyüdü. Azər ulduzşünas bir insan idi. O allahların heykəlini düzəldirdi. Nəmrud Azərlə məsləhətləşirdi. İbrahim (ə) Azərin evində yaşayırdı. Azər onun anasının atası idi. Ona görə də İbrahim (ə) onu ata çağırırdı. İbrahim (ə) böyüyüb, cavanlıq yaşına çatdı. Sübhan Allah ona ağıl, düşüncə və istedad bəxş etdi. Onun pak və təmiz ürəyi var idi. Ona görə də bütlərə ibadət etmirdi. Onlara iman gətirməmişdi.

O təəccüb edirdi ki, insanlar necə öz əlləri ilə yonduqları bütlərə ibadət edirlər?! Allah bunlardan böyükdür. İbrahim (ə) şəhərə getdi. O həqiqət axtarışında idi. Gecə çatmışdı. Qaranlıq şəhəri özünə qərq etmişdi. Məbəddən savayı heç bir yerdə işıq görünmürdü. Zöhrə ulduzuna pərəstiş edənlər təzimlə göyə baxırdılar. Onlar inanırdılar ki, o ulduz onların rəbbidir. Onlara ruzi yetirən, xeyir və bərəkət verən odur. İbrahim onların yanında durdu. Göyə baxır və həqiqəti axtarırdı. O, həqiqi Allahı axtarırdı. Bu halda ay çıxdı və səmada göründü. Ay öz nuru ilə hər yeri işıqlandırdı. İbrahim (ə) ağıllı bir cavan idi. İnsanları qərq olduqları azğınlıqdan çəkindirmək istəyirdi. Onları başa salmaq istəyirdi ki, Allah böyükdür. Ona görə də onlara dedi:
-Bu mənim rəbbimdir.
Zöhrə ulduzuna ibadət edənlər ona sarı dönüb, dedilər:
-Necə?
İbrahim (ə) dedi: 
Sizin ibadət etdiyiniz Zöhrə ulduzu gözlərdən itdi. Amma, həqiqi Allah heç vaxt gizlənib, gözdən itməz. 

Zaman keçdi və ay səmada dolanıb, gözdən itdi. Bir saatdan sonra günəş doğdu. İbrahim (ə) qışqırdı:
-Bu mənim Rəbbimdir. Bu daha böyükdür. 
Camaatın bəzisi bu cavanın sözlərinə inandılar. Öz-özlərinə dedilər ki, bəlkə də onun dedikləri doğrudur. Amma, günəş də gözdən itdi. Yenidən qaranlıq hər yeri bürüdü. İbrahim (ə) səmaya nəzər saldı və uca səslə dedi: 
-Mən günəşə ibadətdən uzaqlaşıram. Günəş ibadət olunası allah deyil. Mən günəşi, ayı, Zöhrəni, yeri, göyü və bizim hamımızı yaradan Allaha ibadət edirəm. Allahlara hörmət etməyən və Nəmruddan qorxmayan cavan İbrahimin (ə)  sözləri hər yerdə yayıldı. İnsanlar İbrahimin (ə), heç bir ziyan və xeyirləri olmayan qondarma allahları məsxərə etdiyini eşidirdilər. 

İbrahim (ə) böyüdü. O on altı yaşına çatmışdı. Bütün Babil camaatı bilirdilər ki, İbrahim (ə) allahlara ibadət etmir. İnsanların çoxu onun allahları ələ saldığını görmüşdülər. Hətta İbrahimin (ə) babası Azər bir gün İbrahimin (ə), onun bütlərindən daha gözəl bir büt düzəltdiyini gördü. Azər öncə sevindi və elə bildi ki, İbrahim (ə)  də ona kömək edib, məbədi qoruyacaqdır. Amma, İbrahim (ə) yonduğu bütü sındırdı. 
Azər İbrahimin (ə) etdiyi işə çox qəzəbləndi və ona dedi:
-İbrahim, niyə yonduğun allahı sındırdın? Allahların qəzəbindən qorxmursanmı? 
İbrahim (ə) hörmətlə cavab verdi: 
-Atacan, heç nə eşitməyən, heç nə görməyən və sənin heç bir ehtiyacını təmin etməyən bütlərə niyə ibadət edirsən? Ata! Şeytana ibadət etmə! Şeytan Allaha itaətsizlik göstərmişdir. 

-Ey İbrahim! Sən mənim allahlarımdan uzaqlaşırsanmı? Əgər işlərindən əl çəkməsən səni daşqalaq edəcəyəm. İndi isə uzun zamana qədər mənim yanımdan get!  İbrahim (ə) çox ədəbli bir cavan idi. O, babası Azəri çox sevirdi. Onu ata deyə çağırırdı. Ona görə də evdən çıxmazdan əvvəl Azərlə sağollaşıb, dedi: 

-Salam olsun sənə! Rəbbimdən sənin üçün bağışlanmaq istəyəcəyəm.  Həqiqətən, Allah məni çox sevir.  İbrahim (ə) öz Rəbbindən istədi ki, Azəri nur və imana hidayət etsin.  İbrahim (ə) insanlardan uzaqlaşdı. Yeganə və şəriksiz Allahın ibadəti ilə məşğul oldu. Camaat hər hansı bir münasibətdə məbədə gedir və bütlərə ibadət edirdilər. Onlar öz nəzirlərini onların yanlarına qoyurdular. Amma, İbrahim (ə)  yeganə Allaha ibadət edir və bütlərdən uzaq gəzirdi.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( l -ci hissə )
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    İSLAM TARİXİ. ADƏM (Ə) VƏ HƏVVA. YER ÜZƏRİNDƏ HƏYAT
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    İslam
    İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə)
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    İLAHİ ƏXLAQ. TƏHARƏT,PAKLIQ VƏ NİYYƏT.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İslam
    İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
    İslam
    Şaban ayının 15-i İmam Mehdinin (ə.s.) mübarək mövludu günüdür
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    İslam
    İMAM HÜSEYN (Ə)-IN KƏRVANININ MƏKKƏDƏN KÜFƏYƏ DOĞRU HƏRƏKƏTİ

2021 27-iyul, 19:58

Tarix

İslam

Bölmə

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum