• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2022 4-11, 12:45

İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?

İmam Həsən (əleyhis-salam) bir xalqa imamət edirdi ki, onların imamlarla birgə hərəkət etməyə əsla hazırlıqları yox idi. İmam Həsən Əmirəl-möminin Əli (əleyhis-salam)-ın oğludur. Bu ümmət İslam Peyğəmbərinin vəfatından sonra mövla Əlini tək-tənha qoyaraq dünya malı, eyş-işrət arxasınca getdilər, nəticədə özlərinin seçdikləri rəhbərlərin zülm və sitəminə düçar oldular. İş o yerə çatdı ki, üçüncü xəlifə Osmanın hakimiyyəti zamanında gördülər ki, artıq onların dünyalarından bir şey qalmayıb. Az qalır ki, zalımlar və qarətçilər İslam adı ilə, onların var-yoxlarını talasınlar. Qəflət yuxusundan oyandılar. Öz dünya işlərini sahmana salmaq üçün Əmirəl-möminin Əli (əleyhis-salam)-ın dalınca gəldilər. Burada Həzrətin onların beyətini qəbul etməməsinin səbəbini görürük. O, bu xalqın hansı məqsədlərlə onun evinin qapısına yığışdıqlarını, İslam və Quranı dirçəldib icra etmək yolunda onunla bir məramda olmadıqlarını bilirdi. Onlar məxsus bir hədəflə Əli (əleyhis-salam)-ın evinin ətrafına yığışmışdılar. Onların fikirləri Həzrətin məqsəd və fikirləri ilə heç də uyğun gəlmirdi. Biz bu məsələni Həzrətin xilafəti dövründə müşahidə etdik.[1]
Həzrət Əli (əleyhis-salam) bu məsələni dəfələrlə xatırladaraq buyururdu: Mən sizi Allaha görə istəyirəm. Siz isə məni öz dünyanıza görə istəyirsiniz. Mən sizi islah edən, inhiraflarınızı, əyriliklərinizi düzəldə bilən şeylərə (yollara) agaham. Amma siz məni fəsada çəkməklə islah olunmaq istəyirsiniz. Doğrudan da, mən sizi düz yola çəkə bilən şeyin nə olduğunu daha yaxşı bilirəm: o, qılıncdır. Mən də sizi islah edərək özümü fəsada çəkməyə razı deyiləm.
Həzrət başqa yerdə buyurur: And olsun çərdəyi yaran (cücərdən), insana can verən Kəsə, sizə vədə verilən şeyin vaxtı çataraq öz işinə məşğul oldu. Mən sizi Quran moizələri ilə nəsihət etdim, lakin siz mənim nəsihətlərimdən istifadə etmədiniz. Sizi əl ağacı ilə vurdum fayda vermədi; ilahi cəza qanunlarını icra edən qamçı ilə cəzalandırdım, amma tutduğunuz yoldan əl çəkmədiniz. Məlum oldu ki, sizi ədəbləndirə bilən yeganə şey qılıncdır, vəssalam! Mən sizin işlərinizi islah etmək üçün özümü fəsada atmağa razı olmadım.
Bəli, əvvəlcə Mövla Həzrət Əli (əleyhis-salam)-ın, sonra isə ümmətin ruhiyyə və məqsədlərindən agah olduqdan sonra baş verən tarixi hadisələr barəsində mühakimə yürütmək lazımdır. Həzrətin bu sözlərinə diqqət yetirin: Dünən hökmdar və əmr verən idim, bu gün isə əmr icra edən və itaət edənəm; dünən nəhy (qadağan) edən idim, bu gün isə məni nəhy edirlər. Mən sizi xoşlamadığınız şeyə vadar etmək istəmirəm.[2]
Bəli xalqın ruhiyəsi bu sayaq idi və Həzrətin ürəyini ağrıdırdı. Belə ki, dəfələrlə buyururdu: Sizin köməyinizə ehtiyac duymadığım, sözlərinizi təsdiq etmədiyim halda sübh etdim. Allah məni sizdən alıb sizdən yaxşılarını mənə nəsib, məndən pisini də sizə hakim etsin. Sizin imamınız bir şəxsdir ki, Allaha itaət edir. Siz isə gözlənildiyinin əksinə olaraq ona itaət etmirsiniz. Şamlıların rəhbəri (Müaviyə-müt.) Allahın əmrlərindən boyun qaçırdığı halda xalq ona itaət edir. Allaha and olsun, nə çox istərdim ki, Müaviyə öz tabeçilərini mənim tabeçilərimlə, dinarın (qızıl pul) dirhəmlə (gümüş pul) dəyişdirildiyi kimi dəyişdirsin. Yəni sizdən on nəfəri məndən alıb müqabilində bir nəfər verərdi.
And olsun Allaha, istərdim ki, sizi tanımayam, siz də məni tanımayasınız. Ona görə ki, bu cür tanışlıq peşmançılıq gətirər. Siz mənim qəlbimi dərd ilə doldurdunuz, işimi xarlığa (zəlilliyə) sürüklədiniz. İş o yerə çatdı ki, Qureyş tayfası: Əli qəhrəman bir kişidir. Lakin müharibədən başı çıxmır dedilər. Sizi an verirəm Allaha, görün heç bu iddia düzdür? Heç onların arasında bu qədər döyüş təcrübəsi olan və çətinlik çəkən bir kəs tapılarmı? Mən hələ iyirmi yaşıma çatmadığım vaxtlarda döyüş meydanına qədəm qoydum. İndi də, yaşım altmışı ötdüyü vaxt, əvvəldəki kimi döyüş əməliyyatını tam dəqiqliklə bilirəm. Lakin sözlərinə qulaq asan olmayan bir kəs kimə əmr versin?
And olsun Allaha çox istəyirəm ki, Allah məni sizin aranızdan aparıb behişt bağlarına, Öz razılıq məqamına çatdırsın. Həqiqətən ölüm addımbaaddım məni təqib edir. Hansı bir hadisə, bu ümmətin ən bədbəxtinin mənim saqqalımı başımın qanına boyamasının qarşısını ala bilər? Bu söz Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in verdiyi vədə idi ki, mənə öz aqibətimdən xəbər verdi.
Həzrət başqa bir yerdə öz zamanının camaatının ruhiyəsini Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dövrünün camaatının ruhiyyəsi ilə müqayisə edərək buyurur:
Biz Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə birgə olanda, (möminlər) İslam dini naminə öz ataları, uşaqları və qardaşları ilə döyüşürdü. And olsun öz canıma, əgər bizim dinə kömək etməkdəki rəftarımız sizin rəftarınız kimi olsaydı, dinin bünövrəsi möhkəmlənməz, İslam ağacının şaxələri yaşıllaşmazdı.[3]
Həzrət Əli (əleyhis-salam)-ın hakimiyyətinin son günlərində olan bu bəyənatı onun ürək ağrısının nə qədər çox olduğunu göstərir.
[1]Əmirəl-möminin Əli (əleyhissalam)-ın başına nələr gəldi kitabına müraciət edin.
[2]Nəhcül-bəlağənin şərhi (Feyzül İslam), 199-cu xütbə.
[3]Əmirəl-möminin Əli (əleyhissalam)-ın başına nələr gəldi kitabına müraciət edin.
İmam Həsən (ə) və İmam Hüseyn (ə)  kitabından
SEYYİD MƏHƏMMƏDHƏSƏN MUSƏVİ 
KAŞANİ


Mənbə :yenivaxt.com 

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 1
  • Oxşar xəbərlər
Seyyidoglu 4 noyabr 2022 18:58

Allah bizi Ehli-Beytden uzag salmasin inwAllah 

2022 4-11, 12:45

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İslam
İSLAMDA ƏQAİD. QURANİ-KƏRİMDƏ İMAMƏT MƏQAMI ( lI -ci hissə )
İslam
Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
Xəbərlər
İlkin Süleymanov son söz deyib
Xəbərlər / Dünya
İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum