İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
Üçüncü il yağışın yağma zamanı çatdı. Amma, quraqlıqdan başqa bir şey yox idi. Qıtlıq hər yeri bürümüşdü. Küləklər əsir və qum dalğalarını vaxtı ilə yaşıl və səfalı yerlər olan dərələrə tərəf itələyirdi. Əhqaf torpaqları qurqlığa qərq oldu. Hud (ə) həmişə camaatı Allaha imana və bütpərəstlikdən çəkinməyə dəvət edirdi. O deyirdi:
-Allah-təala qüdrətlidir. Yağış göndərən, yeri öldükdən sonra dirildən odur.
Qüdrətli Allah o şəxsdir ki, dərələrə, çöllərə və çəmənliklərə yaşıllıq, səfalıq və təravət bəxş edir. Bütlər eşitməz daşlardılar. Onların xeyir və ziyanları yoxdur. Ad qəbilələri onun risalətinə iman gətirməyib, zalım hakimlərinə itaət edirdilər. Bəzi pak insanlardan savayı heç kəs Huda (ə) iman gətirmədi.
Üçüncü ildə də Əhqaf sakinləri göyə baxır, bulud və yağış gözləyirdilər. Səma təmiz və mavi idi. Buluddan əsər-əlamət yox idi. Bütpərəstlər daha çox qurban vermək fikrinə düşdülər. Güman edirdilər ki, nemət bolluğu Allahı, onları qıtlıq və quraqlıqdan xilas edəcəkdir. Lakin, bir xəbər yox idi.
Hud (ə) gələrək sonuncu dəfə onlara nəsihət verdi. Onları tövbəyə, Allaha tərəf qayıtmağa də`vət etdi: Yağış göndərən və bolluq illərini əta edən yeganə Allaha doğru.
Amma, Ad qövmü Hudu (ə) çıxararaq ona dedilər:
-Get, ey dəli! Sən yalançı adamsan. Əgər doğru deyirsənsə Allahın bizim üçün əzab göndərsin. Biz heç vaxt allahlarımızdan əl çəkməyəcəyik. Bizim allahlarımız bizə ruzi yetirir, yağış göndərir, torpaqlarımızı məhsuldar edir və qoyunlarımıza bərəkət verirlər. Onlar bu işləri heç vaxt unutmurlar. Hud öz qəbiləsinin halına yanırdı. O istəyirdi ki, onlar iman gətirib, dəyərli və səadətli həyat yaşasınlar. Saatlar keçdi, üfüqdə qorxulu qara buludlar göründü. Buludlar get-gedə irəlilədilər və bütün Əhqaf səmasını bürüdülər. Ad tayfası buludları görərək şad olub, sevindilər və dedilər:
-Allahlar bizim dualarımızı qəbul etdilər. Bizim üçün yağış yağan buludlar göndərdilər. Tezliklə yer yaşıl və səfalı olacaqdır. Yaşıllıq bağ və bostanlara qayıdacaqdır.
Hud əzabın qəti nişanəsini görərək dedi:
-Yox! Heç vaxt! Bu çatmasına tələsdiyiniz şeydir. Onda dərdli əzab olan bir küləkdir. O, hər şeyi viran edəcək.
Hud dağa sığındı. Mö’minlər də ora sığındılar. Əzab çox yaxınlaşdı. Zaman keçirdi və bütpərəstlər toplaşmış qara buludlara diqqətlə baxaraq yağış gözləyirdilər. Amma, faydasız idi. Soyuq küləklər əsməyə başladı. Tezliklə dağıdıcı tufan hərəkətə gələcəkdi. Göydə işıqlar parlamağa və qorxulu ildırımlar çaxmağa başladı. Buludların gurultusu başlandı. Göy gurultusu elə möhkəm və qorxulu idi ki, kafirlərin ürəklərini titrətdi.
Bütpərəstlər qorxaraq öz evlərinə sarı qaçdılar. Onlar ümidsizliklə buludlara baxırdılar. Hudun sözləri, onun nəsihətləri barədə fikirləşmirdilər. Yalnız daş heykəllərə baxırdılar. Onlar bu inamda idilər ki, o eşitməz daşlar onlara ruzi bağışlayır və onlara xeyir, bərəkət və nemət bolluğu əta edirlər.
Allahın qəzəb tufanı başlandı. Küləklər ağır, quru və olduqca soyuq idilər. Yağış və bulud gətirən küləklər deyildilər. Onlar çox güclü külək və qum topalarının tufanı idilər. Dəhşətli saatlar keçdi. Tufan sakitləşmək bilmirdi. Qum dalğaları dərəyə tərəf gedirdilər. Ad qəbiləsi öz güc və qüdrətlərinə çox güvənirdilər. Onlar güman edirdilər ki, qıtlığa, quraqlığa və tufana qələbə çalacaqlar. Elə bilirdilər ki, tufan axşam və ya sabah sakitləşəcəkdir.
Çərşənbə günü səhər daha güclü küləklər əsməyə başladı və yeddi gecə səkkiz gün eləcə möhkəm əsdi. Tufan çərşənbə günü səhər sakitləşərək dayandı. O gözəl və səfalı şəhəri qumla hamarlaşdırmayınca, gözəl İrəm şəhərini qumlar altda dəfn etməyincə, sakitləşmədi. Evlər bir-birlərinə dəydi. Çox güclü və möhkəm olan mərmər sütunları töküldü. Hudun risalətinə kafir olanlar yerdə qumların üzərində çırpınırdılar. Onların uca qamətləri vardı.
Buna görə də quru xurma ağacının gövdələrinə bənzəyirdilər. Heykəllər üzü üstə yerə düşdülər və parça-parça oldular. O bütpərəst ibadətgahı xarabalığa çevrildi. Allahın nifrini onları tutdu. Onlar zalım və qürurlu insanlar idilər. Onların ürəklərində zərrə qədər də rəhm və mərhəmət yox idi. Onların yaşayışı başdan ayağa əbəs və bihudəlik idi. Hətta öz saraylarını tikdikləri zaman belə bu işləri yalnız əbəs yerə və faydasız olaraq yerinə yetirirdilər. Heç vaxt onlardan istifadə etmirdilər.
Ona görə də Allah küfrlərinə və möminlərə etdiyi zülmlərinə görə onlara qəzəbləndi; onları həlak edib, Hud və ona iman gətirənləri xilas etdi. Onları azad etdi ki, insanlar öz fitrət və təbiətlərinə qayıtsınlar və xeyir-bərəkət, firavanlıq və nemət bolluğu ilə dolu olan yeni insan həyatlarına başlasınlar.
Bismillahir-Rəhmanir-Rəhim.
“Biz Ad qövmünə onların qardaşları olan Hudu göndərdik. Onlara dedi:
-Ey qövm!Allaha pərəstiş edin, ondan başqa sizin üçün bir məbud yoxdur. Sizsə yalnız töhmət vurursuz.
Ey qövm! Mən bu risalətim üçün sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradan şəxsin öhdəsinədir. Anlamırsınızmı?
Ey qövm! Allahınızdan bağışlanmaq istəyin. Sonra tövbə ilə ona doğru qayıdın. O sizə səma yağışını göndərər. Gücünüz üstünə güc əlavə edər. Amma, günahkarcasına haqdan üz çevirməyin.
Dedilər:
-Ey Hud! Sən bizim üçün aydın sübut gətirməmisən və biz öz alllahlarlarımızı sənin sözünlə buraxmayacağıq. Biz əsla sənə iman gətirməyəcəyik. Biz sənin haqqında yalnız bunu deyirik: ”Bizim bəzi allahlarımız sənə ziyan vurmuş, ağlını aparmışlar”.
Hud dedi:
-Mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən sizin Allaha qoşduğunuz şəriklərdən uzağam. Ondan başqa ibadət etdiyiniz bütün şeylərdən uzağam. İndi ki, belədir, hamılıqla mənə qarşı plan çəkin və mənə fürsət verməyin. Amma, bilin ki, əlinizdən heç bir iş gəlməyəcəkdir. Mən özümün və sizin rəbbiniz olan Allaha təvəkkül edirəm.
Allah bütün canlılara hakimdir. Mənim Rəbbim doğru yoldadır. Ona görə də əgər üz çevirsəniz, bilin ki, mən üzərimə düşən risalətimi sizə çatdırdım və Rəbbim sizin yerinizə başqa bir dəstəni gətirər, sizsə ona azca zərər belə yetirə bilməzsiniz.
Mənim Rəbbim hər şeyin qoruyanıdır. Bizim əmrimiz yetişən zaman Huda və ona iman gətirən şəxslərə öz rəhmətimizlə nicat verib, onları ağır əzabdan xilas etdik. Bu Ad qövmü Allahın ayələrini inkar edib, peyğəmbərlərinə günah etdilər və haqqın düşməni olan hər bir zalıma itaət etdilər. Bu dünyada və Qiyamət günü onlar üçün lənət və pis adlar vardır. Bilin ki, Ad qövmü öz Rəbbinə kafir oldu. Hudun qövmü Ad Allahın rəhmətindən, xeyir və səadətdən uzaq olsun!
(Hud surəsi, 50-60-cı аyələr.)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.