İSLAMİ ƏXLAQ. MURDARLARIN TӘMİZLӘNMӘSİ VƏ AYAQYOLUNA GETMƏYİN SİRLƏRİ
Şəhid Sani' yazır: "İnsan bədən üzvlərində olan murdarlığı təmizlədikdə, qəlbinin əxlaqi (mənəvi) murdarlıqlar və çirkinliklərdən təmizlənməsini xatırlamalıdır."
İnsan onun zatı ilə heç bir rabitəsi olmayan bədən üzvlərinin zahiri və libasını təmizləməyə məmur olduğunu görəndə öz varlığının əsli və daxilini təmizləməkdən qəflətdə olmamalıdır. Buna görə də, tam diqqətlə və keçmiş günahlardan peşmançılığı nəzərə alaraq, keçmişdə baş verənləri aradan qaldırmağa çalışmalı və Allah-taalanın diqqət mərkəzində olan qəlbinin təmizlənməsi üçün gələcəkdə günah ardınca getməmək qərarına gəlməlidir.
İnsan ayaqyoluna gedərkən öz qüsuru və ehtiyacını nəzərə almalı, zahiri görünüşünün xalq gözü qarşısında bəzənməsinə baxmayaraq, daxilində hansı murdarların yerləşdiyinə diqqət yetirməlidir. Allah-tәala isə onun daxilini görür və daxilində mövcud olan (bütün murdarlıq və çirkinliklərdən) agahdır. Deməli, nəfsi və varlığının istirahət etməsi, qəlbinin rahatlıq tapması, canının
ağır yüklərdən rahatlanması və insanlara xidmət göstərmək, habelə Allahla danışmağa hazır olmağı əldə etmək naminə daxili aləminin dərinliklərində yer almış murdarlıq və pis əxlaqı aradan qaldırmalıdır.
İmam Sadiq (ə) buyurmuşdur: "Müstərah (ayaqyolu) ona görə müstərah adlanır ki, orada insanlar çirkinlik və murdarlıqları özlərindən uzaqlaşdırmaqla rahatlanırlar.
Mömin şəxs ayaqyolunda olarkən dünya həyatında halal yolla yediyinin sonda "aşkar edilməsi olduqca xoşagəlməz olan" belə bir rüsvayçılıqla nəticələndiyinə diqqət yetirir. O həmin murdarları bədənindən xaric etməklə rahatlaşır, onu özündə saxlamaqdan isə imtina edir. O, bəzi hallarda olduqca hörmətli sayılan varlığının ayaqyolunda olarkən hansı dərəcədə xar və zəlil olmasını düşünür, eyni halda qənaət və ilahi təqvaya malik olmağı hər iki dünyanın (dünya və Axirət aləminin) insana asayiş gətirəcəyini əldə edir.
İnsan həmin halda asayişin dünya üçün təhqir və onun ləzzətlərindən uzaq olmaqla, həmçinin haram və şübhəli əməllərin tərk edilməsində görür.
O, həmin vəziyyətdə özünü xar və zillət halında görüb, özünü tanıdıqdan sonra isə gözəl aqibət (sonluq) və ali dərəcələr ümidi ilə təkəbbür xüsusiyyətini özündən uzaqlaşdırır, günahlardan çəkinir və rəftarında təvazökarlığa "keçmişdə baş verən əyriliklər, həmçinin Allah-tәalanın nemətlərinə qarşı küfrdən həya etməyə" üz gətirir. Belə bir insan həqiqi həyatda və əbədi evdə (Axirət aləmində) ilahi amana çatıb, Onun razılıq dadını əldə edənədək Allah-tәalanın göstəriş və qadağalarına riayət etməyə, həmçinin nəfsini Allahın qorxu zindanında həbs etdirərək, dünyanın çətinlik və müsibətlərində səbirli olmağa vadar edir və öz nəfsini boğaraq şəhvət hisslərindən özünü saxlamağı bacarır. Çünki (bütün varlıqların) söykənəcəyi yer Odur və Ondan başqa heç bir şey yoxdur.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.