• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 14-06, 14:17

GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ


Məsumların (ə) əxlaq barədə söylədikləri:

"Əl-Kafi" kitabında İmam Baqirdən (ə) belə nəql edilmişdir: "Əxlaq baxı mından daha gözəl olan insan iman baxımından daha kamildir."

İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala yanında vacib əməllərdən sonra xalqın bir-biri ilə əxlaqlı davranaraq əmin-amanlıq içərisində yaşa maqdan sevimli bir əməl yoxdur."

Peyğəmbər (s) buyurub: qiyamət günü insanın heç bir əməli onun gözəl əxlaqı ilə ölçülə bilməz.

İmam Sadiqdən (ə) nəql olunmuş hədisə əsasən, İslam peyğəmbəri (s) belə buyurmuşdur: "Gözəl əxlaqa malik olan insanın savabı daim namaz və oruc halında olan şəxsin savabı kimidir."

İslam peyğəmbəri (s) buyurmuşdur: "Mənim ümmətimi hər şeydən öncə Cənnətə daxil edəcək amil evləri abad və ömürləri uzadan təqva və gözəl əxlaqdan ibarətdir."

İmam Sadiq (ə) buyurur: "Günəş buzu əritdiyi kimi gözəl əxlaq da, günah ları əridib aradan aparır."

İmam Sadiq (ə) buyurur: "Allah-taala Öz bəndəsinə (onun malik olduğu) gözəl əxlaqı müqabilində gecə-gündüz Allah yolunda cihad edən (çalışan) şəxsin savabı qədər mükafat (savab) verər."

İmam Sadiq (ə) buyurmuşdur: "Gözəl əxlaq öz sahibini daim oruc tutan və namaz qılan şəxsin mərtəbəsinə çatdırar."

Rəvayətə əsasən, bir nəfər Peyğəmbərdən (s) gözəl əxlaq barədə izah istədikdə, həzrət (s) onun cavabında bu ayəni oxudu:

و خذ العفو وأمر بالغرف وأعرض عن الجاهلين..

"Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!"²

Peyğəmbər (s) daha sonra belə buyurdu: "Gözəl əxlaq odur ki, səninlə rabitəni kəsənlərlə rabitə yaradıb, səni məhrum edənlərə bəxşiş edəsən və sənə zülm edənləri bağışlayasan."

İslam peyğəmbəri (s) buyurmuşdur: "Mən əxlaqi gözəllikləri (xislətləri) kamilləşdirmək üçün peyğəmbərliyə göndərildim."

Rəvayətə görə, bir nəfər Peyğəmbərə (s) qarşıdan yaxınlaşıb dedi: "Ey Allahın elçisi! Din nədir?" Həzrət (s) onun cavabında buyurdu: "Gözəl əxlaq!"

Həmin şəxs az sonra sağ tərəfdən Peyğəmbərə (s) yaxınlaşıb, soruşdu: "Ey Allahın elçisi! Din nədir?" Həzrət (s) buyurdu: "Gözəl əxlaq!"

Sonra sol tərəfdən Peyğəmbərə (s) yaxınlaşaraq soruşdu: "Ey Allahın el çisi! Din nədir?" Həzrət (s) yenə buyurdu: "Gözəl əxlaq!"

Həmin şəxs növbəti dəfə arxa tərəfdən Peyğəmbərə (s) yaxınlaşaraq so ruşdu: "Ey Allahın elçisi! Din nədir?" Həzrət Peyğəmbər (s) bu dəfə ona tərəf dönüb, buyurdu: "Başa düşmürsən? Din odur ki, (əsassız yerə və ifrat had dində) qəzəblənməyəsən!"

İslam peyğəmbərindən (s) "bədbəxtlik nədir?" deyə sual edildikdə, buyur du: "Pis əxlaq bədbəxtlikdir.

Bir rəvayətə görə, həzrət Peyğəmbərdən (s) "hansı əməl daha üstündür?" deyə sual edildikdə, belə buyurdu: "Gözəl əxlaq."

Digər rəvayətə görə, həzrət (s) buyurmuşdur: "Sirkə balı zay etdiyi kimi pis əxlaq da, yaxşı əməlləri məhv edir."

İslam peyğəmbəri (s) buyurur: "Allah-taala pis əxlaqa malik olan bəndə nin tövbəsini qəbul etməkdən imtina edir." Soruşdular: "Nə üçün belə olur?" Həzrət (s) buyurdu: "(Çünki) əxlaqı pis olan insan bir günahdan tövbə etdiyi zaman digər bir günaha düşür."

İmam Sadiq (ə) buyurmuşdur: "Sirkə balı zay etdiyi kimi pis əxlaq da, imanı məhv edir."

İmam Sadiq (ə) digər hədisdə buyurur: "Əxlaqı pis olan şəxsin canı əzabda olar."

Ariflərdən biri deyir: "Pis əxlaq yaxşı əməllərin çoxluğunun bir fayda ver məyəcəyi halda günah, gözəl əxlaq isə günahlar çoxluğunun (insana) bir ziyan yetirə bilməyəcəyi halda isə gözəldir."

Allah-taala buyurur:

و و لقد كان لكم في رسول الله أسوة حسنة.»

"Həqiqətən, sizin üçün Allahın Rəsulunda gözəl örnək vardır!"

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 14-06, 14:17

Tarix

İslam

Bölmə
İslam
GÖZƏL ƏXLAQIN TƏRİFƏ LAYİQ GÖRÜLMƏSİ VƏ PİS ƏXLAQIN MƏZƏMMƏTİ
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud günüdür
İslam / Xəbərlər
Mübarək Rəcəb ayının müştərək əməlləri
İslam
HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
Xəbərlər
İlkin Süleymanov son söz deyib
Xəbərlər / Dünya
İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum