İSLAMDA ƏXLAQ. DƏSTƏMAZ.
İslam peyğəmbəri (s) buyurur: "Hər kəs dəstəmaz alıb, Allahın adını dilə gətirsə, bütün bədəni pak olar. Dəstəmaz üzərinə dəstəmaz almaq iki dəstəmaz arasında olan günahların kəffarəsidir. Dəstəmaz alarkən Allahın adını dilə gətirməyənin isə yalnız dəstəmaz üzvləri paklaşar".
Allah adını yad etməklə bütün bədən üzvlərinin paklaşmasının sirri bu dur ki, Allahın adını yad etdikdə, insan diqqətli və agah olur, Allahı yad etməmək nəticəsində ona hakim olan qəflətdən paklaşır. Bədənin rəhbəri və mərkəzi sayılan qəlb paklaşdıqda isə bütün bədən üzvləri paklaşar. Şəhid Sani deyir: "İnsan təharət və paklıqla bağlı diqqətli olmalıdır ki,onun zahiri bədən üzvləri başqalarının müşahidəsi altında olduğu halda,digər tərəfdən isə dünyanı dəyərsiz işləri ilə təmasda olduğundan onları yumalı və təmiz saxlamalıdır.
Buna əsasən, bu zahiri bədən üzvləri ilə yanaşı Allah-taalanın diqqət mərkəzində olan qəlbini də paklaşdırmalıdır. Çünki Allah-taalanın diqqət və nəzəri bizim zahiri görünüşümüzə deyil, əslində qəlblərimizədir. Qəlb bədən üzvlərinin rəisi və başçısı sayılır. Allah-taaladan uzaqlaşmağa səbəb olan işləri görən həmin üzvlər insan qəlbinin xidmətinda və hökmü altındadır. Bunun üçün qəlbi paklaşdırmaq lazımdır. "Buna görə də dəstamaz alarkən üz və əllərin yuyulması, həmçinin, baş və ayaqlara məsh etməklə bağlı göstəriş verilmişdir".
(Dəstəmaz alarkən) üzün yuyulması ilə bağlı verilmiş göstəriş, batini üzlə Allaha üz gətirməyin məhz həmin üz vasitəsilə həyata keçdiyinə, həmçinin dünyaya bağlılığa səbəb olan hissiyyat üzvlərinin çoxunun üz hissəsində yerləşdiyinə görədir. Deməli, çirkinlikdən təmiz olan bir üzlə Allaha doğru üz gətirmək və bunun vasitəsilə batini üzünü paklaşdırmaq dərəcəsinə nail olmaq naminə üzün yuyulmasına dair göstəriş verilmişdir.
Daha sonra əllərin (əl va qolların) yuyulması ilə bağlı göstəriş verilmişdir. Çünki dünyanın dəyərsiz işlərinin çoxu əl vasitəsilə həyata keçir. Bundan sonra başa məsh etmək barədə göstəriş verilir. Çünki dünyəvi işlər "və hər hansı digər işə" doğru hərəkatla bağlı göstəriş verən fikir qüvvəsi insanın başında yerləşir. Insana yol göstərən və onu dünyaya tərəf sürükləyib, Axirəti unutduran qüvvə də məhz budur.
Dəstəmazla bağlı sonda ayaqlara məsh etməklə bağlı göstəriş verilir. Çünki insan ayaqları vasitəsilə "öz hədəflərinə" xüsusilə də, öz dünyəvi maraqlarına çatır və onların vasitəsilə öz dünyavi ehtiyaclarına tərəf hərəkət edir. Bütün bunlara əsasən, sadalanmış üzvləri nail olacağı səadətdən pay alsınlar deyə, ibadət məsələsində o biri üzvlərlə birlikdə bu üzvdən də istifadə etməlidir.
"Misbahuş-Şəriat" kitabında Imam Cəfər Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: "Paklaşmaq va dəstəmaz almaq istədikdə, Allah mərhəmətinə tərəf getdiyin kimi suya tərəf hərəkət et. Çünki Allah-taala suyu Özüna yaxınlıq və münacat açarı, həmçinin hüzuruna hidayət amili kimi qərar vermişdir. Allah-taala Öz mərhəməti ilə bəndələrin günahlarını yuduğu kimi, zahiri murdarları da sudan başqa heç bir şeylə paklaşdırmaz. Daha sonra belə buyurur: "Allah-taala Qurani-Kərimda buyurur:
و وهو الذي أرسل الرياح بشرا بين يدي رحمته وأنزلنا من السماء ماء طهورا »
"Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik." Həmçinin buyurur:
( وجعلنا من الماء كل شيء حي »
"Biz hər bir canlını sudan yaratdıq.
Allah-taala hər bir neməti sudan yaratdığı kimi, insan qəlblərinə də, Öz fəziləti və mərhəməti əsasında Allaha itaət və bəndəlik etməsi naminə həyat baxş etmişdir.
Natica: Elə isə suyun səfası, paklığı və bərəkətinə, hansı formada (olursa olsun) bir şeyə qarışdığı və hər bir şeyda olduğuna diqqətlə bax! Ondan Allah-taalanın göstəriş verdiyi üzvlərin (yuyulmasında) istifadə et, həmçinin Onun buyurduğu vacib və müstəhəb əməlləri yerinə yetir. Çünki bu işlərin hər birində bir çox faydalar mövcuddur və əgər onları layiqli tərzdə həyata keçirsən, onun faydalarının bulaqları sənə tərəf axacaqdır.
Su hər bir şeylə qarışdığı kimi, sən də Allah bəndələri ilə rabitədə ol və hər bir kəslə onun layiq olduğu tərzdə davran. Bir sözlə, İslam peyğəmbərinin (s) "Möminin misalı su kimidir" buyurduğuna əsasən, su kimi ol! Deməli, bütün ibadətlərdə Allahınla səmimiyyətin (ixlasın) Allah-taalanın yağışı asimandan göndərərək onu paklayıcı (tərtəmiz) adlandırdığı kimi təmiz və xalis olmalıdır. Bədən üzvlarini su ilə təmizlədiyin zaman qəlbini də, yəqin və (ilahi) təqva ilə paklaşdır!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.