• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 31-07, 19:55

İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)


İbrahim (ə) insanları yeganə Allahın itaətinə hidayət etmək barədə fikirləşirdi. Bütün insanlar büt, günəş, ay və ulduza ibadət və Nəmruda pərəstiş edirdilər. Bahar fəsli çatdı, güllər çiçəkləndi və çayların suyu artdı. Camaaat baharın gəlişinə sevindilər. Onlar baharın gəlişi və nemətin bolluğu bayramını keçirməyə hazırlaşdılar. O zaman bütün insanlar bayram mərasimini keçirmək üçün şəhərin kənarına gedir, yeyib-içir, atılıb-düşür və oynayırdılar. Daha sonra onlar öz nəzirlərini məbəddə allahların yanına qoymaq və hədiyyələri keşişlərə təqdim etmək üçün şəhərə qayıdırdılar.  Camaat şəhərin çölünə getməyə hazırlaşırdı. Amma, İbrahim (ə) hazırlaşmırdı. O bayram mərasiminə getmək barədə heç fikirləşmirdi də. 
Ona dedilər: 
-Ey İbrahim, sən niyə getmirsən? 
İbrahim (ə) dedi: 
-Mən xəstəyəm. 
O, doğru yolu təyin edə bilməyən insanlardan ötrü nigaran idi. İbrahim (ə) bütün işlərində onlarla fərqlənirdi. Paltarlarını təmiz saxlayır, dırnaqlarını qısaldır və başının tükünü azaldırdı. İnsanlar, hətta Nəmrud və bütün keşişlər də bahar bayramını keçirmək üçün şəhərdən çıxdılar. İbrahim (ə) şəhərdə tənha qaldı. Əlinə bir balta götürüb, böyük məbədə sarı yollandı. O məbəddə hamısı daşdan düzəldilmiş çoxlu allahlar var idi. Allahların bəzisi kiçik, bəzisi böyük idi. Orada bütün bütlərdən böyük olan bir büt vardı. Onun adını Mordux qoyub, allahların allahı adlandırırdılar. İbrahim (ə) məbədin pillələri ilə yuxarı qalxdı. Məbəd tamamilə boş idi. Yalnız bütlər qalmışdılar və iylənmiş ət və qanların qoxusu. 
İbrahimin (ə) gözü onlarla qondarma allaha düşdü. O öz-özünə fikirləşirdi: 
«Görəsən bir insan heç bir ziyan və faydası olmayan bir daşa necə ibadət edir?!» 
Bütlər hərəkətsiz halda öz yerlərinə mıxlanmışdılar. Onlar danışmır və heç bir iş görmürdülər.
İbrahim (ə) qəzəblə qışqırdı: 
-Niyə xörək yemirsiniz? 
Boş məbəddə onun səsi əks səda verdi. 
-Niyə xörək yemirsiniz? 
İrahim uca səslə dedi: 
-Niyə danışmırsınız? 
Səsi məbədin fəzasında fırlandı: 
-Niyə danışmırsınız? 
İbrahim (ə) yalançı allahları sındırmaq qərarına gəldi. O, insanlara sübut etmək istəyirdi ki, onlar bərk daş parçasından başqa bir şey deyillər.  Ona görə də baltanı qaldırıb, daş allahlara zərbələr endirdi. Bütlər cavan İbrahimin (ə) zərbələri altında dağılırdılar. Onların tikələri yerin üzərinə tökülürdülər. İbrahim (ə) böyük bütə çatdı. Beyninə bir fikir gəldi. Cavan İbrahim (ə) baltanı allahların böyüyünün boynundan asdı Bütləri sındırdıqdan və məbədi daş parçaları ilə doldurduqdan sonra oradan çıxdı. Sanki güclü bir zəlzələ baş vermiş və onları bir-birinə vurmuşdu.  Cavan İbrahim (ə) məbəddən çıxdı. O, üzünü səmaya tutub baxdı. Bir dəstə ağ göyərçin gördü. Onlar mavi səmada sakitcə uçurdular.  Bahar bayramları sona çatdı. Babil camaatı şəhərə qayıtdı. Gecə çatdı və şəhər qaranlığa büründü. Nəzirləri allahların yanına qoymaq vaxtı çatmışdı.  Onlar böyük məbədə sarı yola düşdülər. Onlar özləri ilə məşəllər, nəzirlər və hədiyyələr aparan uzun karvan formasında məbədə gedirdilər. Keşişlər karvanın qarşısında hərəkət edirdilər.  Məbədi gördükdə keşişlər qorxdular. Camaat da qorxu ilə baxırdılar.  Dağıdılmış allahların mənzərəsi dəhşətli idi. Bütün allahlar daş parçalarına çevrilmişdilər, allahların böyüyündən savayı.  Allahların böyüyü uzun illər idi öz yerində qalmışdı. Amma, bu dəfə çiynində bir balta vardı. Heç kəs nə baş verdiyini soruşmaq üçün allahların böyüyünün yanına gəlmədi. O da adəti üzrə eləcə sakit qaldı. Çünki, o daşdan başqa bir şey deyildi. 
Hay-küy qopdu. Keşişlər bir-birlərindən soruşdular: 
-Müqəddəs allahları dağıtmağa kim cürət göstərmişdir? 
Onların biri dedi: 
-Biz bir nəfər tanıyırıq. Mümkündür bunlar onun işi ola. Yəqin ki, o cürətə gəlib, allahları dağıtmışdır. 
-O cavan İbrahimdir. Biz həmişə onun allahları məsxərə etdiyini eşidirik. O deyir ki, bunların xeyir və zərərləri yoxdur. Keşişlər çox qəzəbləndilər. Onlar ürəklərində İbrahimə qarşı böyük qəzəb tufanı yaratdılar. O, allahları təhqir edən yeganə insan idi.  Nəmrud məbədə gəldi. Padşahın taxt-tacını hədələyən çox əhəmiyyətli bir hadisə baş vermişdi. Ona görə də Nəmrud İbrahimi (ə) tutmaq fərmanını verdi və məbəddə onun mühakiməsini elan etdi. Məbəd insanla dolu idi. Qazi (Hakim) Nəmrudun yanında durmuşdu.  Məmurlar cavan İbrahimi (ə) tutub, qazinin və Nəmrudun yanına gətirdilər.  Mühakimə qazinin bu sözləri ilə başlandı:
-Biz bilirik ki, sən bizim allahlarımızı ələ salırsan. Bilirik ki, sən Babil camaatı ilə Bahar bayramında iştirak etməmisən. İndi de görək bizim allahlarımızla kim belə rəftar etmişdir? Ey İbrahim, bizim allahlarımızı sənmi belə etmisən? 
İbrahim (ə) sakitcə dedi: 
-Bunları bütlərin böyüyü etmişdir. Əgər danışa bilirsə ondan soruşun!
İnsanların hamısı allahların böyüyünə baxırdılar. Onun çiynində bir balta vardı. Amma, heç nə danışmırdı. Qazi dedi: 
-Sən bilirsən ki, bu allahlar danışmaq iqtidarında deyilllər. Onlar cavab verə bilməzlər. 
Bu zaman İbrahim (ə) dilləndi: 
-Bəs elə isə siz niyə öz əllərinizlə yonduğunuz bütlərə ibadət edirsiniz? Siz niyə görə heç bir xeyir və ziyanı olmayan, danışa bilməyən, sizin nəzir və hədiyyələrinizi qəbul etməyən daş bütlərə ibadət edirsiniz? 
Məbəddə olanların hamısı başlarını aşağı saldılar. Hətta qazi də başını aşağı saldı. 
Öz-özlərinə dedilər: ”İbrahim (ə) doğru deyir. Daş necə Allah ola bilər. Ruhu və canı olmayan cansız heykəllərə necə ibadət edirik?» 
Keşişlər qəzəbələndilər. Çünki, insanların hər şeyi bilmələri onların xeyirinə deyildi. Bu zaman onların hakimiyyət və nüfuzları sona çatardı. Ona görə də qışqırdılar: 
-İbrahimin (ə) müqəddəs allahların başına gətirdiyi işlə onu necə
bağışlayırsınız? Necə İbrahimlə keçinirsiniz? O bizim allahlarımızı, bizə xeyir
və bərəkət verən allahlarımızı sındırmışdır. 
Nəmrud keşişlərin yanında durdu. O, onun hakimiyyətini sona çatdıracaq bir
uşağın təvəllüdü barəsində onların söylədiklərini yadına saldı. Qəzəblə qışqırdı: 
-İbrahimin (ə) etdiyi günahdır! O cəzalanmalıdır. 
Camaat Nəmruda hörmət və onun sözlərini təsdiq əlaməti olaraq ayağa
qalxdılar. 
Nəmrud dedi: 
-Biz müqəddəs allahlarımızı qorumalıyıq. İbrahim (ə) oda atılmaqla cəzalanmalıdır. Bütün insanlar, hətta babası Azər də İbrahimin (ə) əleyhinə şüar verirdi.  Orada İbrahimdən ötrü narahat olan çox az insan da var idi: o cümlədən İbrahimin (ə) xalası qızı Sara və Lut.  Sara İbrahimin (ə) sözlərinə iman gətirmiş cavan və ağıllı bir qız idi. Lut da yeganə və şəriksiz Allaha və İbrahimin (ə) risalətinə iman gətirmiş insanlardan idi.  İbrahim, mühakimə zamanı çatana qədər zindana atılmışdı. İbrahimin (ə) yandırılması üçün nəzərdə tutulan alov çox böyük idi. Ona görə də odun toplamağa başladılar.  Günlər ötürdü. Onlar odun toplamaqla məşğul idilər. Bütün bütpərəstlər özlərinin dağıdılmış allahlarının intiqamını almaq üçün odun toplantısında iştirak edirdilər. Bu zaman Nəmrud yeganə Allah haqında İbrahimlə mübahisə etmək qərarına gəldi.  İbrahim (ə) Nəmrudun sarayına gəldi. O, Nəmrudun qarşısında durdu. Amma, nə təzim etdi və nə də səcdə elədi. Nə ona baş əydi və nə də təslim oldu. İbrahim (ə) Allahdan başqa heç kəsdən qorxmurdu. O, Sübhan Allahdan başqa heç nəyə pərəstiş etmirdi. 
Nəmrud məğrur halda dedi: 
-Ey İbrahim, sənin ibadət etdiyin bu Allah kimdir? 
İbrahim (ə) dedi: 
-Mən ölüləri dirildən və diriləri öldürən Allaha ibadət edirəm.
Nəmrud təkəbbürlə dedi: 
-Mən də öldürüb, dirildirəm. 
Nəmrud əllərini bir-birinə vurub, uca səslə dedi: 
-Bir dustaq və bir nəfər də ölümə məhkum olanlardan bura gətirin!
Məmurlar o iki nəfəri zəncirlə gətirdilər. Nəmrud cəllada dedi: 
-Bu dustağın boynunu vur və bu ölümə məhkum olan insanı azad et! 
Sonra üzünü İbrahimə tutub dedi: 
-Gördün ki, mən həqiqətən də dirini öldürüb, ölünü dirildirəm?!
İbrahim (ə) bu mövzuda Nəmrudla mübahisə etməkdən çəkindi. Çünki,
Nəmrudun etdiyi iş düzgün deyildi. Ona görə də İbrahim (ə) Nəmruda dedi: 
-Mənim ibadət etdiyim Allah günəşi elə yerləşdirib ki, şərqdən doğur. Sən
onu qərbdən doğura bilərsənmi? 
Nəmrud İbrahimin (ə) sualından cavabsız qaldı. Çünki, heç vaxt heç kəsin belə bir iş görməyə qüdrəti yoxdur. Ona görə də kafir Nəmrud mat-məəttəl qaldı və heç bir söz demədi.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 31-07, 19:55

Tarix

İslam

Bölmə
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
İslam
İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
Xəbərlər
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum