Norveç və İrlandiya Fələstin dövlətini tanıdı - İsrail səfirlərini geri çağırdı
Norveç və İrlandiyanın Fələstin dövlətini tanımasından sonra İsrail hər iki ölkədəki səfirlərini geri çağırıb.
HESENESKERI.AZ baku.ws saytına istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında bildirib.
Onun sözlərinə görə, bu ölkələrin Fələstini tanımağı planlaşdırdığına dair xəbərlərin ortaya çıxmasından sonra İsrailin İrlandiya və Norveçdəki səfirlərini dərhal məsləhətləşmələr üçün geri çağırıb.
"Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr etdim.Avropa ölkələrinin bu cür qərarları dəhşətli nəticələrə səbəb olacaq.
Əgər İspaniya Fələstin dövlətini tanımaq planlarını həyata keçirsə, ona qarşı da oxşar addım atılacaq".
Qeyd edək ki, Norveç hakimiyyəti Fələstin dövlətini mayın 22-də tanıyıb.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.