• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Dünya / Siyasət // 2022 22-fevral, 19:36

İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş tutub - YENİLƏNİB + FOTO/VİDEO


Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə dövlət başçıları çıxış ediblər.
Rusiya Prezidenti Vladimir Putin deyib:
“Sizi görməyə çox şadam. Sağ olun ki, təklifimi qəbul etdiniz.
Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.
Fikrimcə biz indiki həyatda hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq. Əlbəttə, bu barədə biz bu gün ətraflı danışacağıq. Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var.
Bilirəm ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.
Yeri gəlmişkən, həm Rusiya Federasiyası, həm də bilirəm, Sizin digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdırlar, ona görə ki, bunda təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, - Rusiya da, təkrar edirəm, Sizin bütün başqa qonşular da maraqlıdırlar.
Ticari-iqtisadi əlaqələrə gəldikdə, onlar durmadan inkişaf edir. Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, Siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərincə yaxşı şaxələndirilib və bu, irəliyə hərəkətin davam etməsi üçün yaxşı ilkin şərait yaradır.
Bizim üçün həssas və mənim fikrimcə Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinizə görə Sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.
Regional əlaqələr yetərincə səmərəli inkişaf edir.
Bir də, əlbəttə, fürsətdən, Sizin səfərinizdən istifadə edərək Sizi Ukrayna istiqamətində bizdə nələr baş verməsi barədə məlumatlandıracağam. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib.
Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.
Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.
Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra biz Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürük, əvvəlki səviyyə yox olub. Vurğulamaq istəyirəm, məhz dövlət çevrilişindən və bu çevrilişi edənlər tərəfindən hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra.
İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim. Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.
Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartdıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir.
Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır.
İndi bizim hər şey barədə daha ətraflı söhbət etmək imkanımız olacaq. Mən təfərrüat barədə Sizi məlumatlandıracağam.
İstənilən halda demək istəyirəm ki, Sizi görməyə çox şadam.
Xoş gəlmisiniz”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
“Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə Rusiyaya rəsmi səfərə dəvət etdiyinizə görə sağ olun. Şadam ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Sizinlə noyabrın sonunda görüşmüşdük, o vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam. Bütün bunlar ona dəlalət edir ki, bizim münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz daim əlaqə saxlayarıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanması ərəfəsində. Rəmzi haldır ki, bu görüş, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və Sizin qeyd etdiyiniz kimi 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk. Əlbəttə, bu gün bu barədə də danışacağıq, humanitar sahədə gördüyümüz işləri yüksək qiymətləndirdiyinizə görə sağ olun.
Təşəkkür edirəm ki, Siz bunu həmişə vurğulayırsınız, bizim səylərimizi qiymətləndirirsiniz və düzgün olaraq qeyd etdiyiniz kimi, bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir. Məktəblər məsələsinə gəldikdə, bir qədər dəqiqləşdirmək istərdim. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir.
Əlbəttə, Siz qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.
Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq. Dəvətə görə bir daha təşəkkür edirəm”.
Prezident Vladimir Putin: “Sağ olun”.
16:05
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüş başlayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 







Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Siyasət
    İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir -
    Xəbərlər
    Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    Dünya / Siyasət
    Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin
    Xəbərlər / Siyasət
    Prezdenti İlham Əliyev və İran İslam Respublikasının xarici
    Hüquqi Məsələlər
    Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən
    Xəbərlər
    Əfv sərəncamı neçə nəfərə şamil olundu? - YENİLƏNİB
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    Xəbərlər / Dünya / Siyasət
    İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    Dünya / Siyasət
    Vaşinqton danışıqları: Ermənilər yenə sülhə razılaşmadılar
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Dünya / Siyasət
    "İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
    Dünya / Siyasət
    Putin və Ərdoğanın birgə mətbuat konfransı - YENİLƏNİR
    Xəbərlər
    “ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    Xəbərlər
    Dövlət Ehtiyatları Agentliyi yaradıldı - Fərman
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    Xəbərlər / Siyasət
    ▪️Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir:
    Xəbərlər
    Bu il itirdiyimiz MƏŞHURLAR
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
    Xəbərlər / Mədəniyyət
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    Xəbərlər
    Helikopter bu səbəbdən qəzaya uğrayıb – RƏSMİ
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    Şəhid Ayətullah Məhəmməd Baqir Sədr ilə Səddam Hüseynin
    Xəbərlər
    Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
    Xəbərlər
    Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər -
    Xəbərlər
    Əzizimizə qovuşduğumuz gün: Şuşanın azad olunmasından bir il
    Siyasət / Xəbərlər / Dünya
    MÜHARİBƏ NECƏ DAYANDI? PAŞİNYANIN TƏSLİM OLDUĞU GECƏ,PUTİNLƏ
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    Xəbərlər
    Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
    Xəbərlər
    “Bu vəziyyətdə məni kim sevəcək?” deyən qaziyə ərə gedən
    Xəbərlər
    Bu tarixədək Bakı Metropolitenində yeni TARİFLƏR
    İslam / Hədislər
    Hacı Vasif - Allah yolunda xərclənən sədəqə

2022 22-fevral, 19:36

Tarix

Dünya / Siyasət

Bölmə
Xəbərlər / Foto / Mədəniyyət
İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Siyasət
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir -
Xəbərlər
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
Dünya / Siyasət
Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin
Xəbərlər / Siyasət
Prezdenti İlham Əliyev və İran İslam Respublikasının xarici
Hüquqi Məsələlər
Xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən
Xəbərlər
Əfv sərəncamı neçə nəfərə şamil olundu? - YENİLƏNİB
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Xəbərlər / Dünya / Siyasət
İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
Dünya / Siyasət
Vaşinqton danışıqları: Ermənilər yenə sülhə razılaşmadılar
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
Xəbərlər / Siyasət
Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Dünya / Siyasət
Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
Dünya / Siyasət
"İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
Dünya / Siyasət
Putin və Ərdoğanın birgə mətbuat konfransı - YENİLƏNİR
Xəbərlər
“ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
Xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yaradıldı - Fərman
Xəbərlər
Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
Xəbərlər / Siyasət
▪️Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir:
Xəbərlər
Bu il itirdiyimiz MƏŞHURLAR
Xəbərlər
“Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin
Xəbərlər / Mədəniyyət
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
İslam
İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
Xəbərlər
Helikopter bu səbəbdən qəzaya uğrayıb – RƏSMİ
İslam
İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
İslam
İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
Şəhid Ayətullah Məhəmməd Baqir Sədr ilə Səddam Hüseynin
Xəbərlər
Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? -
Xəbərlər
Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər -
Xəbərlər
Əzizimizə qovuşduğumuz gün: Şuşanın azad olunmasından bir il
Siyasət / Xəbərlər / Dünya
MÜHARİBƏ NECƏ DAYANDI? PAŞİNYANIN TƏSLİM OLDUĞU GECƏ,PUTİNLƏ
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
İslam
İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
İslam
İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
İslam
Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
İslam
İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
Xəbərlər
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
Xəbərlər
“Bu vəziyyətdə məni kim sevəcək?” deyən qaziyə ərə gedən
Xəbərlər
Bu tarixədək Bakı Metropolitenində yeni TARİFLƏR
İslam / Hədislər
Hacı Vasif - Allah yolunda xərclənən sədəqə
İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər / Video
Bakıda "Ford"un üzərinə düşən BYD-nin qəza anı - ...
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Hansı ərazilərdə siqaret çəkmək qadağandır?
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum