Uşaq bağçasının qarşısında qətlə yetirilmiş qadın meyiti aşkarlandı
Sabirabadda qətl hadisəsi baş verib.HesenEskeri.az “Report”a istinad edərək xəbər verir ki, Aran bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb. Belə ki, rayonun Ulacalı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızı naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun meyiti uşaq bağçalarından birinin qarşısında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.