Bakıda tikilməkdə olan bina çökdü: Yaralılar var - YENİLƏNİB + VİDEO
Xəbər verildiyi kimi, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində söküntü işlərinin aparılması zamanı həmin işlərə cəlb edilmiş dörd şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
14:25
Bakıda tikilməkdə olan bina çöküb, dörd nəfər xəsarət alıb.
Baku TV hadisə yerindən məlumat verib.
Ətraflı videonu təqdim edirik:
13:58
Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.
İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət alıb.
Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.
13:14
Bakının Keşlə qəsəbəsində tikilməkdə olan bina çöküb.
APA xəbər verir ki, hadisə layihəsi inşa olunan binalardan birində baş verib.
Dağıntı altında qalanların olduğu ehtimal edilir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.