• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2022 22-10, 17:03

“Azyaşlıların nişanlanmasına görə heç kəs məsuliyyətə cəlb oluna bilməz” - AÇIQLAMA + FOTO


Ötən gün Abşeronda dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı qız başı kəsilərək amansızlıqla öldürülüb. Məlum olub ki, qızı öldürən onun 26 yaşlı nişanlısı imiş. Qız 14 yaşından həmin şəxslə nişanlı olub. Nişanı qaytarmaq istədiyi üçün qətlə yetirilib.
Bu məsələlər nə qədər müzakirə edilsə də, heç bir nəticəsi yoxdur. Bəzi ailələr məktəb yaşlarında olan qızlarını oxutmaq əvəzinə nişanlayırlar. Azyaşlılarla nişanlananlar da qızların yaşının fərqinə varmadan razılıq verirlər.
Bəs görəsən, yeniyetmə qızların nişanlanmasında kimlər günahkardır? Ümumiyyətlə, həmin azyaşlı qızların valideynləri və onunla nişanlanan şəxs məsuliyyətə cəlb oluna bilərmi?
Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, nişanlanma qanunla tənzimlənmir:
“Qanuni nöqteyi-nəzərdən, 18 yaşınadək şəxslərin nikaha daxil olması qadağandır. Nişanlanma ailə qurmaq demək deyil. Bu qanunla tənzimlənmir. Heç bir qadağa da yoxdur. Qanunda nişanlanmanın yaş həddi yoxdur. Nişanlanmanın heç bir hüquqi nəticəsi yoxdur. Nişanlanma adətdir. Heç bir hüquqi məsuliyyət daşımır”.
Ə.Həsənov əlavə edib ki, nişanlanmaya görə, heç kəs məsuliyyətə cəlb oluna bilməz:
“Nişanlananda hamı bilir ki, bu oğlan o qızla evlənəcək. Nikah da 18 yaşdan sonra olacaq. Qanunda məhdudiyyət yoxdur. Qanuna belə qadağa gətirilməsi absurddur. Onda gərək 18 yaşına çatmamış orta məktəb şagirdlərinin, ümumiyyətlə, oğlanla-qızın görüşməsini qadağa edək.
Bu gün orta məktəb şagirdləri də bir-birilərinə eşq elan edirlər, görüşürlər və xoşagəlməz hallar da baş verir. Cinsi əlaqəyə girirlər. Onda deyək ki, valideynlər buna görə də məsuliyyət daşıyır?  Belə olsa, gərək valideynlər oğlanla qızın bir-biriləri ilə görüşməsini, oxumasını qadağa etsinlər. Bununla yanaşı, qızın nişanlandığı şəxs ondan yaşca böyük də olsa, məsuliyyətə cəlb olunmayacaq”.
Yazıçı Seyran Səxavət isə əlavə edib ki, bəzi yerlərdə qızları 2-3-cü sinifdən nişanlayırlar:
“Arzuolunmaz bir hadisədir. Bəzi yerlərdə qız uşaqlarını 2-3-cü sinifdən nişanlayırlar. Böyüyəndə isə artıq hər şeyin fərqinə varır, imtina edir. Nəticədə də bu tip hadisələr baş verir.
Azərbaycanda əvvəllər “göbəkkəsdi” olurdu. Birinin oğlu, birinin də qızı olurdu. Deyirdi ki, sənin qızını oğluma alacam. Onu həqiqətən də edirdilər. “Göbəkkəsdi” indinin nikahından min dəfə güclü idi. Sözümüz sözdür. O başqa dövr idi. Onun özünün bəraəti də var idi”.
S.Səxavət qeyd edib ki, Azərbaycanda milli şüur sıfır səviyyəsindən aşağıdır:
“Bakıda elə kəndlər var ki, qızları uşaq yaşlarından nişanlayırlar. Bu yolverilməzdir. Uşaqları məktəbdən ayırırlar. Valideynlərə cinayət işi qaldırmaq lazımdır ki, hər kəsə görk olsun. Yaşı varsa, məsuliyyətə cəlb oluna bilər. Öldürən də, ölən də bizdəndir. Çox pis oldum. Ancaq ürək ağrısıdır.
Azərbaycanda milli şüur sıfırdan aşağıdır. Onu tənzimləyən təhsildir. Təhsil də təxminən 30 ildir, Azərbaycanda yoxdur. Təhsilin özünün tənzimlənməyə ehtiyacı var”.
Nəzrin Vahid

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2022 22-10, 17:03

Tarix

Xəbərlər

Bölmə
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım Xədicə (s.ə)
İslam
AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum