• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2021 27-noyabr, 10:00

Tovuzda 10 yaşlı Nərmin müəmması: ailənin güzəranı son 2 ildə kəskin dəyişib

Tovuz rayonunun Dondar Quşçu kəndində iki il öncə itkin düşüb, 47 gün sonra yandırılmış meyiti tapılan 10-yaşlı Nərmin Quliyevanı son görən qohumları əmisi oğlanları olub. Onlardan biri - Qorxmaz Quliyev noyabrın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilib.
24-yaşlı Quliyev özü Gəncədə yaşayır. Deyir ki, başqa bir əmisi qızının toyuna görə kəndə gəlmişdi və Lətif əmisigildə qalırdı. Hadisə günü də Nərmin günorta saat 14:00 radələrində qapı qonşu olan Arif əmisigilə gəlib, atasının göndərdiyi gödəkcəni təhvil verib. Oradan Lətif əmisigilə keçib başqa bir gödəkcəni istəyib. Atası onu geyinib, həmin gün qardaşı qızının toy axşamına getməliymiş: "Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmim oğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkcəni götürüb ona verdi. Nərmin gödəkcəni qoymaq üçün torba verməyimizi gözləmədən çıxıb getdi".
Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra Nərminin böyük bacısı Şəbnəm gəlib, bacısının evə qayıtmadığını deyib. Əmisigildə olmadığına əmin olandan sonra çıxıb gedib.
Baxmayaraq ki, uşaqdan xəbər çıxmamışdı, axşam saat 18:00 radələrində Nərminin atası Şərif Quliyev qardaşıgilə gəlib. Bütün qohumlar toplaşıb qonşu kəndə "ciyəraxşamı"na gediblər. Vəkillər maraqlanıb ki, axşam ora gedəndə uşağın atasının əynində gödəkcə var idimi? Axı Nərminin əmisigildən gətirəcəyi gödəkcəni geyinib getməliydi.
Şahid Qorxmaz Quliyev deyib ki, həmin gün Şərif əmisinin nə geyindiyinə fikir verməyib.
Vəkillər bildirib ki, bu şahidin məhkəmədə dedikləri ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyətlər var. Ona görə də həmin ifadə elan olunmalı, Quliyev fərqli ifadə verməsinin səbəblərinə aydınlıq gətirməlidir.
Noyabrın 30-da keçiriləcək növbəti məhkəmə iclasında həm Qorxmaz Quliyev, həm də başqa qohumlar dindiriləcək. Dondar Quşçu kəndinin sakinləri noyabrın 24-də yenə Gəncə Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşıblar. Onlar azyaşlının ölümündə suçlanan kənd sakini İlkin Süleymanova azadlıq tələb ediblər.
"İlkinin günahsız olduğuna adımız kimi əminik. Yoxsa 1 500 nəfər kənd sakini öz imzasıyla, şəxsiyyət vəsiqəsinin nömrəsiylə prezidentə məktub yazıb bu məsuliyyətin altına girməzdi", – kənd sakini Validə Əliyeva AzadlıqRadiosuna belə deyib.
Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanov 2019-cu il noyabrın 21-dən yanvarın 6-na qədər Nərmini həyətlərindəki ikinci evdə saxlayıb. Kənd sakini Əliyeva isə deyir ki, İlkin dekabrın 17-də Tovuzda "Fidan" restoranında səhərdən axşama qədər onun əmisi oğlunun toyunda pul siyahısı yazıb: "Bir gün əvvəl də toy axşamı idi, orada da olub. Yandırılmış meyit tapılan gün səhər İlkin Gəncədə yas mərasimində olub".
Təqsirləndirilən Süleymanovun yaxınlarının tələblərindən biri də məhkəmə prosesinin videoçəkilişlə aparılmasıdır. Qardaşı Adil Süleymanov deyir ki, onlar cəmiyyətin həqiqəti bilməsini istəyirlər, bu səbəbdən videoçəkiliş aparılmasında israrlıdırlar: "Cəmiyyət bilsin ki, İlkin cinayətkardır, yoxsa yox. Hər kəs dünyaya bir dəfə gəlir, günahsız adamın illərini əlindən almaq bu qədər asan olmamalıdır".
Azyaşlının atası, zərərçəkmiş qismində tanınan Şərif Quliyev məhkəmədə həm özünün, həm də digər qohumların ifadələrində üzə çıxan ziddiyyətlərlə bağlı AzadlıqRadiosunun sualına cavab verib: "Onlar deyir ki, bizi öyrədirlər, yalandır, belə şey yoxdur".
Uşaqdan xəbər çıxmadığı halda, həmin gün onu axtarmaq əvəzinə "ciyəraxşamı"na getməsiylə bağlı suala isə cavabı belə olub: "Mən nə bilim onu yolda bunlar tutub aparacaqlar...".
Dondar Quşçu sakinləri iddia edir ki, Şərif Quliyevin ailəsinin maddi durumu çox ağır olub. Hətta onlara kənd camaatı ərzaq yardımı edirdi. İddialara görə, son iki ildə ailənin maddi vəziyyəti xeyli yaxşılaşıb, evi tamamilə yenidən təmir ediblər, yeni əşyalar alınıb, Nərminin anası əvvəllər kafedə günəmuzd işləsə də (özü də ifadəsində bunu deyib), xeyli vaxtdır işləmir və s.
"Yaxşı eləyib almışam, evimə heç nə almalı deyiləm? Bircə o nəslə (İlkin Süleymanovun nəslini nəzərdə tutur – red.) olar nəsə almaq? Mən necə almışamsa, onlara da elə qismət olsun...", – Quliyev cavab verib.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    Xəbərlər
    Qızını sevən oğlanı öldürüb basdırdı - Bakıda dəhşətli
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    Xəbərlər
    Bu il itirdiyimiz MƏŞHURLAR
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    Xəbərlər / Siyasət
    Həyatda olan Milli Qəhrəmanlarımız hazırda nə işlə
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    Xəbərlər
    Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    Xəbərlər
    Ən yaxın dostu tərəfindən bıçaqlandı, xəstəxanaya gec
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    Xəbərlər
    Gəncə terrorunda ana-atasını itirən körpə Nilayın nənəsi:
    Xəbərlər
    İlkin Süleymanov son söz deyib
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    Mədəniyyət
    Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    Xəbərlər / Foto
    İlin ən dəhşətli cinayəti - Əhməd cinayəti necə törədib?
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    Xəbərlər
    Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    İslam
    Oktyabrın 7-si Allah Rəsulu Muhəmməd Peyğəmbər (s) ilə xanım
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    Xəbərlər / Mədəniyyət
    Müşfiqin ölümündə məşhur qadının iştirakı: siçovulla dolu
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    Xəbərlər
    Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
    Xəbərlər
    10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkin
    İslam
    Dekabr ayının 10-u İmam Əli (ə) qızı Xanım Zeynəb (s.ə)
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    Muhərrəm ayının 25-i imam Səccad (ə) şəhadət günüdür. İmamın
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. Şiәlәrin ikinci İmamı olan İmam
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    Xəbərlər
    10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkin
    İslam
    Bu gün İmam Həsən Əskəri (ə) şəhadət günüdür.İmamın həyatı.

2021 27-noyabr, 10:00

Tarix

Xəbərlər

Bölmə

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
Hüquqi Məsələlər
Gəlin qayınata-qayınana adına olan evdən necə pay ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum