Nazirlər Kabineti şənbəni iş günü etdi - QƏRAR
Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Bununla da ardıcıl altı iş günündən sonra üç gün - 6, 7, 8 mart tarixləri istirahət günü olacaq.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.