“Narkotiki əvvəlcə pulsuz təklif edərək aludəçilik yaradırlar” - DİN-dən HƏYƏCAN TƏBİLİ
“Son bir neçə ildə sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı daha da aktuallaşıb və intensivləşib. Xüsusilə də Vətən müharibəsindən sonra xaricdə yaşayan narkotacirlər və Azərbaycanı istəməyən qüvvələr gənc nəslə qarşı bu cür xüsusi əməliyyat keçirir”.
HesenEskeri.Az Oxu.Az - saytına istinadən xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrdə narkotik vasitə satışı terror hadisəsi kimi qiymətləndirilə bilər:
“Azərbaycan gəncliyinin şücaətinin davamı olaraq onlar daha böyük uğurlar əldə edə bilərlər. Lakin bunun qarşısını almağa çalışan qüvvələrin sosial şəbəkədəki müharibəsi hələ də davam edir. Narkotacirlərin bu müharibəsi poliqonlardan sosial şəbəkələrə köçürülüb. Söhbət xüsusilə xaricdəki narkotacirlərdən gedir ki, biz onların bir qisminin kimliyini müəyyən edə bilirik, bir qisminin yox. Bizim əsas mübarizə prinsipimiz onların ölkə daxilində özlərinə narkokuryer seçdikləri şəxslərdir.
Onlar ölkə daxilində narkokuryer axtarışına keçərək yanlış məlumatlar verir və bu da gənclərin psixologiyasına təsir edir”.
Polis mayoru qeyd edir ki, gəncləri narkotik vasitə istifadəsinə sövq etmək üçün narkotiklər ilk dəfə pulsuz təklif olunur:
“Bu çox ciddi məqamlardan biridir. Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklər olur ki, bundan öncə narkotacirlərin toruna düşən şəxslərin narkotik vasitələrlə təması başlayır. Narkotik vasitələr müəyyən yerlərə yerləşdirilir və bu yeni tora düşən gənclər də gedib onları götürür. Daha sonra artıq narkotik maddənin müqabilində pul tələb edirlər. Belə-belə bu şəbəkələrin üzvləri artır. Onların əksəriyyəti sonra peşmançılıqlarını dilə gətirirlər. Onlar elə bilməsin ki, sosial şəbəkə üzərindən hərəkət etdikləri üçün kimlikləri müəyyənləşdirilməyəcək. Daxili işlər orqanlarında narkomaniya ilə mübarizə çərçivəsində mütəmadi olaraq aparılan tədbirlər öz nəticəsini verir”.
Könül Cəfərli
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.