Bir şəxsin digər şəxsə verdiyi borcun geri qaytarılmadığı halda, həmin məbləğin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi nə dərəcədə perspektivlidir?
Sual: Bir şəxsin digər şəxsə verdiyi borcun geri qaytarılmadığı halda, həmin məbləğin cavabdehdən məhkəmə qaydasında tələb edilməsi nə dərəcədə perspektivlidir?Cavab:Bu gün Azərbaycanda, xüsusilə də Bakıda şifahi borc müqavilələrindən irəli gələn məhkəmə çəkişmələri xeyli saydadır. Borc verən şəxslər borc alan şəxsə etimad göstərərək, onun vicdanlılığına inanaraq müəyyən məbləğdə borc verir. Təcrübədən göründüyü kimi, heç də bütün hallarda götürülən borclar geri qaytarılmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə borc müqaviləsi yazılıda bağlanıla bilər. Təbii ki, şifahi borc müqaviləsinin daha çox yaxın qohumlara, etimad qazanmış şəxslərə qarşı tətbiq edilməsi daha məqsədəuyğun olardı. Şifahi borc müqaviləsin mənfi cəhəti ondan ibarətdir ki, məhkəmədə borcun həqiqətən də verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, məhkəməyə müraciət etdikdə, borc münasibətlərinin mövcudluğunu, borc verilən məbləğin həcmini məhkəmə qarşısında sübut etmək borc verənin üzərinə düşəcək. Bu baxımdan, borc müqaviləsi yazılı və notarial qaydada təsdiqləndikdə, məhkəmə qaydasında borcun qaytarılmasını tələb etmək daha rahat olar.
Ümumiyyətlə, borc müqaviləsi bağlamamışdan öncə, borc alanın maddi durumuna, onun əmlakının olub-olmamasına, əmək fəaliyyəti ilə məşğul olub-olmadığına, onun aylıq gəlirlərinə, şəxsiyyətinə, həyat tərzinə və digər zəruri amillərə nəzər salmaq məsləhətdir. Bəzən borc almaq niyyəti altında cinayət əməli pərdələnir və borcu götürən şəxs onu qaytarmaq niyyəti ilə götürmür, bu isə öz növbəsində cinayət məcəlləsi ilə nəzərdə tutulmuş 178-ci maddənin əlamətlərinə daha uyğundur.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.