Texniki Pasportu mövcud olan torpaq sahəsinin üzərində tikilmiş qanunsuz ev hansı hallarda dövlət icra orqanları tərəfindən sökülə bilər?
Sual: Texniki Pasportu mövcud olan torpaq sahəsinin üzərində tikilmiş qanunsuz ev hansı hallarda dövlət icra orqanları tərəfindən sökülə bilər?Cavab: Onu qeyd edək ki, mövcud qanunvericiliyə uyğun olaraq Texniki Pasport hüquqmüəyyənedici sənəd olmadığı üçün həmin torpaq sahəsi faktiki olaraq zəbt olunmuş ərazi sayılır. Onun üzərindəki tikili də həm bu əsasla, həm də lazımi icazələr alınmadan tikildiyi üçün özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
O ki qaldı həmin tikilinin sökülməsinə, məhkəmə qərarı olmadan heç bir icra və digər orqanın həmin tikilini sökmək ixtiyarı yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.