SOCAR rəsmisindən Aİ-92 və Aİ-95 markalı benzinlə bağlı AÇIQLAMA
“2023-cü il ərzində daha keyfiyyətli Aİ-92 benzin istehsalı və nəhayət “Avro-5” standartına cavan verən Aİ-92 və Aİ-95 markalı benzinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur”.
SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2022-ci ilin ortasında zavodda istehsal olunan dizel “Avro-5” standartlarına cavab verəcək.
“Amma istehsalatda olan dizellərin bu standarta uyğunlaşması 4-6 ay çəkəcək”, - deyə o əlavə edib.
Onun bildirdiyinə görə, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən reallaşacaq:
“Bu proses “Avro-5” standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər”.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.