“WhatsApp”da yeni funksiya işə salındı
“WhatsApp” səsli mesajlara qulaq asmağı daha da rahatlaşdırıb.
Artıq onları yazışmanın içərində olmadan da dinləmək mümkündür.
Yeni söhbət və ya messengerin əsas ekranına keçdiyiniz zaman səsli mesaj pleyeri proqramın yuxarı hissəsində görünür.
Burada həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrdən istifadə etmək, eləcə də səsli mesajın müddət göstəricilərini izləmək olar.
Yeni arxa fonda dinləmə funksiyası səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir.
Hələlik yenilik “WhatsApp”ın Android üçün beta versiyasında işləyir. Lakin tezliklə iOS və Android smartfonların bütün istifadəçiləri üçün əlçatan olacaq.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.