Bu rayonlardan olan qızlarla bağlı Milli Məclisdə MARAQLI TƏKLİF
"Cənub və Aran regionlarında qızların ali təhsil xərclərini dövlət öz üzərinə götürsün".
HesenEskeri.az Big.az-a istinadla xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev çıxış edib.
Deputat əlavə edib ki, bir neçə gün əvvəl İmişlidə yüzə qədər qadınla görüş keçirib: "Müzakirələrdən məlum oldu ki, hətta Aran regionunda qızlar universitetə qəbul olsa da, ödənişli olduğu üçün valideyinləri qızların ali təhsil almasına imkan vermir. Bu məsələni həll etmək üçün onların təhsil haqqını dövlətin öz üzərinə götürməsini təklif edirəm. İstərdim ki, bu, bütün ölkə üzrə qızların təhsil alması üçün tətbiq olunsun, amma bunu edə bilmiriksə, heç olmasa cənub və Aran regionlarında bu msələni həll etmək olar".
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.