• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Siyasət / Xəbərlər / Dünya // 2020 2-12, 13:25

MÜHARİBƏ NECƏ DAYANDI? PAŞİNYANIN TƏSLİM OLDUĞU GECƏ,PUTİNLƏ TELEFONDA NƏLƏRİ DANIŞDI? PAŞİNYANDAN AÇIQLAMA


Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ikinci geniş açıqlama yayaraq, müharibənin dayandırmağa necə məcbur olmasını izah edib.

"heseneskeri.az"  "Olke.Az"-a istinadla xəbər verir ki, N.Paşinyan Feysbuk üzərindən açıqlamasında oktyabrın 19-da ona Qarabağ separatçı-terrorçularının başçısı Araik Arutyunyanın zəng etdiyini bildirib:

"O dedi ki, müharibəni dayandırmaq lazımdır. Onun sözlərinə görə, bu, təkcə onun fikri deyildi, müharibənin dayandırılmasını "dqr"in "keçmiş prezidentləri" Arkadi Qukasyan, Bako Saakyan, həmçinin eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da istəyir".

Paşinyan bundan sonra Rusiya lideri Vladimir Putinə zəng etdiyini qeyd edib:

"Putin dedi ki, müharibənin dayanması üçün danışıqların məntiqinə uyğun olaraq Qarabağın statusu məsələsindən imtina etməli, keçmiş DQMV-nin ətrafında olan rayonları qaytarmalısınız və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir".

Paşinyan deyib ki, səslənən təkliflərə sülhməramlıların keçmiş DQMV-nin sərhədlərinə və Laçın dəhlizinə yerləşdirilməsi şərti ilə razılıq verib.

"Bu variantı Arutyunyana çatdırdım, Arutyunyan razı olduğunu bildirdi. Bundan sonra parlamentdəkənar partiyaların da iştirakı ilə iclas çağırdım və qəbul olunan qərarı onlara elan etdim. İslasda bir çoxları bunu narazılıqla qarşıladı, iclasdan sonra isə bəziləri sosial şəbəkələrdə "artsax" uğrunda ümummilli mübarizəni dayandırmağın xainlikdən başqa bir şey olmadığını yazdı", – Paşinyan deyib.

Erməni baş nazirin sözlərinə görə, həmin gün parlament fraksiyalarının iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda ölkə prezidenti və bütün ermənilərin katalikosu da iştirak edib:

"Mən müxalifətə elan etdim ki, hansısa məsuliyyəti onların üzərinə yıxmaq istəmirəm, sadəcə, məlumat verirəm ki, belə bir addım atmağı nəzərdə tuturam, sonra elə çıxmasın ki, xalqdan gizli nəsə etmək istəyirəm. Həmin vaxt ictimai bir açıqlama versəydim, Azərbaycan təklif olunan ssenaridən imtina edəcəkdi, erməni tərəfi isə çox çətin bir vəziyyətə düşəcəkdi".

"Səhəri gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə bildirdilər ki, Qarabağın statusu müəyyən edilmədən hər hansı razılaşmaya qarşı çıxırlar. Onlar həm də bunu Ermənistanın keçmiş prezidentləri adından dediklərini bildirdilər.

Ancaq bunlar artıq vacib deyildi, mən artıq qərar vermişdim və sona qədər getmək istəyirdim".

Növbəti gün, söz verdiyi kimi, Rusiya Prezidenti zəng edir. Putin deyir ki, İlham Əliyev buna razıdır, ancaq tələbləri var: sülhməramlılar keçmiş Dağlıq Qarabağın ərazisi boyu deyil, Azərbaycan Ordusunun dayandığı yerdən sonra – faktiki təmas xəttinə gələ bilər. Həmin vaxt Hadrut və Talış artıq Azərbaycan Ordusunun nəzarətində idi və onlar geri çəkilmək fikrində deyildilər:

"Bundan başqa, İlham Əliyev tələb etmişdi ki, Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtmasını mütləq təmin etməlidir.

Bu şərtlə mən atəşkəsə razı ola bilməzdim. Belə ki, hətta Hadruta razılaşsam da, Şuşanın geri verilməsi ilə heç cür razılaşa bilməzdim. Prezident Putin təəccübləndi ki, niyə mən azərbaycanlıların geri qayıtmasına qarşıyam. Onda mən öz arqumentlərimi dedim və Putin onların "məntiqli olduğunu" bildirdi".

Paşinyan deyib ki, azərbaycanlıların Şuşaya geri qayıdacağına razılaşsaydı, onda bu ərazidə sayca azərbaycanlılar böyük üstünlük qazanacaqdılar və Xankəndi yolu məsələsi gündəmə gələcəkdi: bu yolu kim və necə nəzarət edəcəkdi?

Paşinyan həmçinin deyib ki, bu şərtə razılaşacağı halda Azərbaycanın yeni tələbləri başlayacaqdı: məsələn, Şuşadan Qırmızı Bazara qədər olan yola nəzarət.

Paşinyanın bundan sonra təklif edilənlərin sonuncusu – "ən pis təkliflə" niyə razılaşdığını hələlik açıqlamayıb.

Xatırladaq ki, bundan öncə Paşinyan müharibənin qaçılmaz olması səbəblərinə aid öz yanaşmasını təqdim etmiş və dərhal da çox ciddi təkziblər və iradlarla qarşılaşmışdı. Xüsusilə eks-prezident Serj Sərkisyanın kürəkəni Minasyan Paşinyanı manipulyasiyada, xalqı növbəti dəfə aldatmaqda ittiham etmişdi.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2020 2-12, 13:25

Tarix

Siyasət / Xəbərlər / Dünya

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Dünya / Siyasət
"İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Siyasət
SABAH MOSKVADA İLHAM ƏLİYEV, VLADİMİR PUTİN VƏ NİKOL PAŞİNYAN ARASINDA
Xəbərlər
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Top Xəbərlər
Xəbərlər
Qənirə Paşayeva vəfat etdi
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
(Kilsə) Onun məşhur şəklini yəqin ki, çoxları görüb. Əlində bayrağımızla iki ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər
Şəhidlərimizə görə toyların keçirilməsinə qadağa qoyula bilər?
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Mədəniyyət
Ayağını don vurdu, gerçək güllələrlə atışma səhnəsi çəkildi: “Fəryad” filmindən ...
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum