Həcc ziyarəti üçün yeni qaydalar açıqlanıb
Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün yeni qaydaları açıqlayıb.Bu barədə “Haber Global” xəbər yayıb.
Məlumata görə, bu ilki Həcc ziyarəti üçün yerli və xarici zəvvarlar da daxil olmaqla ümumi 60 min nəfərlik (45 min xarici, 15 min daxili) kvota təyin olunub.
Ancaq 18-60 yaş arası insanların ziyarətinə imkan veriləcək.
Zəvvarlardan son 6 ayda hər hansı bir xəstəlik üzündən xəstəxanaya yerləşdirilmədiyi və peyvənd olunduqları barədə arayış tələb olunacaq.
Xaricdən gələn zəvvarlar bir daha PZR testdən keçəcəklər və 3 gün karantində qalacaqlar.
Şeytan daşlama mərasimi üçün hər bir zəvvara paketlənmiş steril torbalarda daşlar veriləcək.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.