• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Hüquqi Məsələlər
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 14-iyun, 22:31

İSLAM TARİXİ SİLSİLƏSİ. İLK İNSAN VƏ İLK PEYĞƏMBƏR. ADƏM (Ə) HAQQINDA

Allah-təala milyon illər bundan əvvəl dünyanı, ulduzları və göyləri yaratdı; mələkləri
nurdan, cinləri isə oddan xəlq etdi. Yer bu vəziyyətdə deyildi. Dənizlər onu
bürümüşdü. Dalğalar çırpınır, güclü küləklər əsir, vulkanlar püskürürdü. Böyük səma
daşları və kometalar yeri həmişə hücuma mərruz qoyurdu. Yerdə heç cür həyat
nişanəsi yox idi; nə dənizlərdə nə də quruda yaşayış əlaməti hiss olunmurdu. 
Milyonlarla il öncə dənizdə kiçik balıqlar göründü. Yerdə azca otlar əmələ gəldi. Sonra
həyat get-gedə kamilləşdi, yerdə müxtəlif növlü sürünənlər və dinozavr kimi heyvanlar
peyda oldular. Buz qatları yeri örtmüşdü. Bitki və heyvanlar tələf olur, onların yerinə
yeni məxluqlar yaranırdı. Bə’zən buzlar əriyir və yenidən canlanma başlayırdı. Həmin
zamanlarda yerin heç vaxt vulkan, zəlzələ, güclü tufan və möhkəm dalğalar əlindən
rahatlığı yox idi. Hələ buzlar əriməmişdi. O uzaq keçmişlərdə Allah-təala yerin hündürlüklərindən, düzənliklərindən, şoranlıqlarından və məhsuldar yerlərindən bir
torpaq seçdi. Bu torpaq su ilə qarışdı və yapışqan palçıq formasına düşdü. Beləcə Allah
o palçıqdan insana bənzər bir mövcud yaratdı; bir baş, iki göz, iki qulaq, iki əl, iki
ayaq, bir burun, ürək və sinəli bir varlıq. Palçığın suyu buxarlandı və insanın qəlibi daş
kimi bərkidi. Külək əsdikcə ondan eşidilən səslər onun möhkəmlənməsindən xəbər
verirdi. Allahdan başqa heç kimin xəbərdar olmadığı bu heykəl uzun müddət həmin
formada eləcə yuxuda idi. 

Həmin müddətdə yerdə olan dəniz dalğaları və tufanlar sakitləşdi. Vulkanların çoxu
söndü. Meşələr böyüdü, sıxlaşaraq heyvan və quşlarla doldu. Bulaqlar saf su ilə
qaynadı, çaylar axdı. Şimal küləkləri buludları susuz yerlərə tərəf çəkirdi və sel
yağışları susuz və otsuz səhraları diriltmək üçün yağırdı. 
Uzaq məsafədən yerə baxdıqda fəzada günəşin ətrafına fırlanan və bunun nəticəsində
də fəsillər əmələ gələn kürə şəklində yer görünür. Yayın ardınca payız, payızın ardınca
qış, qışdan sonra isə bahar gəlir. Yer yaşıllaşır, bitkilər və meşələr daha təravətli və
yaşıl olurlar. Gözəl çaylar axır, bulaqlar saf və sərin sularla qaynayır. Yer öz ətrafına
fırlanır, gecə və gündüz yaranır.
Gündüzlər quş və heyvanlar yuxudan oyanır və hər biri öz yeminin ardınca gedirdi. 
Ceyranlar meşələrdə qaçışırdı, dağ keçiləri isə dağların başında. Kəpənəklər bağ və
bostanlarda qanad açır gül və gül-çiçəklər axtarırdılar. Yırtıcı heyvanlar meşələrdə
nərə çəkirdilər. 
Bitkilər inkişaf edərək artırdı. Buna görə də yer həyat və yaşıllıqla dolu olurdu. 
Ağaclar meyvə ilə dolurdu. 
Qoyun və çəpişlər yırtıcılardan qorunmaq üçün mağaralara çəkilirdilər. Hər şey
Allahın yaratdığı kimi öz xətti ilə gedirdi. 
Yer çox gözəl görünürdü; rəngarəng, dənizin mavi rəngi, otlarla örtülmüş meşə və
təpələrin yaşıllığı, səhraların qəhveyi və buğdayı rəngi, qarların ağlığı və səhər vaxtı
günəşin qırmızı rəngli şəfəqləri. Yer həyatla, quş və heyvanlarla, meşə və bitkilərlə, gül və kəpənəklərlə dolu idi. 
Amma, hələ insandan bir xəbər yox idi. 

Allah öz rəhmət və lütf anlarının birində qurumuş heykələ ruh üfürdü. Heykəl
asqırdı və dedi: «Əlhəmdu lillah».
Adəm (ə) ayağa qalxdı. Artıq ona ruh üfürülmüş və kamil insan formasına
düşmüşdü. O, nəfəs alır, o tərəf bu tərəfə baxırdı. Düşünən və diqqət edən bir
insan yaranmışdı. Əllərini tərpədərək yol gedirdi. Gözəllikləri tanıyır, pislikləri
dərk edirdi. Həqiqət ona tanış idi. Haqqı və batili, xeyir və şəri, səadət və
bədbəxtliyi ayıra bilirdi. 
Allah mələklərə əmr etdi ki, Adəmə (ə) səcdə etsinlər. Allahın öz qüdrət əli ilə
yaratdığı bir məxluqa səcdə etsinlər. Bütün mələklər səcdə etdilər. Mələklər
Allaha itaətdən başqa bir şeylə tanış deyildilər. Onlar həmişə Allaha zikr
edirdilər, həmişə Allahın qarşısında təslim idilər. 
Onlar insana səcdə etdilər, çünki, Allah onu yerdə öz canişini və nümayəndəsi
kimi seçmişdi. Çünki, Allah onu xəlifə və canişin olaraq bəyənmişdi. Onun
məqamı mələklərdən üstün idi. Amma, başqa bir yaranmış ona səcdə etmədi. O, 
Allahın Adəmdən (ə) altı min il öncə yaratdığı cin tayfasından olan bir məxluq
idi. Heç kim bilmir ki, bu altı min il yer illəri kimidir, yoxsa hələlik heç kimin
anlamadığı digər səma ulduzları illərindən. 
Allah-təala cini oddan yaratmışdı. Şeytan Adəmə (ə) səcdə etmədi. Allahın
əmrindən boyun qaçırdı. Şeytan təkəbbür və lovğalıq etdi, palçıqdan yaranmış
Adəmə (ə) səcdə etməkdən boyun qaçırdı. 
Bütün mələklər səcdə etdilər. Mələklər hamısı Allaha itaət edirlər. Ona təsbih
deyirlər və müqəddəs Zatını hörmətlə yad edirlər. Şeytan cintayfasındandır. O, 
Allaha itaətsizlik etdi, Adəmə (ə) səcdə etmədi. Allah-təala buyurdu:
-Ey Şeytan, niyə Adəmə səcdə etmədin?
Şeytan dedi:
-Mən ondan üstünəm. Məni oddan yaratmısan, Adəm isə palçıqdan
yaranmışdır. Od palçıqdan üstündür.
Allah təkəbbürlü Şeytanı yanından qovdu. Onu öz rəhmətindən uzaqlaşdırdı
və həmin vaxtdan da Şeytan Adəmə (ə) kin bəsləyərək düşmən kəsildi.
Şeytan təkəbbürlü, həsədli, kinli və özünübəyənən bir yaranmış idi. Həmişə
bu fikirdə idi ki, Adəmi (ə) necə məhvə doğru çəksin, onu necə aldadıb, 
yolundan azdırsın.
Allah Şeytanı öz rəhmətindən uzaqlaşdırdı. Ona buyurdu: 
-Rədd ol get! Sən qovulmuşsan və qiyamətə qədər mənim lənətim olsun
sənə.
Şeytan dedi:
-Ey Allah, mənə qiyamətə qədər fürsət ver.
Allah-təala buyurdu:
-Qiyamətə qədər sənə fürsət verildi: müəyyən zamana qədər.

Şeytan dedi:
-Ey Allah! Məni azdırdığın üçün sənin bəndələrinin yolunun üstündə oturub, 
onların hamısını doğru yoldan azdıracağam. 
Şeytan nə qədər lənətlik, nə qədər bədbəxt və yalançıdır! O azğınlığa
düşməsində Allahı ittiham edir. O etdiyi günahla belə özünü cəzaya layiq
bilmir. Şeytan demir ki, Adəmə (ə) paxıllıq edib, kin bəsləmiş, təkəbbür və
lovğalıq etmiş, Allahın əmrindən çıxaraq səcdə etməkdən boyun qaçırmışdır. 
Beləliklə Şeytan kafir oldu. Öncə qürurlandı və sonra küfr yolunu tutdu. O
güman edirdi ki, Adəmdən (ə) üstündür. Çünki, o, oddan, Adəm (ə) isə torpaq
və palçıqdan yaranmışdır. Şeytan özünübəyənən idi. Unutdu ki, bu əmri ona, 
onu yaradan Allah vermişdir və Allahın əmrinə itaət etmək lazımdır.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Aktual Və Oxşar Xəbərlər
    İslam
    HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
    İslam
    İSLAM TARİXİ. ALLAH-TƏALANIN NUH (Ə)-A BİR GƏMİ DÜZƏLTMƏSİNİ
    İslam
    Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
    İslam
    İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
    İslam
    KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
    Xəbərlər
    Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır?
    İslam
    İSLAM TARİXİ. ADƏM (Ə) VƏ HƏVVA. YER ÜZƏRİNDƏ HƏYAT
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
    İslam
    İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUD (Ə) ƏHVALATI - DAĞIDICI TUFAN
    İslam
    HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
    İslam
    İSLAM TARİXİ QABİL VƏ HABİL. 2-Cİ HİSSƏ...
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSİ. NUH PEYĞƏMBƏRİN TƏVƏSSÜL ETDİYİ
    İslam
    AŞURA GÜNÜ SƏHƏR BAŞ VERƏN HADİSƏLƏR
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT HUDUN (Ə) ƏHVALATI. QƏZƏB TUFANI
    İslam
    Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
    İslam
    İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( III-ci hissə)
    İslam
    İLAHİ ƏXLAQ. İXLAS.
    Xəbərlər / Foto / Mədəniyyət
    İlham Əliyev Bakıda Zəfər parkının açılışında xalqa müraciət
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT SALEHİN ƏHVALATI- (l -ci hissə)
    İslam
    İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
    İslam
    İSLAM TARİXİ. NİCAT GƏMİSi. HƏZRƏT NUHUN (Ə) ƏHVALATI.
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( II-ci hissə)
    Səhiyyə
    Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin
    İslam
    MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
    İslam
    Səfər ayının 28-i, Allah Rəsulu Muhəmməd Peyğəmbər (s.ə)
    İslam
    İSLAM TARİX. HƏZRƏT SALEHİN ƏHVALATI - ( Il -ci hissə )
    Xəbərlər / Dünya
    XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ
    İslam
    İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
    İslam
    İMAM HÜSEYN (Ə) ŞƏHİD OLANDAN SONRA BAŞ VERƏN HADİSƏLƏR
    Dünya / Siyasət
    Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?
    İslam
    İSLAM TARİXİ. HƏZRƏT İBRAHİMİN (Ə) ƏHVALATI ( I-ci hissə)
    İslam
    Şaban ayının fəzilətləri və bu ayın əməlləri
    Mədəniyyət
    “Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə
    Xəbərlər
    Qarabağda çəkilən o məşhur fotonun hekəyasi - Əsir düşən
    Həsən Əskəri Dərnəyi / İslam
    Bu gün Muhəmməd Peyğəmbər (s.ə) və İmam Cəfər Sadiq (ə)
    İslam
    MÜSLİM İBN ƏQİLİN QİYAMI
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ƏBA HÜRRƏ İLƏ GÖRÜŞÜ
    İslam
    İblis cin tayfasından sayılır, yoxsa mələk?
    İslam / Hədislər
    TİBBİ HƏDİSLƏR TOPLUSU AĞIZ VӘ DİŞLӘRDӘKİ HİKMӘTLӘR.
    İslam
    İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ
    İslam
    İLAHİ ƏXLAQ. İNSAN ƏXLAQININ SAFLAŞDIRILMASI MÜMKÜNDÜRMÜ?
    İslam
    İSLAMDA ƏQAİD. İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
    İslam
    İMAM HÜSEYN (Ə)-IN ÖMRÜNÜN AXIRINCI GECƏSİ
    Xəbərlər
    “Bizi hara göndərirsən, ay mama?!..” - Bakıda qan donduran
    İslam
    İSLAMDA TARİXİ ZİYARƏTGAHLAR. ADƏM (Ə) VƏ HƏVVANIN TÜRBƏSİ
    İslam
    Bu gün Xanım Xədiceyi - Kubranın vəfat günüdür
    İslam
    İMAM HƏSƏN (ƏLEYHİS-SALAM) HANSI CAMAATLA MÜASİR İDİ?
    İslam
    HƏZRƏT XƏDİCƏNİN (s.ə) MİSİLSİZ MƏQAMI
    Xəbərlər
    “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp
    İslam
    Oktyabr ayının 5-i İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
    İslamda Ailə
    İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK

2021 14-iyun, 22:31

Tarix

İslam

Bölmə

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Top Xəbərlər
Xəbərlər
Nə qədər gedəcəksən, o qədər ödə - İctimai ...
Xəbərlər / Siyasət / Foto
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi ...
Xəbərlər
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam ...
Xəbərlər
30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə ...
Xəbərlər / Video / Mədəniyyət
Hacı Şahinin oğlu: "Atam ölümü başlanğıc hesab ...
Xəbərlər
Kartdan oğurlanan pulları geri qaytarmaq ...
Xəbərlər
Nazirlik əhaliyə yenidən MÜRACİƏT ETDİ - Evdən ...
Xəbərlər / Dünya
İstanbulda baş verən 6,2 ballıq zəlzələ ANI
Xəbərlər
İnsan bədənində ziyillər hansı təhlükələrə yol ...
Xəbərlər
Kommunal xidmətlərin qiymətləri artacaq? - ...
Hüquqi Məsələlər
İpoteka ilə ev alarkən diqqət ediləcək məsələlər ...
Xəbərlər
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə ...
Xəbərlər
İyunda 13 gün İŞ OLMAYACAQ
Xəbərlər / Video / Dünya
İsraildə meşə yanğınları: 12 min hektar ərazi ...
Xəbərlər
Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 ...
Hüquqi Məsələlər
Ata və ya ana hansı halda valideynlik hüququndan ...
Hüquqi Məsələlər
Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul ...
Hüquqi Məsələlər
Aliment ödəməməyin cəzası nədir?
Hüquqi Məsələlər
Gəlin qayınata-qayınana adına olan evdən necə pay ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum