• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam / Xəbərlər // 2023 2-01, 09:00

Bu gün Şeyx Nimrin edam olunmasının 7-ci il dönümüdür.


Şeyx Baqir Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Avamiyyə qəsəbəsində ruhani ailəsində dünyaya göz açıb. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr (məşhur xətib) və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindən olub. Ayətullah Nimr İranın paytaxtı Səudiyyədə, Tehran şəhərində və Suriyada uzun 10 ildən çox İslami təhsil alıb. Qısa müddətdə təhsil aldığı müəssisədə ən qiymətli ustadlardan birinə çevrilib. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir. Ərəbistana qayıtdıqdan sonra Əl-Avamiyyə şəhərində "İmam Qaim" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir.

Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən birinə çevrilir. O, Səudiyyə Ərəbistanında azad seçkilərin keçirilməsinə çağırışları ilə tanınıb və 2006-cı ildə həbs edilib. Şeyx Nimr ölkənin Şərq əyalətində hökumət əleyhinə 2011-ci ildə başlayan etirazların dəstəkçisi olub. Və 2011-2012-ci illərdə Səudiyyə Ərəbistanındakı aksiyalar zamanı yenidən həbs edilib. Rejim polisləri onu ayağından güllələyərək yaralayıb və kütləvi iğtişaşlara çağırış etmədə ittiham edib. Qardaşının dediyinə görə Şeyx Nimr krallığın işlərinə "xarici müdaxilə"nin təşkili, itaətsizlik və silahlı müqavimətdə təqsirli bilinib. "The Guardian" qəzeti isə onu önəmli din xadimlərindən və siyasi perspektiv vəd edən şəxsiyyətlərdən biri kimi göstərib. Ruhaninin yaxınları onun terrorçuluqla əlaqəsi olmadığını və yalnız dinc çıxışlara dəstək verdiyini bildirirlər.
Nimrin edamına gedən yolun "hüquqi əsası" 2011-ci ildə qoyulub. Məhz həmin il Səudiyyə Ərəbistanı ölkə daxilində və xaricdə minlərlə insanın ölümünə səbəb olsa da, "Ərəb Baharına meyl göstərənlərə dəmir yumruqla zərbə" adlı qanun qəbul edib. 2012-ci ildə isə bu qanunun əhatə dairəsi daha da genişləndirilir və kralın şəxsiyyəti və kral ailəsinin təhqir edilməsi də "terror" anlayışına daxil edilir. Qanunun tələb etdiyi cəza isə edam idi.

Nimr də bu qanunla mühakimə edilib və barəsində 2012-ci ildə edam hökmü çıxarılıb. 2015-ci ildə isə qərarın gözləmə müddəti bitdi və qərar dəyişmədi. Halbuki həbsdə olan din adamı şiddəti rədd edən bəyanatla çıxış etmişdi: "Diktaturaya qarşı silahların əvəzinə sözün çıxış etməsini dəstəkləyirəm. Sözün gücü güllədən daha təsirlidir, çünki diktatura həmişə silahın mübarizəsindən qazanır".

2016-cı il yanvar ayının 2-də Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, ruhani terrorçuluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 47 nəfərdən biri olub. 2013-cü il qapalı məhkəmə qarşısına çıxarılan Şeyx Nimr "ayrıseçklik salmaq" və "ölkənin bütövlüyünə xələl gətirmək"də ittiham olunurdu.

Ölümündən sonrakı hadisələr: Şiə din xadimi Baqir Nimr Ər-Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər. Binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar. İran polisi etirazçıları səfirliyin ərazisindən çıxarmağa müvəffəq olub. Bu hadisədən sonra bir çox ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı,
Bəhreyn, Somali, Cibuti, Komor adaları və Qətər İrandakı səfirlərini geri çağıraraq diplomatik münasibətlərini dayandırıb. İran isə prezident Həsən Ruhaninin başçılıq etdiyi Nazirlər Kabinetinin fövqəladə toplantısında Səudiyyə Ərəbistanından ölkəyə bütün növ məhsulların idxalının qadağan olunmasına qərar verib. Həmçinin qərara alınıb ki, ikinci qərar qəbul edilənədək İrandan Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətləri dayandırılsın.


Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2023 2-01, 09:00

Tarix

İslam / Xəbərlər

Bölmə
Xəbərlər / Dünya / Video
ŞEYX NİMRİN SƏUDİYYƏ REJİMİ TƏRƏFİNDƏN EDAM OLUNMASINDAN 5 İL KEÇDİ
İslam
Bu gün Şeyx Nimrin edam olunmasının 6-cı il dönümüdür.
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin mövlududur.
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
Xəbərlər
Bu il itirdiyimiz MƏŞHURLAR
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Top Xəbərlər
Xəbərlər
“Sədərək” ticarət mərkəzi bağlanır? - AÇIQLAMA + VİDEO
Xəbərlər
Bakıda 2023-cü ili fəxri xiyabanda keçirən xalqımız.
Xəbərlər
BNA-dan kəskin hava şəraiti ilə bağlı sürücülərə və piyadalara MÜRACİƏT
Xəbərlər / Dünya
Ömrü uzadan pəhrizlər açıqlanıb - FOTO
Xəbərlər / Dünya
Maqnit qasırğası gözlənilir
Xəbərlər
Azyaşlıya qeyri-etik hərəkət edən şəxsin saxlanılma detalları: Görkəmini ...
Xəbərlər
Bakıda yeni ilin ilk qarı fəsadlar törətdi - VİDEO
Xəbərlər / Səhiyyə
Qış mövsümündə immuniteti gücləndirən ən yaxşı məhsullar - FOTO
Dünya / Səhiyyə
Avropada “kraken” “omikron”unun yerini tuta bilər
Xəbərlər
Azərbaycanda ətin kilosu 20 manat oldu
Dünya
Xəzər dənizi dondu - VİDEO
Xəbərlər
Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? - ARAŞDIRMA + FOTO
Xəbərlər
Zəngəzur milli parkında bulaqdan su içən heyvanların maraqlı kadrları - VİDEO
Xəbərlər
Allahşükür Paşazadə 20 Yanvar faciəsi barədə: “İnsanlar əlləri ilə, balta ilə ...
Dünya / Siyasət
Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktının yeni görüntüləri - ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum