Zəfər Günü Azərbaycanda Amnistiya gözlənilir
“8 Noyabr” Zəfər Günü ərəfəsində Azərbaycanda növbəti Amnistiya aktı qəbul ediləcək.
Məlumata görə, hazırda Amnistiya layihəsi üzərində hökumətdə iş gedir. Layihə işlənilib bitdikdən sonra Milli Məclisin müvafiq komitəsinə göndəriləcək.
Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.
Qeyd edək ki, bu barədə ilk məlumatı gununsesi.info saytı yayıb.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.