Mülkiyyətində mənzil olan şəxs vəfat etdikdə və onun vərəsələri olmadıqda mənzil kimin mülkiyyətinə keçir?
Sual:Mülkiyyətində mənzil olan şəxs vəfat etdikdə və onun vərəsələri olmadıqda mənzil kimin mülkiyyətinə keçir?Cavab: Bu sualı mahiyyəti üzrə cavablandırmadan öncə, vərəsələri anlayışı barədə açıqlama vermək faydalı olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin əmlakı vərəsələrinə iki əsasla və ya hər ikisi ilə keçə bilər : qanun üzrə vərəsəlik və miras üzrə vərəsəliklə. Qanun üzrə vəsiyyətnamə o vaxt qüvvədə olur ki, miras qoyan şəxs vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Yəni, vəfat etmiş şəxs əgər vəsiyyətnamə qoyubsa, belə olan halda qanun üzrə vərəsəlik müddəaları tətbiq edilmir (vəsiyyətnamə üzrə vərəsəlik). Vəsiyətnamə üzrə vərəsə olan şəxslərin əhatəsi hər hansı qohumluq əlaqələri ilə məhdudlaşdırılmır və əmlakın varisi vəsiyyət edənin mülahizəsinə əsasən müəyyən edilir. Əgər vəfat edən şəxs vəsiyyətnamə qoymayıbsa, belə olan halda həmin şəxsdən qalmış əmlak onun vərəsələri arasında qanunla müəyyən edilmiş qaydada bölünür (qanun üzrə vərəsəlik). Qanun üzrə vərəsəlik məhdud şəxslərə şamil edilir.
Sualın məzmunundan belə aydın olur ki, vəfat edən şəxs vəsiyyətnamə qoymayıb və qanun üzrə vərəsələri də yoxdur. Mülki Məcəllənin 1165.1.-ci maddəsinə əsasən, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.