Toylara hazırlıq başladı: "Qiymətlər artacaq" - AÇIQLAMA
Toyların keçirilməsi ilə bağlı yeni qaydaların hazırlanması xəbəri bu sektorda canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar.HesenEskeri.az Metbuat.az-a istinad edərək xəbər verir ki, şadlıq, evi sahibi Mahir Zeynalovun sözlərinə görə, son günlər açıq havada toy etmək istəyən şəxslərdən xeyli müraciətlər daxil olub. Toylara İcazə verildiyi gündən növbəyə uyğun olaraq toyların keçirilməsinə başlayacaqlar. Açıq hava toyları üçün qiymət də müəyyən edilib, indiki qiymətlər daha baha olacaq.
Ekspertlər bildirirlər ki, açıq hava toylarının qiymətlərinin yüksək olmasının səbəbi bu ənənənin əvvəllər Azərbaycanda çox zəif olmasıdır. Çünki hazırda Bakıdakı şadlıq evlərinin 80 faizində bu imkan yoxdur. Marketoloq Sabit Məmmədov deyir ki, toylara icazənin veriləcəyi xəbəri indiyə qədər toy keçirməyən restoran sahiblərini də hərəkətə keçirib. O hesab edir ki, əgər açıq hava məkanlarının sayı artmasa, bu sektorda sürətli qiymət artımı baş verə bilər. Dekorasiya xərcləri, mümkün say məhdudiyyəti də qiymətə təsir edən amillərdən olacaq.
Sabit Məmmədov bildirir ki, açıq hava məkanlarının sayı artıqca gələcəkdə qiymətlərdə müəyyən qədər enmə müşahidə edilə bilər.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.