Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzində yenidən qurulan parklanmada tariflər müəyyənləşdi - FOTO
Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri müəyyənləşib.Məlumata əsasən, qiymətlər parkinq müddəti ilə tənzimlənir.
Belə ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.
Digər qiymətlər isə belədir:
15-30 dəqiqə - bir manat,
30-60 dəqiqə - iki manat,
1-2 saat - dörd manat,
2-3 saat - altı manat,
3-5 saat – 10 manat,
5-7 saat - 14 manat,
7-10 saat - 18 manat,
10-15 saat – 22 manat,
15-20 saat – 26 manat,
20-24 saat – 30 manat.
Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Qeyd edək ki, tariflər martın 27-dən tətbiq ediləcək.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.