DİN rəsmisindən vətəndaşlara MÜRACİƏT: “Hədə-qorxu ilə pul tələb etsə, dərhal polisi məlumatlandırın” - FOTO
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev hədə-qorxu ilə pul tələb edən şəxslərlə bağlı vətəndaşlara müraciət edib.Müraciətdə bildirilir:
“Əgər kimsə sizdən - “fotolarını yayacağam”, “ailə üzvlərinizə fotolarını və mesajlarını göstərəcəyəm”, “haqqınızda sosial şəbəkədə rüsvayedici məlumatlar paylaşacağam”, - deməklə hədə-qorxu ilə pul tələb etsə, dərhal polisi məlumatlandırın. Əgər bir dəfə tələb olunan pulu versəniz, o davamlı olaraq sizdən daha böyük məbləğlərdə pul tələb edəcək.
Dünən əməkdaşlarımız birini tutublar. Eyni dalğa, eyni koordinatla vətəndaşı talayıb. Növbəti cəhdi isə…”
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.