Şəxsiyyət vəsiqəsi ilə bağlı yenilik – QANUN dəyişir
Noyabrın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib, 26 məsələ plenar iclasa tövsiyə edilib.
Banker.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.
Əli Hüseynli bildirib ki, gündəliyin 11-26-cı məsələləri ikinci oxunuşda olan qanun layihələridir və mahiyyətcə bir-biri ilə bağlıdır.
Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrində təklif olunan dəyişikliklər, dövlət xidmətlərinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınmasının təmin olunması məqsədinə xidmət edir.
Qanun layihələrinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
İclasda müzakirə olunan bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.