Nazirlik bu vətəndaşlara çağırış etdi: 1 fevral tarixindən...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmək istəyən vətəndaşlara çağırış edib.Nazirlikdən daxil olan məlumatda deyilir ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədi ilə bu ilin 1 fevral tarixindən etibarən vətəndaşların əyani qəbulu üçün qeydiyyat yalnız onlayn rejimdə həyata keçiriləcək.
Qəbula yazılmaq üçün www.dtsera.az linki vasitəsilə qeydiyyatdan keçərək və ya +994 99 819 19 23 "WhatsApp" nömrəsinə fərdi məlumatlarınızı göndərərək onlayn növbə ala bilərsiniz.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.