• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam / İslamda Ailə // 2021 4-08, 19:55

İSLAMDA AİLƏ MÜNASİBƏTLƏRİ. AİLƏ OCAĞININ İSTİLİYİ.


Əziz oxucular! Ailə mühitini isti saxlamaqdan ötrü evdəki şadlıq və aramlığınızı qoruyun!
 
Həyat yoldaşınızla yanaşı övladlarınızla da eyni təbəssüm və vüqarla davranın ki, pərişanlıq və nigaranlığı ev mühitindən uzaqlaşdırasınız. Problem və çətinliklərlə qarşılaşarkən tam ciddiyyətlə rəftar etməyiniz müşgüllərin gözlənilmədən aradan qalxmasına zəmin yaradır. Qəm-qüssə, pərişanlıq ilan və əqrəb kimidir ki, onların aradan qaldırılmasında geciksəniz, onlar sizi aradan aparcaqlar. 
 
Dilinizdən muğayat olun, məbada bir dil yarası ilə aranızdakı səfa-səmimiyyət və mehribanlığı uzaqlaşdırasınız. Öz yoldaş və övladlarınıza məhəbbət göstərib, mülayim və qəlboxşayan sözlərlə lətafətli qəlblərini özünüzə cəzb etdirin ki,  Peyğəmbər (səlləllahu əleyhi və alih) bu barədə buyurur: 
“Ərin öz arvadına söylədiyi “səni sevirəm, səni çox istəyirəm” kəlməsi onun qəlbindən heç vaxt çıxmayacaq, onun mehribanlıq və səmimiyyət yaradan müsbət təsiri həmişəyaşardır.” (“Vəsaliuş-şiə”, 7-ci cild, сəһ.10)
 
Bu kiçik cümləni dilə gətirib söyləməklə qadındakı məişət və məsuliyyət yükünün bütün ağrı-acısını, çətinlik və yorğunluğunu aradan aparmaq mümkündür ki, qadın əlavə qüvvə və tam hazırlıqla ailə həyatını və uşaqlarının tərbiyəsini davam etdirsin. Ailənin intizamı və möhkəmliyinin əsası məhəbbət, ər-arvadın arasında olan qarşılıqlı ehtirama bağlıdır. 

Odlu nəvaziş qığılcımlarını qəlbinizdə şölələndirin. Uşaqların ikitirəlik, pərişanlıq və qanıqaraçılıqdan, habelə mehribanlıq, mənəviyyət, məhəbbət və səfa-səmimiyyətin olmamasından çəkdikləri əziyyət qədər, maddi çatışmamazlıqdan çəkmirlər. Məhəbbət və nəvaziş istər-istəməz maddi çatışmazlıqların yerini tutacaqdır.
 
Həyatda qadın və kişinin dostluq, sədaqət, səfa-səmimiyyətin olması ilə, eləcə də uşaqlara qarşı nəvaziş və can yandırmaları olmasaydı, bəşəriyyət dəhşətli fəlakətə uğrayıb məhv olardı. Necə ki, şərqdə və qərbdə bütün bu ağır cinayət, zülm, təcavüzlər, adam öldürmə, qətl və qarətlər, eləcə də öz əslindən dönüb yad mədəniyyətə meyl edənlərlə yanaşı bu boşanma və ixtilafları səfa, səmimiyyət və mənəvi ruhiyyənin olmaması səbəbindən onlar ruhsuz bir əşyalara çevrilərək vücudlarında eşqdən, məhəbbət və atifi duyğulardan bir xəbər olmayan mövcudata bənzəyirlər.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 4-08, 19:55

Tarix

İslam / İslamda Ailə

Bölmə
İslamda Ailə
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
İslamda Ailə
MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslamda Ailə
AİLƏDƏ GÖZƏL ƏXLAQ
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum