• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 2-04, 01:26

ŞEYTANIN VƏSVƏSƏLƏRİNƏ QALİB GƏLMƏYİN YOLU

Allah Təala Quranda insanın düşmənlərini tanıtmışdır ki, onlardan biri də şeytandır. Dünya həyatında bəzi insanlar vardır ki, insanlara qarşı düşmənçiliklərini gizlədirlər, ancaq şeytanı öz dostu hesab edirlər. 

“Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60).

Bu təhlükəli düşmənə diqqətsizlik etmək insanı bəlaya salar. Şeytan insanı vəsvəsə edən zaman əgər insan onu düşməni bilməzsə, ona itaət edər və özünə rəhbər seçər. 

Quran şeytanın bir çox hiylələrini bizlərə tanıtmışdır. Bu da bizə şeytanla mübarizə aparmaqda yardım edir. “(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)»”. (“İsra” 62).

Şeytan adətən üç tayfa insanı vəsvəsə edər.

Birincisi o kəsdir ki, Allahı yada salmaqdan uzaq olar. O kəs kimi ki, səhər mağazasını açar və axşam bağlayar və heç kəslə də işi olmaz. Ondan soruşan zaman ki, qazancın necədir? Deyər ki, halaldır. Lakin halal ruzinin hökmlərini bilməz. Sanki robotdur və səhər iş yerinə gələr və axşam qayıdar. İslamın əhkamından xəbərdar olmaz.

Şeytan vəsvəsəsinə məruz qalan ikinci tayfa o insanlardır ki, Allahın hökmlərinə qarşı laqeyddirlər, səhlənkarlıq edirlər. Namazı tez-tələsik qılırlar, əvvəl vaxtda qılmırlar.

Üçüncü tayfa o insanlardır ki, qəflətdədirlər. Özlərini İlahi dərgahda görmürlər.

Şeytan Allahdan icazə alıb ki, insana qan vasitəsilə daxil olsun. Sonra da onu vəsvəsə etsin. Şeytan bilir ki, insan bu üç tayfadan hansına aiddir.

Əxlaq müəllimləri buyurur: “Hər kim bu xəbisin şərindən amanda qalmaq istəyirsə, gərək daima nəzarətdə olsun. Özünü Allah dərgahında hiss etsin. Hər kim səhər və gecəsini laqeyd halda keçirərsə, şeytan tərəfindən daima ovlanar. Bunun üçün Allahın möhkəm ipindən yapışıb, yalvarmaq lazımdır. Siz gərək Allaha tərəf bir addım atasınız ki, O, sizə tərəf 10 addım atsın.

Şeytan gecə namazı qılan insanları xüsusilə vəsvəsə edər və onlara deyər: “Bu, müstəhəb namazdır, gərək öz sağlamlığını düşünəsən. Gərək gecəni yatasan ki, səhəri dərsə və ya işə gedə biləsən”. 

Lakin şeytan bilmir ki, Allah hər səhər çağı insanların ürəyinə nəzər salar və onu nurani edər. Bu nurani evi şeytanın çirkin vəsvəsələri ilə kirləndirməyək, daima nəzarətdə olaq”.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 2-04, 01:26

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İMAM MƏHDİ (Ə.F) HƏYATI HAQQINDA.MÖVLUDUNUZ MÜBARƏK..
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud günüdür
İslam / Xəbərlər
Mübarək Rəcəb ayının müştərək əməlləri
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
İslam / Dünya
Azərbaycandan olan 672 nəfərlik zəvvar dəstələri, Türkiyənin Iğdır şəhərindən ...
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər
Olimpiya Kompleksində 16 yaşlı Turanı öldürən şəxslə bağlı QƏRAR - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər
Məşq zamanı ölən azyaşlının anası ilə idmançı arasında məhkəmədə qalmaqal - ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum