Gəlinlik, xonça, dekor: Evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA + FOTO

Xalqımızın toy kimi bir adəti var. Bu adət gözəl, maraqlı olsa da müasir dövrdə toy etmək ən çətin məsələlərdən birinə çevrilib. Çünki ilbəil qiymətlər bahalaşır, ziyafət xərcləri getdikcə artır.
Gənclərin bir çoxu isə toy mərasimlərini sadə şəkildə keçirməkdən imtina edir, xərci borcundan çox çıxsa da brilliant qaşlı qızıl üzük, nişan alyansları, gözoxşayan gəlinlik, bəzəkli xonçalar, gül dəstəsi və fotosessiya olmadan evlənmək istəmirlər.
Bəs, görəsən bu tədarüklərin hamısı neçəyə başa gəlir?
Məsələ ilə bağlı araşdırma edilib.
Ticarət mağazalarının birinin qızıl şöbəsində çalışan Şamil Qasımov deyir ki, hazırda gümüşə tələbat daha çoxdur:


Mağazada olan satıcı Ləman Qasımova bildirdi ki, gəlinliklərin bir günlük kirayəsi 300 manatdan başlayır:



“Xonçaların kirayəsi 5 manatdan 10 manata qədər davam edir. Kəllə qəndlərimizin qiyməti 20 manatdan 110 manata qədər artır. Bəzəkli nişan, həri şokoladlarının 1 ədədi 1.50 AZN-dən başlayır, amma 50 qəpiyə olanı da var”.
Hələ bəzən gənclər şadlıq sarayının təklif etdiyi gəlin maşınını bəyənmədikləri üçün bahalı və lüks avtomobil kirayə götürürlər. Beləliklə xərclər iki qat artmağa başlayır. Kirayə maşınların qiymətini öyrənmək üçün ticarət mərkəzi ilə üzbəüz avtomobil kirayəsi ilə məşğul olan şəxslərə yaxınlaşdıq. Maşın kirayə verən Elşən Məmmədov deyir ki, kirayə haqqı maşının markasına və dekora görə dəyişir.

Xatırladaq ki, pandemiya dövründə fəaliyyətini dayandıran şadlıq sarayları da əvvəlki illərlə müqayisədə qiymətləri bahalaşdırıb.
Hazırda şadlıq saraylarında qiymətlər 36 manatdan başlayır. Lakin bəzi restoranlarda isə qiymət 40-50 manat arasında dəyişir. Həmçinin dekorasiya üçün əlavə ödəniş də tələb olunur.
Mənbə : gundem.az
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.