Azərbaycanda “WhatsApp” hesabları kütləvi şəkildə oğurlanır - Profilinzi bu yolla qoruyun - TÖVSİYYƏ/FOTO
Son günlər Azərbaycanda “WhatsApp” hesablarına hücum hallarının sayı artıb.Bu barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda şikayət daxil olub.
Bildirilir ki, hücumların əksəriyyəti xarici ölkələrin nömrələrindən gələn mesajlarla həyata keçirilir. Ələ keçirilən hesablardan isə nə məqsədlə istifadə edildiyi məlum deyil.
Xatırladaq ki, bir müddət öncə bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən istifadəçilərə müraciət edilmişdi.
Sözügedən müraciətə görə, bu cür hallarla qarşılaşmamaq üçün "WhatsApp"da bəzi təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "WhatsApp" hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi tövsiyyələr edir.
Hesabınıza qoşulmuş cihazları mütəmadi yoxlayaraq və yalnızca rəsmi tətbiqlərdən istifadə edərək "WhatsApp" hesabınızın təhlükəsizliyini təmin edə bilərsiniz.
"WhatsApp" hesabınızın təhlükəsizliyini təmin etmək üçün:
- Telefonunuzda bildirişləri açıq saxlayın ki, başqa cihaz hesabınıza qoşulduqda xəbərdar olasınız.
- Mütəmadi olaraq hesabınıza qoşulmuz cihazları "Settings - Linked Devices" bölməsinə daxil olaraq yoxlayın.
- Hesabınızı başqa cihazlarla əlaqələndirmək üçün yalnız "WhatsApp Web" və ya rəsmi mənbədən yüklənmiş "WhatsApp Desktop" tətbiqindən istifadə edin.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.