• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər / Siyasət // 2023 8-08, 14:57

Əsir anası: “Soruşdum ki, oğul, nə yeyib-içirsən?”

Oğlumun zəng edəcəyini gözləmirdim. Ümidim qırılmışdı, çarəsiz idim. Balamı sağ-salamat gördüm. Onun videozəng etdiyini görəndə sevincdən az qala ürəyim dayanmışdı”.
HESENESKERI.AZ xəbər verir ki, bunu modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.
“Telefon zənginə sevinsəm də, onun gəlişini gözləyirdim. Saniyələri iplə çəkdim. Artıq bədənim dərman və iynəni qəbul etmir. Ümidsiz qalmışdıq. Qızıl Xaç Komitəsinə hər gün zəng edib, niyə oğlumdan xəbər olmadığını soruşurduq. Nəhayət, istəyimizi yerinə yetirdilər. Şükürlər olsun, oğlumu gördüm, səsini eşitdim. Aqşindən soruşdum ki, oğul, necəsən, nə edirsən, nə yeyib-içirsən? O da dedi: “Ana, narahat olma, yeməyimiz var, hər şey yaxşıdır, səbirli olun, gələcəyəm”.
Oğlumun səsini eşidəndə kövrəlməmək mümkün deyil. Bacıları da, mən də Aqşinin yolunu gözləyirik”, - deyə əsir hərbçinin anası söyləyib. O, övladının tezliklə əsirlikdən azad olunması üçün gecə-gündüz dualar etdiyini deyib:
“Nə qədər sevinsəm də, balamın gəlişini gözləyirəm. Təəssüflənirəm ki, artıq əsirlikdə olmaları beş aya keçir. Niyə və nə səbəbə? Çox narahatıq. Axı nə qədər gözləməliyik? Tezliklə balamı vətəndə görmək istəyirəm. Ümidimiz cənab Prezidentədir. Dözə bilmirik artıq. Bizə dəstək olub, kömək edən yoxdur. Dərman belə ala bilmirik”.
Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Qabil oğlu Bəbirov ailəsi ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 1
  • Oxşar xəbərlər
Kənan 8 avqust 2023 15:09

ALLAH səbir versin Tezliklə Azdlığa çıxar Ailəsin Vətəninə qayıdar İnşALLAH ALLAH erməniyə yezidə lənət eləsin inşALLAH

2023 8-08, 14:57

Tarix

Xəbərlər / Siyasət

Bölmə
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
MÜSLİM İBN ƏQİLİN KÜFƏYƏ SƏFƏRİ
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
HƏZRƏT ZEYNƏB (S.Ə)-IN XÜTBƏSİ
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
İslam / Dünya
Azərbaycandan olan 672 nəfərlik zəvvar dəstələri, Türkiyənin Iğdır şəhərindən ...
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər
Olimpiya Kompleksində 16 yaşlı Turanı öldürən şəxslə bağlı QƏRAR - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər
Məşq zamanı ölən azyaşlının anası ilə idmançı arasında məhkəmədə qalmaqal - ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum