• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2023 11-02, 12:34

Zəlzələ, şayiə və təşviş: Psixoloq belə durumlarda necə davranmaq lazım olduğunu açıqlayıb - FOTO


Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ dünyanı, eləcə də Azərbaycan xalqını sarsıtdı. Minlərlə insanın ölməsi, onminlərlə insanın yaralanması xəbərlərini eşidən, dağıntılarla bağlı görüntüləri izləyən, xəbərləri oxuyan insanlar psixoloji gərginlik keçirirlər. Amma bu durumdan ən çox ziyan çəkən, ağır psixoloji durumla üzləşənlər məhz təbii fəlakətin birbaşa təsirinə məruz qalanlardır.
Bəs belə vəziyyətlərdə necə davranmaq lazımdır? Zərərçəkənlərə necə yanaşmaq tələb olunur?
Məsələ ilə bağlı “Report”a danışan Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev bildirib ki, təbii fəlakətlərdən doğan ekstremal vəziyyətlər həm həmin situasiyanı yaşayan, həm də kənardan seyr edən insanların psixologiyasına böyük ölçüdə mənfi təsir göstərir.
Onun sözlərinə görə, belə hadisələr psixoloji baxımdan insanlarda gərginlik yaradır və bu, davranışda özünü büruzə verir:
“Çünki yaranmış yeni situasiya və ona bağlı məlumatların olmaması, gələcəklə bağlı qorxuların olması istər-istəməz insanlarda təşviş, həyəcan və qorxu kimi emosional halların yaranmasına səbəb olur. Xüsusən də, insanın ən mühüm tələbatlarından olan təhlükəsizliklə bağlı qorxuları varsa, problem yaranırsa, bu, davranışda özünü mütləq büruzə verir”.
M.Mustafayev belə vəziyyətlərin tənzimlənməsində psixoloqların xüsusi rolunun olduğunu vurğulayıb:
“Psixoloqlar həm zəlzələnin birbaşa təsirinə məruz qalan, dağıntılar altından çıxarılmış insanlarla, həm də həmin ərazidə yaşayan digər sakinlərlə psixoloji iş aparmalıdırlar. Bu tədbirlər ona görədir ki, həmin adamlar bu gərginlikdən xilas olsunlar və normal həyata qayıda bilsinlər”.
O xatırladıb ki, Azərbaycan xalqı hər zaman Türkiyənin yanında olub:
“Bu həm xoş gündə, həm də dar gündə belə olub. Həkimlərlə yanaşı, psixoloqların da zəlzələ bölgəsinə getmələri, zərərçəkənlərlə psixoloji iş aparmaları, yaranmış gərgin psixoloji durumun yumşaldılması, davranışların korreksiya edilməsi də mühüm əhəmiyyət daşıyır”.
Psixoloq qeyd edib ki, həmin şəxslərə kömək yalnız yaxın bir-iki ayı əhatə etməməli, onlar uzun müddət nəzarət altında olmalıdırlar:
“Bu insanların çoxu ağır stres keçirib. Stresin fəsadları uzun müddət onların psixikasına təsir göstərəcək. Bu da altı-yeddi ay sonra posttravmatik formasında davranışlara təsir göstərə bilər. Ona görə də həmin adamlarla uzunmüddətli psixoloji reabilitasiya aparmaq lazımdır. Aydındır ki, təbii fəlakətdən, zəlzələdən zərər çəkmiş insanlar həssas olurlar. Onların psixologiyası zədələnib. Buna görə hər bir söz, hərəkət onların xətrinə dəyə, davranışlarına təsir göstərə bilər. Onlara ehtiyatla və qayğı ilə yanaşmaq lazımdır ki, zaman keçdikcə ağrı-acılarını unuda bilsinlər”.
M.Mustafayev sosial şəbəkələrdə yenidən zəlzələ olması üçün dua etdikləri iddia olunan qızların görüntülərini təəssüflə izlədiyini bildirib:
“Həmin adamların davranışı normal deyil. Araşdırmaq lazlmdır ki, onların psixikasında problem var, ya yoxdur? Video nə məqsədlə çəkilib? Doğrudan da, Türkiyədə çəkilibmi? Yoxsa başqa xalqın nümayəndələridir? Əgər elə deyilsə, həmin insanların psixikasında böyük problem olması deməkdir”.
Psixoloq zəlzələ, daşqın və digər təbii fəlakətlər, ekstremal vəziyyətlərdə qəsdən və ya bilməyərəkdən müxtəlif məlumatların yayıldığını nəzərə alaraq, insanlara çağırış edib:
“Bunların əksəriyyəti şayiə xarakterli olur. Ona görə belə vəziyyətlərdə yalnız rəsmi qurumların məlumatlarına inanmaq və istinad etmək lazımdır”.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2023 11-02, 12:34

Tarix

Xəbərlər

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Xəbərlər
Geyimlərə daşınan kriminal ALƏM: “Bu cür düşünən analar sonda oğulları
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum