Sürücülərin NƏZƏRİNƏ! - BNA daha cərimə yaza bilməyəcək..
İnzibati Xətalar Məcəlləsinə dünən edilən və bu gün qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.
Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
O əlavə edib ki, cəriməni yazmaq səlahiyyəti yalnız Dövlət Yol Polisi (DYP) əməkdaşlarına aiddir:
"Dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) Bakı Nəqliyyat Agentliyinin (BNA) cərimə yazmaq səlahiyyəti ləğv edildi. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır".
Mənbə : Baku.ws
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.